Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 16
  • Trampın qarşısındakı iki ssenari – İrana mümkün hücumun altı səbəbi

Trampın qarşısındakı iki ssenari – İrana mümkün hücumun altı səbəbi

admin 16/02/2026
iran-abş

 

Vaşinqtonla Tehran arasında hərbi qarşıdurma ehtimalı, ən azı hələlik, təxirə salınıb. Tərəflər Oman vasitəçiliyi ilə danışıqlara başlayıb. Lakin ABŞ prezidenti Donald Trampın sözlərinə görə qarşıdakı bir ay ərzində həll olunmalı olan bu danışıqlardan strateji irəliləyiş əldə edilməsi, ən azı tərəflərdən birinin indiyədək danışıqların mövzusu hesab edilməyən sahələrdə ciddi güzəştlərə getmədən mümkün görünmür. İran ballistik raket proqramının və regiondakı proksi şəbəkələrinə verdiyi dəstəyin müzakirə mövzusu olmadığını bildirir. Halbuki Tramp administrasiyası məhz bu sahələrdə radikal güzəştlər tələb edir.

Bu isə diplomatik prosesin dalana dirənə və ya tamamilə iflasa uğraya biləcəyi anlamına gəlir. Belə olan halda, regionda hərbi mövcudluğunu ardıcıl şəkildə gücləndirən Tramp hansı addımı atacaq?

“Atlantic council” xəbər verir ki, hərbi zərbə üçün iki əsas ssenari mövcuddur. Birinci variant məhdud və məcburedici zərbədir. Bu ssenariyə əsasən, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və “Bəsic” milisi obyektlərinə hücum edilərək Trampın etirazçıların öldürülməsi ilə bağlı “qırmızı xətti” icra oluna və İran danışıqlara daha zəif mövqedən qayıtmağa məcbur edilə bilər. Lakin belə bir zərbənin rejimin strateji hesablamalarına təsirinin məhdud olacağı və idarəolunan hərbi qarşıdurmanı təmin etməyəcəyi ehtimalı yüksəkdir. İran artıq istənilən hücuma cavab tədbirləri hazırladığını bəyan edib.

İkinci variant daha genişmiqyaslı hərbi kampaniyadır. Bu kampaniyanın məqsədi rejimin fundamental strateji mövqeyini dəyişdirmək – ballistik raket proqramına və proksi qüvvələrin fəaliyyətinə ciddi məhdudiyyətlər qoyulmasını qəbul etdirmək, hətta rejim dəyişikliyinə nail olmaqdır. Bu ssenarinin uğurlu olması üçün ABŞ mövcud rejimin sağ qalmasına real təhlükə yaratmalıdır. Bu isə regional müttəfiqlərin dəstəyi ilə koordinasiyalı və uzunmüddətli hərbi kampaniya tələb edir. Nəticədə Tehran ya sağ “zəhər dolu piyaləni içməli”, ya da mövcudluğunu təhdid edən bir müharibə ilə üzləşməlidir.

Rejim dəyişikliyi cəhdi ciddi risklər daşıyır. Bunlara ölkə daxilində silahlı qruplaşmaların formalaşması və hətta vətəndaş müharibəsi ehtimalı daxildir. Bununla belə, alternativin – daha da cəsarətlənmiş və çəkindirilməyən bir İranın – daha təhlükəli ola biləcəyi fikri irəli sürülür.

Trampın niyə qətiyyətli hərbi kampaniyaya üstünlük verməli olduğunu izah edən altı əsas strateji səbəbləri:

Yaxın Şərqi yenidən formalaşdırmaq üçün unikal an


İran 1979-cu il inqilabından bəri ən zəif dövrünü yaşayır. Son etirazlar, iyun ayında İsraillə 12 gün davam edən müharibə və terror şəbəkəsinin ciddi şəkildə sıradan çıxarılması bunu göstərir. İranın müdafiə doktrinası – nüvə proqramı, ənənəvi hərbi güc və regional proksi şəbəkəsi – İsrail və ABŞ-ı çəkindirməkdə uğursuz oldu və rejimin əslində “kağız pələng” olduğunu üzə çıxardı. Rejimə qarşı həlledici kampaniya ABŞ-ın regionda dalana dirənmiş təşəbbüslərini, o cümlədən “İbrahim razılaşmaları” çərçivəsində regional inteqrasiyanı irəli aparmaq və İranın təsiri altında olan Livan və İraq kimi ölkələri Qərbə yaxınlaşdırmaq üçün açar rol oynaya bilər.

