Skip to content
03/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 23
  • “Azərbaycan” nəşriyyatından çıxarılan redaksiyaların jurnalistləri yenidən aksiya keçirəcək

“Azərbaycan” nəşriyyatından çıxarılan redaksiyaların jurnalistləri yenidən aksiya keçirəcək

admin 23/02/2026
aznəşriyyat
Prezident Administrasiyasının idarəçiliyində olan “Azərbaycan” nəşriyyatında uzun illər boyu icarədə olmuş redaksiyaların jurnalist kollektivləri daha bir etiraz aksiyası keçirmək qərarına gəliblər.
Bu barədə redaksiyamızın elektron poçtuna göndərilən bəyanatda deyilir. Sitat: “Bu müraciətimizlə bir daha cənab Prezident İlham Əliyevə müraciət edərək düşdüyümüz çıxılmaz vəziyyətlə əlaqədar kömək istəyirik. Belə ki, ötən ay təmir adı ilə boşaldılacaq “Azərbaycan” nəşriyyatında yerləşən redaksiyalara alternativ yer verilmədiyindən, jurnalistlər arasında ciddi narahatlıqlar yaranmışdır, onların peşə fəaliyyəti pozulmaqdadır. Biz iki həftə əvvəl nəşriyyatın qarşısında dinc toplantı keçirərək ölkə rəhbərliyindən kömək istəmişdik. Prezident Administrasiyası səsimizə dərhal reaksiya verdi və bizi Azərbaycan Mətbuat Şurasına dəvət etdilər. Şuranın sədri hörmətli Rəşad Məcidlə geniş müzakirəmiz oldu, o da vəziyyətimizi düzgün qiymətləndirərək kömək ediləcəyini qeyd etdi, təkliflərimizi diqqətə çatdırdıq. Sonra bizə bildirildi ki, təkliflərimizi artıq Prezident Administrasiyasına göndəriblər, cavab gözləyirik və s. Lakin hələ də cavab yoxdur, nəşriyyat rəhbərliyi isə fevralın 27- dək binanı tərk etməyi tələb edir. Bəli, biz də uzun illərdir təmirsiz qalmış nəşriyyatın milli mətbuatımızın adına layiq səviyyədə təmirli və səliqəli olmasını istəyirik. Lakin bizim indi harada fəaliyyət göstərə biləcəyimiz müəmmalı olaraq qalır. Odur ki, nəşriyyatdakı iş yerini tərk edərək alternativ ərazilərə müvəqqəti köçmək imkanı olmayan redaksiyaların jurnalistləri daha bir etiraz aksiyası keçirmək qərarına gəliblər. Onlar harasa köçə bilmirlər, avadanlıqları hələ də nəşriyyatdadır.  Məqsədimiz bu dəfə isə odur ki, aidiyyəti qəsmi qurumlar bir daha səsimizə səs versinlər, Azərbaycanın haqq səsini dünyaya yayan biz jurnalistlərə sahib çıxsınlar. Biz jurnalistlər hesab edirik ki, bəzi qurumlarda qələm sahiblərinə qarşı bu cür laqeydlik və düşünülməmiş hərəkətlər etiraza səbəb olmaqdadır. Onlar bunu özləri üçün hörmətsizlik hesab edirlər. Axı necə ola bilər ki, ölkə başçısı, cənab İlham Əliyev mediaya daim diqqət göstərir, çap və elektron media subyektlərinə dövlət büdcəsindən yardımlar edilir, bu biri tərəfdın isə bəzi rəsmi şəxslər, sanki qəsdən bizlərə qarşı məlum mövqeyi nümayiş etdirirlər!
 Bu səbəbdən də biz jurnalistlər 24.02.2026-cı il tarixində, saat 12:00-da “Azərbaycan” nəşriyyatının qarşısında etiraz aksiyası keçirmək barədə son qərara gəlmişik.
Biz bunun üçün aidiyyəti rəsmi qurumlara elektron müraciətlərimizi də artıq göndərmişik. Nəşriyyatdan tələm- tələsik çıxarılan redaksiyalar onlara əsaslı təmir dövründə müvəqqəti olaraq başqa bir ofis yeri verilməsini və binanı tərk edən redaksiyaların əsaslı təmir işləri başa çatdıqdan sonra əvvəlki iş yerlərinə geri qaytarılacaqlarının təmin olunmasını xahiş edirlər.
 Biz jurnalistlər fəaliyyətimizi davam etdirməkdən ötrü müvəqqəti olaraq alternativ məkana köçmək üçün dövlət başçısı cənab İlham Əliyevə ünvanlı olan və Prezident Administrasiyasına xeyli əvvəl göndərdiyimiz müraciətlərimizə baxılmasını və cavab verilməsini, eləcə də Azərbaycan Mətbuat Şurasından təqdim edilmiş təkliflərin nəzərə alınmasını xahiş edirik. Aksiyamızda da bu xoş niyyətimizi ifadə edərək, cənab Prezidentdən kömək göstərilməsini xahiş edəcəyik”.
İnanırıq ki, uzun illər ərzində “Azərbaycan” nəşriyyatında icarədə olmuş, indiyədək külli miqdarda icarə haqqı ödəmiş media subyeklərinə bu çətin və məsuliyyətli dönəmdə lazımi köməklik göstəriləcək.(“Təzadlar”)
PAYLAŞIN:

Continue Reading

Previous: Restoranda iftar etmək neçəyə başa gəlir?
Next: Azərbaycanın Meksikadakı səfirliyi vətəndaşlara müraciət etdi

OXŞAR MÖVZULAR

2022-07-14-09-19-40sJ0KhkqSemVvCuXPYZKD_file

Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq?

admin 01/05/2026
imtahan-yeni

Buraxılış imtahanının nəticələri elan olundu

admin 01/05/2026
f15b1c6c9789245a5e734e1063cce228_Untitled-1

Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026
  • OPEK Azərbaycanın sübut olunmuş qaz ehtiyatlarının həcmini açıqlayıb 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.