Skip to content
01/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 13
  • Moskva Vaşinqtonu ittiham etməyə başladı – Putin-Tramp razılaşması “dəfn edilib”…

Moskva Vaşinqtonu ittiham etməyə başladı – Putin-Tramp razılaşması “dəfn edilib”…

admin 13/02/2026
lavrov-s

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov son açıqlamaları ilə ötən ilin avqustunda Alyaskada əldə olunduğu iddia edilən “Ankoric razılaşmaları”nın faktiki olaraq qüvvədən düşdüyünə işarə edib. O, açıq şəkildə ABŞ-ni öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

Söhbət ötən ilin avqustunda Alyaskanın Ankoric şəhərində Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında əldə olunduğu deyilən anlaşmalardan gedir. Moskvanın iddiasına görə, həmin razılaşmaların əsas bəndlərindən biri Vaşinqtonun Kiyevə təzyiq göstərərək Ukrayna Silahlı Qüvvələrinin Donbasın nəzarətdə saxladığı təxminən 20 faiz ərazidən çıxmasını təmin etməsi olub.

Lavrov bildirib ki, ABŞ bu öhdəlik əvəzinə “qlobal iqtisadi dominantlıq” siyasətini seçib və anti-Rusiya xəttini davam etdirir. Bununla belə, Kreml Ankoricdə əldə olunduğu deyilən razılaşmaların detalları barədə indiyədək rəsmi məlumat açıqlamayıb.

Rusiya XİN rəhbəri əlavə edib ki, Moskva ilə Vaşinqton “tammiqyaslı, geniş və qarşılıqlı faydalı əməkdaşlığa” keçmək barədə razılığa gəliblər, lakin Amerika tərəfi əvvəlki siyasətini davam etdirir.

Lavrovun sərt bəyanatları fonunda Floridada Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ilə amerikalı həmkarı Stiv Uitkoff arasında keçirilən uzunmüddətli görüşlər də diqqət çəkir. Qərb mediasında yayılan məlumatlara görə, Moskva Vaşinqtona təxminən 12 trilyon dollarlıq birgə layihələr paketi təklif edib. Bu rəqəm Rusiyanın illik ÜDM-ni altı dəfə, illik ixracını isə 30 dəfə üstələyir. Müqayisə üçün qeyd olunur ki, Çinin 2013-cü ildən həyata keçirdiyi “Bir kəmər – bir yol” meqalayihəsinə indiyədək təxminən 1,4 trilyon dollar sərmayə qoyulub.

Bütün bunlar BƏƏ-də ABŞ vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında keçirilən danışıqların “konstruktiv və məhsuldar” keçdiyi barədə açıqlamalar fonunda baş verir.

Məlumata görə, tərəflər atəşkəs üçün zəruri olan hərbi-texniki detalları – qoşunların ayrılması mexanizmlərini iki raund danışıqlarda geniş müzakirə ediblər. Hətta bu sənədlərin imzalanmağa hazır olduğu bildirilir. Hərbi hissəni Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Sırski və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun imzalaya biləcəyi ehtimal edilir. Lakin əsas problem siyasi razılaşmanın olmamasıdır. Sülhün prinsipləri üzrə ortaq mövqe formalaşmadığı üçün hərbi-texniki sənədlərin özlüyündə mənası məhdud qalır.

Tərəflər Zaporojye Atom Elektrik Stansiyası üzərində də razılığa gələ bilmirlər. Kiyev stansiya üzərində tam nəzarət tələb edir. Moskva isə onun ABŞ rəhbərliyi altında beynəlxalq konsorsium tərəfindən idarə olunmasına, Ukraynanın isə istehsal olunan enerjinin yarısını almasına ilkin razılıq verə biləcəyini bildirir. Lakin ərazi nəzarətinin Rusiyada qalması şərti ilə.

Bundan başqa, Moskva dondurulmuş aktivlərinin bir hissəsinin müharibədən zərər görmüş ərazilərin – o cümlədən öz nəzarətində olan bölgələrin bərpasına yönəldilməsini müzakirə etməyə hazır olduğu siqnalını verir. Qaz tranziti tarifləri və Ukrayna ərazisindən yüklərin daşınmasına görə ödənişlər də mümkün razılaşma mövzularındandır.

Kreml Ukrayna qoşunlarının Donbasın nəzarətdə saxladığı hissəsindən çıxarılmasında israrlıdır və həmin əraziyə Rusiya ordusunun daxil edilməyəcəyini vəd edir. Moskva burada azad iqtisadi zona yaradılmasını, Rusiya administrasiyası və polisinin fəaliyyət göstərməsini, eyni zamanda Ukrayna və beynəlxalq şirkətlərin sərbəst işləməsini təklif edir. Hətta beynəlxalq müşahidəçi missiyanın mümkünlüyü istisna edilmir, lakin NATO qüvvələrinin iştirakı qəti şəkildə rədd olunur.

Moskvanın Vaşinqtona qarşı ritorikasının sərtləşməsi bir neçə amillə izah olunur. Bunlardan biri Rusiya hərbçilərinin istifadə etdiyi “Starlink” terminallarının bloklanmasıdır. Digər tərəfdən, Tramp administrasiyasının Hindistana Rusiya neftinin alışını azaltmaq üçün təzyiq göstərməsi və Avropa ölkələrinin “kölgə donanmasına” qarşı tədbirləri genişləndirməsi də Kremlin narazılığına səbəb olub.

Baltik dənizində Rusiya neft ixracına qarşı mümkün sərt addımlar Moskva–Brüssel münasibətlərini daha da gərginləşdirə, hətta hərbi qarşıdurma riskini artıra bilər.

Beləliklə, Lavrovun “Ankoric ruhu” barədə sərt çıxışı bir tərəfdən Vaşinqtona təzyiq elementi kimi qiymətləndirilir, digər tərəfdən isə danışıqların siyasi hissəsinin dalana dirəndiyini göstərir. ABŞ Prezidentinin bu mesajlara necə reaksiya verəcəyi isə hələlik açıq qalır. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Bu halda İran-Ermənistan əməkdaşlığı olmayacaq – Herbst
Next: Qripin uşaqlarda yaratdığı fəsadlar – Nəyə diqqət edək?

OXŞAR MÖVZULAR

0c333aaa-4130-48dc-85a6-a475d1ba94c6

Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir

admin 01/05/2026
amerika

ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid…

admin 01/05/2026
abş-ukr

Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir?

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.