Skip to content
03/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 20
  • Səkinə Sadıxovanın başı üzərində “dolanan qara buludlar”:Xanım direktorun fəaliyyəti təftiş ediləcək?!

Səkinə Sadıxovanın başı üzərində “dolanan qara buludlar”:Xanım direktorun fəaliyyəti təftiş ediləcək?!

admin 20/02/2026
sekine sadıxova

 

Onu vəzifəsini itirəcəyi yox, daha çox bu günə qədər olub-bitənlərlə bağlı sorğu-sual edləcəyi rahat buraxmır

 Üç gün əvvəl TƏBİB-in rəhbəri vəzifəsindən kənarlaşdırılan Vüqar Qurbanovun həbs ediləcəyi ilə bağlı məlumatlar tirajlandı. İddialara görə, məsələ təkcə kadr dəyişikliyi ilə yekunlaşmaya bilər. Hüquq-mühafizə orqanlarının araşdırma apardığı iddia olunur. Hakim dairəyə yaxın media resurslarında yayılan məlumatlarda, sabiq rəhbərin yaxın günlərdə hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb ediləcəyi, həbsinin qaçılmaz olduğu iddiaları səslənir. Söhbət maliyyə intizamı, satınalmalar, kadr təyinatları və struktur qərarlarının qanunauyğunluğundan gedir.

TƏBİB son illər milyardlarla manatlıq dövlət vəsaitinin dövriyyədə olduğu quruma çevrilib. Bu isə avtomatik olaraq şəffaflıq və hesabatlılıq məsələsini prioritetə çıxarır. Əgər audit və ya istintaq nəticəsində pozuntular aşkar edilərsə, cinayət işinin başlanması istisna deyil…

                  Vüqar Qurbanovun sevimli kadrı təşvişdə…

 2021-ci ilin 13 sentyabr tarixindən etibarən TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun özü və yüksək vəzifələrə təyin etdiyi kadrlarının “özfəaliyyəti” ilə bağlı mediada silsilə yazılar dərc edilirdi… Bu yazılarda səhiyyə xidmətinin yararsızlığından tutmuş, formaca müxtəlif korrupsiya əməlləri ictimailəşirdi. Və bu məlumatlar da, heç zaman təkzib edilmirdi. Nəhayət, bu günlərdə indiyədək tirajlanan məlumatların nəticəsi müşahidə olunur…

Vüqar Qurbanovun kadrları demişkən…Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumata görə, TƏBİB-in sabiq “şef”inin sevimli kadrlarından sayılan Abşeron Rayon Mərkəzi Xəstəxanasının hazırkı direktoru Səkinə Sadıxovanın başı üzərində “qara buludlar dolanır”. Vüqar Qurbanovun başına gələnlərdən sonra Səkinə xanımın dərin sarsıntı keçirdiyi, psixoloji gərginlik səbəbindən de-fakto idarəçilikdən kənarda qaldığı bildirilir…

Bəs xanım direktorun təşvişinə səbəb nədir? Bu haqda bir az sonra.

Xatırladaq ki, Səkinə Sadıxova 23 noyabr 2019-cu ildə Sumqayıt şəhər Səhiyyə Şöbəsinə müdir təyin edilib. Bundan əvvəl isə Sumqayıt şəhər Səhiyyə Şöbəsində müdir müavini olub. Daha sonra “Sumqayıt Tibb Mərkəzi”nin direktoru postunu tutub. 30 dekabr 2023-cü ildə bu vəzifədən kənarlaşdırılıb. Vüqar Qurbanov Səkinə xanıma xüsusi sayqı nümayiş etdirərək, 9 fevral 2024-cü ildə onu özünə müşavir gətirir. 27 dekabr 2024-cü ildə isə xanım Sadıxova yeni vəzifəyə- Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru kürsüsünə sahiblənə bilir.

  ***

Hər şey 23 noyabr 2019-cu ildən-Səkinə Sadıxova Sumqayıt şəhər Səhiyyə Şöbəsinə müdir təyin edildiyi gündən başlayır. Ölkənin üçüncü böyük şəhərinin səhiyyəsinə rəhbərlik edən xanımın adı müxtəlif qanunazidd əməllərdə hallanmağa başlayır.

Şəhər əhalisi Səkinə Sadıxovanın sələfinin “ölənlərinə rəhmət oxumalı olur”. Səhiyyə xidmətində nizamsızlıq, tibbi personalın addımbaşı özbaşınalığı, tibbi avadanlıq və ləvazimatların təminatında, təmir-abadlıq işlərində korrupsiya ittihamları Səkinə xanımın adı ilə qoşa çəkilir, eyni yazılır.Təbii ki, böyük himayədarının sayəsində…

Artıq “Sumqayıt Tibb Mərkəzi”nin direktoru olan bu xanımla bağlı durum o dərəcəyə çatır ki, onun barəsində Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə cinayət işi başlanır:

179.3.2 – külli miqdarda mənimsəmə

308.1 – vəzifə səlahiyyətlərindən sui-istifadə

313 – vəzifə saxtakarlığı

Maraqlı, daha çox da, anlaşılmazdır ki, sonradan aidiyyatı orqanlar bu haqda hansısa açıqlama verdmədi. Hansısa gözəgörünməz əl bu xanımı “sudan quru çıxara bildi”.  Zamanında bu əməllərlə bağlı mediada ardıcıl yazılıb. Konkret adlarla, məbləğlərlə faktlar sadalanıb.