Mənəvi məsuliyyət

Hazırkı diplomatik səylər əsasən nüvə məsələsinə fokuslanır və gərginliyin əsas səbəbi olan etirazçıların amansız şəkildə boğulmasını kölgədə qoyur. İrandan gələn xəbərlər sarsıdıcıdır. Rəsmi rəqəmlər “cəmi” 3 117 nəfərin öldürüldüyünü desə də, bəzi qiymətləndirmələr təkcə iki gün ərzində 6 000-dən 30 000-dək insanın öldürüldüyünü iddia edir. Trampın İran xalqını xilas edəcəyinə dair vədi sadəcə ritorika deyil, ABŞ-ın mənəvi liderliyinin real göstəricisi olmalıdır. Danışıqlar bu rejim üçün mükafat xarakteri daşıyır, çünki sanksiyaların yumşaldılması və daxili-legitimlik qazanmaq üçün ona həyati dəstək verə bilər.

Etibarlılıq dilemması

Hərbi gücdən imtina qısa müddətli qarşıdurmadan qaçmağa imkan versə də, 2013-cü ildə Suriyada baş verənlərlə müqayisə riskini yaradır. Həmin vaxt ABŞ prezidenti Barak Obama Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsinə baxmayaraq, “qırmızı xətt” bəyanatını hərbi cavabla dəstəkləmədi. Əgər Tramp indi reaksiya verməzsə, bu, Tehrana Vaşinqtonun təzyiq qarşısında geri çəkiləcəyi mesajını verə bilər.

ABŞ və Çin üçün iqtisadi maraqlar

Fərqli İran hakimiyyəti dünyanın ikinci ən böyük qaz və üçüncü ən böyük neft ehtiyatlarını yenidən Qərb bazarlarına qaytara bilər. Bu, Tramp administrasiyasının enerji resurslarına çıxışı xarici siyasətin əsas elementi kimi görməsi ilə uzlaşır. Venesuelada Nikolas Maduronun devrilməsi ilə İran rejiminin dəyişməsi Çinin enerji təhlükəsizliyinə ciddi zərbə vura bilər. Pekin ucuz neftə görə bu iki ölkədən idxaldan asılıdır və bu asılılıq ümumi idxalın 30%-nə qədər yüksəlir. Bu, Çinin strateji hesablamalarını çətinləşdirə və ABŞ-ın Tayvan boğazında mümkün münaqişənin qarşısını almaq kimi digər məqsədlərinə töhfə verə bilər.

İranın gələcəyi və ABŞ-ın “oyunda payı”

Hiperinflyasiya, su qıtlığı və genişmiqyaslı korrupsiya kimi problemlər rejimi sistem böhranına sürükləyib. Etirazlar rejimin son mərhələyə daxil olduğunu göstərir. Lakin kənardan gözləmək ABŞ maraqlarına uyğun deyil. Hərbi gücdən istifadə Vaşinqtona prosesə aktiv şəkildə təsir göstərmək, Rusiyanın və Çinin mümkün boşluqdan yararlanmasının qarşısını almaq imkanı verə bilər. Bu, mütləq şəkildə quru qoşunlarının yerləşdirilməsi demək deyil, əksinə, müxalif qruplara iqtisadi və diplomatik dəstək verməklə alternativ siyasi gələcək formalaşdırmaq məqsədi daşıya bilər.

İranın nüvə proqramının davam edən təhdidi

İyun ayında İranın nüvə obyektlərinə endirilən ABŞ zərbələri təcili nüvə sıçrayışının qarşısını alsa da, proqramı cəmi bir neçə ay geri atıb. Tehran artıq nüvə fəaliyyətini davam etdirəcəyini açıqlayıb və yeraltı obyektlərin möhkəmləndirilməsi bu niyyətin göstəricisidir. “Beynəlxalq Atom Enerjisi Agentliyi”nin nəzarət imkanlarının zəifləməsi uranın zənginləşdirilməsinin həm diplomatik təzyiq aləti, həm də rejimin sağ qalması üçün “sığorta” kimi istifadəsinə şərait yarada bilər. Tramp dəfələrlə İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyini bildirib və bu sözləri real addımlarla dəstəkləməlidir.

Bu mərhələdə danışıqları davam etdirmək rejimə ən zəif anında siyasi və iqtisadi nəfəs yolu açmaq riski yaradır. Vaşinqtonla Tehran arasındakı əsas mövqelər arasındakı uçurum ABŞ-ın çəkindiriciliyini bərpa etmək üçün gücdən istifadəni zəruri edir. Mövcud şəraitdə rejim dəyişikliyinə yönəlmiş qətiyyətli ABŞ rəhbərliyində koalisiya səyi, pis razılaşma və daha da güclənmiş İranla nəticələnə biləcək uzunmüddətli diplomatik prosesdən daha davamlı strateji nəticə vəd edir./bakupost.az

PAYLAŞIN:

Continue Reading

Previous: Rusiya Qarabağın azad olunmasına kömək edib?!
Next: “Epşteyn faylları”ndakı 300-dən çox məşhurun adını açıqladı – Siyahıda özü də var

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.