Skip to content
01/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 13
  • Nazirin “DOSTU” -dur deyə işçiləri təhdid etməlidir…?

Nazirin “DOSTU” -dur deyə işçiləri təhdid etməlidir…?

admin 13/02/2026
tex-un

 

Texnologiya Universitetinin rektoru Yaşar Ömərov son aylarda medianın və ictimaiyyətin diqqət mərkəzinə düşüb.

Elm və Təhsil naziri Emin Əmrullayevin yaxın çevrəsinə aid olduğu deyilən Yaşar Ömərovun fəaliyyəti ilə bağlı ortaya çıxan faktlar onun aqibətinin heç də yaxşı olmayacağından xəbər verir.

Məlumata görə, Yaşar Ömərovun fəaliyyəti zamanı yol verilmiş maliyyə pozuntuları aşkarlanaraq Gəncə şəhər Prokurorluğuna göndərilib. Artıq bir neçə aydır ki, prokurorluq orqanlarında aparılan istintaq çərçivəsində korrupsiya faktlarının təsdiqini tapdığı bildirilir. Lakin bütün bunlara baxmayaraq, Texnologiya Universitetinin rektorunun davranışında hər hansı narahatlıq hiss olunmur.

İctimai rəyin formalaşmasında ciddi rezonans doğuran məqamlardan biri də Yaşar Ömərovun adı ilə bağlı yayılan audiosəs yazısı olub.

Sözügedən səs yazısından rektorun işçilərə qarşı təhdidedici münasibəti, idarəçilik bacarığının zəifliyi və vəzifə səlahiyyətlərindən sui-istifadə halları açıq şəkildə hiss olunur.

Həmin dövrdə bu səs yazısına hüquqi qiymət verilsəydi, Yaşar Ömərovun bu gün rektor postunda olması mümkün olmazdı.Buna baxmayaraq, rektor sanki toxunulmazlıq qazanıb. İddialara görə, bunun əsas səbəbi onun Elm və Təhsil naziri Emin Əmrullayevə yaxınlığıdır. Məhz bu yaxınlıq Yaşar Ömərova universitet daxilində “at oynatmaq”, “burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə hərəkət etmək imkanı yaradıb.

Ölkə başçısı dəfələrlə çıxışlarında məmur özbaşınalığına, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına qarşı sərt mövqe nümayiş etdirib, vətəndaşları bu cür hallarla bağlı aidiyyəti qurumlara, Prezident Administrasiyasına müraciət etməyə çağırıb. Lakin ictimailəşmiş audiosəs yazısı və külli miqdarda maliyyə pozuntuları ilə gündəmə gəlmiş Texnologiya Universitetinin rektoru barədə nədənsə dövlət qurumlarının susqunluğu suallar doğurur.

Əslində, bu məsələlər barədə siqnal verməyə, məktub yazmağa belə ehtiyac yoxdur. Aidiyyəti dövlət orqanlarının Yaşar Ömərovun fəaliyyəti, maliyyə pozuntuları və səs yazısı haqqında məlumatlı olduğu hər kəsə bəllidir. Ancaq buna baxmayaraq, sanki heç nə baş verməyibmiş kimi davranılır.

Əgər Prezident tərəfindən təyin olunan vəzifəli şəxslər bir neçə il sonra maliyyə pozuntularına yol verirlərsə, bu, kadr siyasəti ilə bağlı ciddi suallar yaradır. Belə hallarda həmin şəxslərin əvvəlki fəaliyyətinin yetərincə araşdırılmadığı, hətta keçmişdə yol verdikləri qanun pozuntularına baxmayaraq yüksək vəzifələrə irəli çəkildikləri ehtimalı ortaya çıxır.

Bu proseslər bir daha göstərir ki, ölkədə həm ictimai, həm də dövlət nəzarəti mexanizmləri zəif işləyir. Təkcə ictimai nəzarət kifayət etmir, paralel olaraq ciddi və prinsipial dövlət nəzarəti də olmalıdır.

Nazirin dostu olduğu üçün rektor postuna gətirildiyi iddia edilən Yaşar Ömərova kim bu səlahiyyəti verib ki, işçiləri təhdid etsin, universitetdə maliyyə pozuntularına yol versin? Bu suallar hələ də cavabsız qalır. /tehsil.media

PAYLAŞIN:

Continue Reading

Previous: İxtisas yox, iddia var: Ekologiya nazirliyində mümkün qanun pozuntusu
Next: Bu halda İran-Ermənistan əməkdaşlığı olmayacaq – Herbst

OXŞAR MÖVZULAR

şapka mamed

“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib?

admin 30/04/2026
socar-necef

SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR

admin 30/04/2026
zulu şipping

“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? – Rusiyanın “kölgə tanker”ində İran izi

admin 28/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.