Skip to content
18/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 16
  • Mənzil almaq istəyənlərin nəzərinə: Əmlak bazarında qiymətlərlə bağlı proqnoz

Mənzil almaq istəyənlərin nəzərinə: Əmlak bazarında qiymətlərlə bağlı proqnoz

admin 16/02/2026
menzil-açar

 

Bu il Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin artım tempinin əvvəlki illərlə müqayisədə zəifləyəcəyi gözlənilir. “S&P Global Ratings”in açıqlamasına görə, inflyasiyaya uyğunlaşdırılmış mənzil qiymətlərində artımın 2026-cı ildə 5-6 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Analitiklər artım tempinin azalmasını ölkədə kreditləşmənin yavaşlaması, iqtisadi artımın məhdudlaşması və neft qiymətləri ilə bağlı gözləntilərlə əlaqələndirirlər.

Qeyd edək ki, beynəlxalq reytinq agentliyi bundan əvvəl, 2025-ci ildə Azərbaycanda daşınmaz əmlak qiymətlərinin 10-15 faiz civarında artacağını proqnozlaşdırmışdı. Dövlət Statistika Komitəsinin açıqladığı son məlumatlara əsasən isə 2025-ci il ölkədə mənzil qiymətləri əvvəlki illə müqayisədə 12,2 faiz yüksəlib.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:

Əhali arasında da tezliklə daşınmaz əmlakın ucuzlaşacağı ilə bağlı şayiələr yayılır. Bəs bu şayiələr nə dərəcədə həqiqətə uyğundur?

“Nə sabitləşmə, nə də ucuzlaşma gözlənilir”

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Orucun sözlərinə görə, qiymət artımı ilə bağlı temp azalsa da, nə sabitləşmə, nə də ucuzlaşma gözlənilir: “Bu il daşınmaz əmlak bazarında qiymət artımının dinamikası əvvəlki illərlə müqayisədə zəif olacaq. Yəni qiymətlər artmaqda davam etsə də, artım tempi azalacaq. Lakin daşınmaz əmlak hələ də investisiya aləti olaraq qalır və bu səbəbdən qiymət artımı dayanmayacaq. Alternativ investisiya istiqamətlərinin məhdud olması əhalinin investisiya məqsədilə əmlaka üstünlük verməsinə səbəb olur. Bununla yanaşı, yeni yaşayış komplekslərinin tikintisi ilə bağlı gözləntilər mövcuddur. Aparılan söküntü işləri nəticəsində köhnə binaların yerində yeni tikililər inşa ediləcək. Bu amillər daşınmaz əmlak bazarında qiymət artımını saxlayan əsas faktorlar sırasındadır. Hazırda bazarda alıcıların sayı az, satıcıların sayı isə çoxdur. Amma bu, qiymətlərin enməsi üçün səbəb demək deyil. Çünki daşınmaz əmlak bazarı klassik tələb və təklif prinsipi ilə tənzimlənmir”.

V.Oruc bildirdi ki, qiymət artımının azalacağı ilə bağlı verilən proqnozlar əsasən köhnə binalara aiddir: “Belə ki, bu il köhnə binalarda qiymətlərin 6-6,5 faiz, yeni tikililərdə isə 9-10 faiz artacağı gözlənilir. 2027-ci ildə də əmlak sektorunda qiymət artımı gözlənilir, lakin artım tempi daha aşağı olacaq. Bu proses ölkədəki iqtisadi vəziyyət, xərclərin optimallaşdırılması və tikinti bazarında aktivliyin azalması ilə əlaqələndirilir”.

Ucuzlaşma real hesab edilmir

Ekspertin fikrincə, iqtisadi sabitlik baş vermədikcə, heç bir sahədə ucuzlaşma olmayacaq: “Qiymətlərin ucuzlaşması real hesab edilmir. Daşınmaz əmlakın qiymətləri bir il əvvəlki səviyyədən aşağı düşməyəcək. Fevral və mart aylarında qiymət artımının yenidən özünü göstərəcəyi proqnozlaşdırılır. Ən yaxşı halda bazarda stabilləşmə 2027-ci ilin sonu, 2028-ci ildə mümkün ola bilər. Bu da həmin illərdə manatın məzənnə rejimi və ümumi iqtisadi şəraitlə bağlı olacaq”.

“Kütləvi inşaat başlasa, qiymətlər stabilləşəcək”

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov da düşünür ki, yayılan şayiələr reallığı əks etdirmir və bu il əmlak bazarında heç bir qiymət azalmasından söhbət gedə bilməz: “Son dövrlərdə insanlar arasında əmlak qiymətlərinin enəcəyi ilə bağlı fikirlər formalaşıb. Bu fikirlər haradan qaynaqlanır, bilmirəm. Bu ehtimal ipoteka predmetinə aid olmayan, daha baha seqmentə daxil olan əmlaklara şamil edilə bilər. Digər torpaq növlərində isə 5-10 faiz artım gözlənilir. İpoteka predmeti olan əmlakların qiymətində isə azalma mümkün deyil, əksinə, təxminən 12 faiz civarında artım ola bilər. 2026-cı il göstəriciləri də 2025-ci ildən ciddi şəkildə fərqlənməyəcək”.

Ekspertin sözlərinə görə, əmlak bazarında qiymətlərin stabilləşməsinin yeganə çıxış yolu tikinti şirkətlərinin yenidən aktiv şəkildə dövriyyəyə daxil olmasıdır: “Yalnız 2016-2018-ci illərdə olduğu kimi kütləvi inşaat prosesi başlasa, qiymətlərin stabilləşməsindən, hətta müəyyən enişdən danışmaq mümkün olar. Əks halda, sabitləşmə, ucuzlaşma baş verməyəcək. Etiraf etmək lazımdır ki, hazırda tikinti üçün verilən icazələrin əhəmiyyətli dərəcədə azaldılması tikinti şirkətləri arasında rəqabəti zəiflədib. Nəticədə daşınmaz əmlakla bağlı təkliflər qıtlaşıb. Bu qıtlıq aradan qaldırılmadıqca, tələbat yüksək olaraq qalacaq, qiymətlər stabilləşməyəcək və artım tendensiyası da davam edəcək”.

PAYLAŞIN:

Continue Reading

Previous: Əliyev açıqladı: Gözlənilməz ssenarilər mövcuddu
Next: Bələdiyyələr torpaq satışı ilə bağlı qanunları necə pozur?

OXŞAR MÖVZULAR

gömrük-keçid

Quru sərhədlər bu şəxslər üçün açıla bilər

admin 17/04/2026
avto-b-

Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir?

admin 17/04/2026
mehkeme_2025_____

Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO

admin 17/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.