Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 1
  • İranı kim idarə edəcək? – Rəsmi Tehran ABŞ-yə, yoxsa SEPAH-a boyun əyəcək?

İranı kim idarə edəcək? – