Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 19
  • Cəbrayılın Şükürbəyli kəndində bir evin tikintisi neçəyə hesablanıb – Lap tapmacadır

Cəbrayılın Şükürbəyli kəndində bir evin tikintisi neçəyə hesablanıb – Lap tapmacadır

admin 19/02/2026
mksif-1

 

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) kənd yaşayış məntəqəsində sahədaxili və evlərin qaz təchizatı  üzrə 07.01.2026-cı ildə başladığı açıq tenderə yekun  vurub. Müsabiqənin qalibi “TUNEL-METRO İNŞAAT ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 3.539.704,95 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 12.02.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayıl rayonu 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 93 birmərtəbəli fərdi yaşayış evlərinin tikintisi üzrə də 28.06.2024-cü ildə “TUNEL-METRO İNŞAAT ”  MMC ilə 10.012.580,46 manat məbləğində satınalma müqaviləsi bağlamışdır. Bu müqavilənin şərtlərinə görə “TUNEL-METRO İNŞAAT ”  MMC  Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 63 fərdi yaşayış evinin tikintisini həyata keçirməli olub. Burada bir fərdi yaşayış evinin tikinti xərci orta hesabla 158 929 manat təşkil edir.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 24.10.2024-cü ildə isə “TUNEL-METRO İNŞAAT ”  MMC ilə Cəbrayıl rayonu 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 93 birmərtəbəli fərdi yaşayış evlərinin tikintisi üzrə 14.562.668,45 manat dəyərində müqavilə bağlayıb. Bu müqavilənin şərtlərində isə  Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 93 fərdi yaşayış evinin tikintisi göstərilir. Yəni, bir fərdi yaşayış evinin tikinti xərci orta hesabla 156 min manat təşkil edir.

Bundan əlavə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 48 fərdi yaşayış evinin tikintisi üzrə bir müqavilə də “AGA-EE İnşaat” MMC ilə bağlayıb. 27.09.2024-cü ildə bağlanılmış bu müqavilənin dəyəri 7.664.193,62 manat təşkil edib. Bu müqavilədə isə bir evin orta hesabla tikinti xərci 159,6 min manat təşkil edib

Satınalmaların portalına yerləşdirilmiş bu məlumatlardan da görsəndiyi kimi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar birmərtəbəli fərdi yaşayış evlərinin tikintisi üzrə 2024-cü ilin iyun, sentyabr, oktyabr aylarında ümumi dəyəri 32 240 041 manat olan üç satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, bunlar yalnız fərdi yaşayış evlərinin tikintisinə aiddir. Çünki Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu  Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) kənd yaşayış məntəqəsində yol-küçə şəbəkəsinin tikintisi, abadlıq və yaşıllaşdırma işləri üzrə 20.905.738 manat dəyərində müqaviləni “GM CONSTRUCTİON” MMC ilə bağlayıb.

Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) kənd yaşayış məntəqəsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi üzrə 2.560.615,15 manat dəyərində müqavilə “AZƏRSUTƏCHİZATTİKİNTİ” ASC ilə bağlanılıb.

Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) kənd yaşayış məntəqəsində sahədaxili elektrik təchizatı üzrə 6.053.467,27 manat dəyərində müqavilə “AZƏRTRANSS” MMC ilə bağlanılıb.

Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) kənd yaşayış məntəqəsində sahədaxili rabitə, internet, televiziya və videomüşahidə şəbəkəsinin tikintisi üzrə 1.282.550 manat dəyərində müqavilə “FİBERNET-TELECOM” MMC ilə bağlanılıb.

Göründüyü kimi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar fərdi yaşayış evlərinin tikintisi üzrə ayrı şirkətlə, infrastruktur layihələrini həyata keçirmək üçün ayrı şirkətlərlə müqavilələr bağlayıb.

“Hal-hazırda Zəngilan şəhərində, Cəbrayıl rayonunun Şükürbəyli kəndində tikinti işləri yekunlaşmaq üzrədir”. Bunu isə Azərbaycan Prezidentinin Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev 2025-ci ilin noyabrın 5-də  “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda deyib.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu isə yekunlaşmaq üzrə olan Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 4 ay sonra 4 milyon manata yaxın vəsait ayırıb. Çox maraqlıdır ki, sözügedən kənddə 93 fərdi yaşayış evinin tikintisinin biri orta hesabla 156 min manata, 63 fərdi yaşayış evinin tikintisinin biri orta hesabla 158 929 manata, 48 fərdi yaşayış evinin tikintisinin biri orta hesabla 159,6 min manata hesablanıb. Eyni yerdə, eyni mənzillərin tikintisinə niyə fərqli rəqəmlər müəyyən edilib, anlaşılan deyil. Tapmaca kimi bir şeydir.

Qeyd edək ki,  Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TUNEL-METRO İNŞAAT ” (VÖEN: 2900244721) Məhdud Məsuliyyətli Cəmiyyətinin  Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 05.02.1997-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. VÖEN MMC-yə 06.11.2004-cü ildə verilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, TBİLİSİ PROSPEKTİ., ev.3166-cı məhəllədə yerləşən 4-cü blok 1-ci mərtəbə, m.113, qanuni təmsilçisinin isə Seyfullayev Şövqi Xalid oğlu olduğu qeyd edilib. MMC-nin hazırki günə 40 146.56 manat vergi borcu var.

Qeyestr məlumatlarına edilmiş dəyişikliklərdə RƏMZ-1 KİÇİK MÜƏSSİSƏSİ kimi dövlət qeydiyyatına alındığı göstərilir. 29.12.2008-ci ildə adını dəyişdirərək “TUNEL-METRO İNŞAAT ” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilib. Təsisçisi və ilk qanuni təmsilçisi Dadaşov Qərib Kamran oğlu olub.

Qərib Dadaşov 2001-ci ildə “Tunel-Metro İnşaat” MMC özəl şirkətini təsis etmiş və 2001-2010-cu illərdə “Tunel-Metro İnşaat” MMC ilə “Azərmetrotikinti” ASC arasınada bağlanan subpodrat müqaviləsi əsasında metro tikintisində cox böyük işlər görmüşdür. Qərib Dadaşov 2010-cu ilin yanvarın 15-dən “Azərtunelmetrotikinti” ASC-nin Xüsusi Hidrotexniki İşlər İdarəsinin rəisi təyin olunmuş və “Azərtunelmetrotikinti” ASC ləğv olunana kimi bu idarəyə rəhbərlik etmişdir.

Qeyd edək ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadədir. O, bu vəzifəyə 15 noyabr 2018-ci ildə təyin edilib.

 

Aktualinfo.net

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: İranın vurula biləcəyi tarix açıqlandı – “Bu, tammiqyaslı müharibəyə bənzəyəcək…”
Next: Ombudsman “Amnesty International” rəsmisinin Ruben Vardanyanla bağlı bəyanatına münasibət bildirib

OXŞAR MÖVZULAR

nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026
1732887242_mirelem-skoro-1536x983

Mirələm Cəlalov rəhbəri olduğu Təcili Tibbi Yardım Mərkəzində nə kimi işlər çevirir…

admin 14/04/2026
yusif-tender

Adı şübhəli satınalmalarda hallanan Yusif Yusifli yenə qalmaqal yaradır – “Nihat” MMC-nin pulunu vermir

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.