Skip to content
03/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 17
  • “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT

“Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT

admin 17/02/2026
aznəşriyyat
 “Azərbaycan”  Nəşriyyatında fəaliyyət göstərən media redaksiyalarının Baş redaktorları tərəfindən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına müraciət ünvanlıb. 
Müraciətdə deyilir:
                         
Cənab Prezident!
Müraciət müəllifləri olaraq, öncə diqqətinizə çatdırmaq istəyirik ki, rəhbərlik etdiyimiz mətbu orqanların redaksiyaları uzun müddətdir “Azərbaycan” Nəşriyyatında icarəçi tərəf kimi fəaliyyət göstərir. Buna görə, nəşriyyat binasının əsaslı təmirinə daha çox özümüz ehtiyac duymuşuq. Artıq bizə məlumdur ki, verdiyiniz ciddi göstərişlər əsasında binanın təmirinə başlanmaq ərəfəsindədir. Ölkə mətbuatına ayırdığınız diqqətə görə, Sizə təşəkkür və minnətdarlığımızı çatdırmağı özümüzə borc bilirik.
Onu da qeyd etmək istəyirik ki, “Azərbaycan” Nəşriyyatı əsaslı təmirə bağlandığı üçün, burada yerləşən redaksiyalarla bağlanmış müqavilələr 1 fevral, 2026-cı il tarixindən ləğv edilib. Bundan əlavə, redaksiyalara qısa müddət ərzində buranı tərk etmələri barədə göstəriş verilib. Lakin bu redaksiyalar üçün alternativ yer ayrılmadığından, 40 ilədək burada fəaliyyət göstərən media vasitələrinin əməkdaşları belə ümidsiz vəziyyətə düşüblər. Bir sözlə, çıxış yolu tapmaqda çətinlik çəkirik. Məhz bu səbəbdən, məsələni 02.02.2026-cı il tarixində “Azərbaycan” Nəşriyyatı qarşısında keçirdiyimiz çoxsaylı media nümayəndələrinin aksiyasında müzakirə etdik. Bu tədbirdə çıxış edərək, əlaqədar rəsmi qurumların rəhbərlərini, xüsusən də, ölkə rəhbəri olaraq Sizə, jurnalistlərə kömək etməyə çağırış etdik. Bundan az sonra redaksiyalarla bağlı qeyd olunan problem Azərbaycan Mətbuat Şurasında müzakirə edildi. Şuranın sədri Rəşad Məcidlə görüşdə 3 vacib təklif irəli sürdük.
Təkliflərimizdə qeyd olunub ki, ölkə başçısı olaraq, Siz həmişə jurnalistlərin problemlərinin həllinə diqqət ayırmısınız. Bu, mediamızın Azərbaycan həqiqətlərini dünyaya çatdırması, eləcə də xalqımızın maarifləndirilməsi üçün böyük bir dəstək olub.
Möhtərəm Prezident!
Prezident Administrasiyası idarəçiliyindəki “Azərbaycan” Nəşriyyatının əsaslı təmirə dayandırılmasını dəstəkləyərkən, burada yerləşən redaksiyaların səmərəli fəaliyyətinə dövlət nəzarətini də vacib hesab edirik. İlk növbədə, redaksiyaların müvəqqəti olaraq alternativ binalarda yerləşdirilməsini və təmir başa çatdıqdan sonra, onların nəşriyyata qaytarılmasına zəmanət verilməsini vacib hesab edirik.  (Xatırladaq ki, təmirə dayandırılan binaya bitişik korpusda iyirmiyə yaxın boş otaqlar mətbuata aidiyyatı olmayan subyektlərə verilib.)
Buna görə də, müzakirə zamanı verdiyimiz 3 önəmli təklifi Sizin də diqqətinizə çatdırmağı vacib hesab edirik:
– “Azərbaycan” Nəşriyyatının əsaslı təmirə dayandırılması səbəbindən, binanı tərk edən redaksiyalara alternativ binalarda müvəqqəti yerlər verilsin;
– Nəşriyyatın əsaslı təmiri başa çatdıqdan sonra, bu redaksiyaların əvvəlki iş yerlərinə qaytarılması zəmanət əsasında təmin edilsin;
– Müvəqqəti fəaliyyət üçün ayrılmış sahələrlə yanaşı, “Azərbaycan” Nəşriyyatının yenidən qurulmasından sonra, icarə haqqı (İndiyədək 1 kv.m üçün 5.20 manat müəyyən olunub) mətbuatın iqtisadi imkanlarına uyğunlaşdırılsın.
Cənab Prezident!
Diqqətinizə görə əvvəlcədən təşəkkür edirik və inanırıq ki, bu problemimiz Sizin köməyinizlə həllini tapacaq.
1. Şirin Cəfəri, (“Gundemxeber”)
2. İlqar Salmanov (“Yenixeber.org“)
3. Rövşən Qasımov, (“Millitv”)
4. Yaqub Xudiyev, (“Təhqiqat” qəzeti)
5. Sədaqət Kərimova, (“Simurq” qəzeti)
6. Rövşən Vəliyev, (“Xeberlenti.com“)
7. Həzi Hacıyev, (“Ziyalı” jurnalı)
8. İradə Saracallı, (“Bizimlider”)
9. Rasim Qafarov
10. Heydər Oğuz, (“Ovqat.com“)
11. Fikrət Abdullayev, (ETİM)
12. Məhəmməd Ərsoy (“Dia-az”)
13. Asif Mərzili, (“Təzadlar”)
14. Əliyeva R. (“Nedelya” qəzeti)
15. Şamo Nərimanoğlu, (“Açıq səma”)
16. Ləzgiyeva Telli, (“Telli sənəm”)
17. Türkan Səfərova, (“Poroqraf tv”)
18 . Rasim Sadıqov, (“Azpress.az“)
19. Nicat Mahmudov, (“Rubrika.az“)
20. Nazim Tapdıqoğlu, (“Doğrusöz”)
21 Telman Məmmədov (Aktualinfo.net)
Və s.
PAYLAŞIN:

Continue Reading

Previous: Paşinyan Azərbaycanla bağlı vəd istədi, Vens söz vermədi
Next: Aqrar sektorda “silinən pullar”da adları çəkilənlərlə bağlı İLGİNC İDDİALAR – Həbs olunan var, amma…

OXŞAR MÖVZULAR

2022-07-14-09-19-40sJ0KhkqSemVvCuXPYZKD_file

Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq?

admin 01/05/2026
imtahan-yeni

Buraxılış imtahanının nəticələri elan olundu

admin 01/05/2026
f15b1c6c9789245a5e734e1063cce228_Untitled-1

Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.