(Google üzərindən bir axtarış etməklə bu yazılarla tanış olmaq olar deyə, geniş yazmırıq. Red.)

Nəhayət Sumqayıt sakinləri xanım direktoru de-fakto qovmaq məcburiyyətində qalır. Vəziyyətin nəzarətdən çıxacağını görən Vüqar Qurbanov, 9 fevral 2024-cü ildə sevimli kadrını özünə müşavir təyin etməklə xilas edir. Lap elə pişik balasını daşıyan kimi…

                 Abşeron səhiyyəsinin qara günləri…

 Sumqayıtdan sonra qara günlərini yaşamaq növbəsi Abşeron səhiyyəsinə çatır…Belə ki, Vüqar müəllim Səkinə xanımı bir daha sevidirir: 27 dekabr 2024-cü ildə onu Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru postuna təyin edir. Yeni direktor yeni vəzifəsində də, köhnə prinsiplərindən ayrıla bilmir. Eyni ilə Sumqayıtda olduğu kimi səhiyyə xidmətindəki yarıtmazlıq, kadr seçimindəki maraqlı yanaşmalar, qohumbazlıq və s.

Çox keçmir ki, Abşeron rayonu səhiyyə problemi ilə bağlı şikayət olunan rayonlar sırasında ön sırada yer alır. Şikayətçilər arasında isə şəkər xəstələri xüsusi üstünlüyə sahib olur: lazımı dərman preparatlarının və ölçmə ləvazimatlarının təminatında ciddi problemlər yaşanır…

Xüsusi ilə cərrahi əməliyyatlarda İcbari Tibbi Sığorta “unudulur”. Hansı ki, TƏBİB-in başlıca funksiyası məhz, İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlıdır…

Qan və digər analizlərlə bağlı məsələ isə bambaşqa bir aləmdir: Səkinə Sadıxovanın “uzaqgörənliyi” sayəsində əksər analizlər razılaşdırılmış şəkildə özəl klinikalarda gerçəkləşir. Ki, bu da müəyyənləşdirilmiş ödənişlərlə tənzimlənir. Və s.

Çox keçmir ki, bacısı – Gürcüstanda saxta diplom aldığı iddia edilən və tibb bacısı kimi fəaliyyət göstərdiyi bildirilən, Sədaqət Əfəndini Masazır Ailə Sağlamlıq Mərkəzinə rəhbər təyin etməsi ilə bağlı məlumatlar yayılır. Bu məlumatla bağlı medianın sorğusu da cavabsız qalır(?) Xatırladaq ki, Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunu yaxın qohumların tabelilik münasibətlərində işləməsini qadağan edir!

Yeri gəlmişkən xanım direktorun işə gəlişi-gedişi zamanı xəstəxananın mühafizə xidməti tərəfindən xüsusi təmtəraqla qarşılanıb, yola salınması da yumşaq desək birmənalı qarşılanmır…

                               Bu da, sonun başlanğıcı…   

 Səkinə Sadıxovanın himayəçiləri sırasında tək Vüqar Qurbanovun adı hallanmır. Bu sırada onun müavini Araz Nəsirovun və İcbari Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri Zaur Əliyevin də adı yer alır. Amma, bu gün, o gün deyil: durum dəyişib. İndi adları çəkilənlər nəinki kimisə, heç özlərini belə qorumaq iqtarında deyillər. Vüqar Qurbanovun onları da, özü ilə aparacağı gözlənilir.

Bu “qoşqu”da Səkinə Sadıxovanın da olacağı istisna deyil. Yenixeber.org-a ötürülən məlumat görə, bunun fərqində olan xanım Sadıxova dərin sarsıntı içində yeni himayədarlar axtarışındadır. Hətta, bu istiqamətdə müəyyən çabalar açıq müstəviyə keçib…

Məlumata görə, onu vəzifəsini itirəcəyi yox, daha çox bu günə qədər olub-bitənlərlə bağlı sorğu-sual edləcəyi rahat buraxmır. Artıq TƏBİB-in bir sıra tabeli strukturlarında, eləcə də, Abşeron Rayon Mərkəzi Xəstəxanasında təftişlə bağlı qərar verildiyi bildirilir. Bunun necə nəticələnəcəyi zaman məsələsidir. Bəzən isə zaman sonun başlanğıcı olur…/yenixeber.org

PAYLAŞIN:

Continue Reading

Previous: Üzeyir Yusifov “Azərenerji”də “kor xəlifə kimi” -Balababa Rzayevin susqunluğu isə,…
Next: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində… -Bu, hüquqi nihilizmdir

OXŞAR MÖVZULAR

şapka mamed

“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib?

admin 30/04/2026
socar-necef

SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR

admin 30/04/2026
zulu şipping

“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? – Rusiyanın “kölgə tanker”ində İran izi

admin 28/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026
  • OPEK Azərbaycanın sübut olunmuş qaz ehtiyatlarının həcmini açıqlayıb 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.