Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 23
  • Əlillik süni intellektlə TƏYİN EDİLƏCƏK – Bundan sonra nə olacaq?

Əlillik süni intellektlə TƏYİN EDİLƏCƏK – Bundan sonra nə olacaq?

admin 23/02/2026
süni-ai

 

2026-cı ildən etibarən Azərbaycanda əlilliyin qiymətləndirilməsi prosesində süni intellekt texnologiyalarından istifadə olunacağı açıqlanıb.

Bu barədə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov məlumat verib.

Bildirilib ki, yeni sistemin tətbiqi əlillik təyinatında şəffaflığın artırılmasına, subyektiv yanaşmaların azaldılmasına və qərarların daha obyektiv əsaslarla verilməsinə xidmət edəcək.

Lakin əlillik kimi həssas və insan həyatına birbaşa təsir edən bir sahədə süni intellektdən istifadə olunması cəmiyyətdə müxtəlif suallar və müzakirələr yaradıb.

Bəzi vətəndaşlar bu yeniliyi müsbət addım kimi dəyərləndirərək, korrupsiya risklərinin azalacağını və prosesin daha sürətli olacağını düşünür. Digərləri isə texnologiyaya tam etibar etməyin riskli olduğunu bildirir. “Həkim bəzən düzgün baxa bilmir, süni intellekt bunu necə edəcək?! Texnologiyaya etibar etmək olar, amma bu qədər də yox”, – deyə insanlar bildirirlər. Başqa bir qism insan isə məsələyə fərqli yanaşaraq, bunun artıq zamanın tələbi olduğunu bildirib: “Bu, axır-əvvəl tətbiq olunmalı idi. Dünyada hər sahədə süni intellektdən istifadə olunur”.

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin departament rəhbəri Elxan Xəlilov isə bildirib ki, hazırda süni intellektin tətbiqi məsləhət xarakteri daşıyır və yekun qərar yenə də həkimlər tərəfindən verilir.

Onun sözlərinə görə, vətəndaşların bütün tibbi analiz və diaqnozları kodlaşdırılmış formada sistemə daxil edilir və qərar qəbul olunana qədər həmin məlumatların konkret hansı şəxsə aid olduğu məlum olmur:

“Süni intellekt yalnız Səhiyyə Nazirliyindən daxil olan məlumatları təhlil edir, əvvəlki qərarları analiz edir və əlilliyin qrupu, növü və müddəti ilə bağlı həkimlərə tövsiyə xarakterli rəy təqdim edir. Həmçinin vurğulanıb ki, sistemin yanlış qərar vermə ehtimalı 10–20 faiz arasında dəyişir.

Adil Qeybulla

Məsələ ilə bağlı tanınmış həkim, professor Adil Qeybulla açıqlamasında bildirib ki, süni intellekt tibbdə köməkçi vasitə kimi çox faydalı ola bilər, lakin insan faktorunu tam əvəz etməsi mümkün deyil.

Onun sözlərinə görə, əlilliyin müəyyənləşdirilməsi təkcə analiz nəticələrinə deyil, həm də xəstənin ümumi vəziyyətinə, həyat keyfiyyətinə və sosial durumuna əsaslanmalıdır.

Adil Qeybulla qeyd edib ki, süni intellekt böyük həcmdə məlumatı qısa zamanda analiz etmək baxımından həkimlərə ciddi dəstək verə bilər:

“Sistem əvvəlki minlərlə qərarı təhlil edərək müəyyən tendensiyalar çıxara bilir. Bu, səhvlərin azalmasına kömək edə bilər. Amma unutmaq olmaz ki, hər xəstə fərdidir və onun vəziyyətini tam dəyərləndirmək üçün canlı müayinə və həkimin təcrübəsi çox vacibdir. Süni intellekt yalnız yardımçı rol oynamalıdır, əsas qərar yenə də həkimə məxsus olmalıdır”.

Professorun fikrincə, sistem düzgün qurularsa, saxta əlillik halları azala, həqiqətən ehtiyacı olan insanların hüquqları daha yaxşı qoruna bilər. Lakin texniki nasazlıqlar, natamam məlumatlar və proqram səhvləri riski də nəzərə alınmalıdır.

Sahib Məmmədov

Mövzu ilə bağlı hüquqşünas Sahib Məmmədov bildirib ki, süni intellektin əlillik qiymətləndirilməsində iştirakı qanunvericilik baxımından da dəqiq tənzimlənməlidir.

Onun sözlərinə görə, vətəndaşın sosial təminat hüquqları birbaşa bu qərarlardan asılı olduğu üçün, sistem maksimum şəffaf və hesabatlı olmalıdır.

Sahib Məmmədov vurğulayıb ki, hər bir vətəndaş verilən qərarla razılaşmadıqda onu mübahisələndirmək hüququna malikdir:

“Əgər süni intellektin verdiyi rəy əsasında vətəndaşa əlillik təyin olunmursa və ya aşağı qrup müəyyən edilirsə, şəxs inzibati qaydada və məhkəmə yolu ilə qərardan şikayət edə bilər. Dövlət qurumları vətəndaşa süni intellektin hansı meyarlar əsasında nəticə çıxardığını izah etməlidir. Əks halda bu, hüquqi problemlərə yol aça bilər”.

Hüquqşünas əlavə edib ki, qərarların yalnız alqoritmlərə əsaslanması insan hüquqları baxımından risklidir və buna görə də insan nəzarəti mexanizmi daim saxlanılmalıdır.

Onun fikrincə, süni intellektin səhv ehtimalı rəsmi olaraq 10–20 faiz göstərilirsə, bu risklərin kompensasiya mexanizmləri də qabaqcadan müəyyənləşdirilməlidir./nocomment.az

PAYLAŞIN:

Continue Reading

Previous: Zelenski: “Lvovda terror aktı törədənlər cinayətə “Telegram” vasitəsilə cəlb ediliblər”
Next: Pensiya və müavinətlərlə bağlı YENİLİK

OXŞAR MÖVZULAR

söküntü-1

Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya

admin 16/04/2026
vergi-v

Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi

admin 16/04/2026
ət-m

Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.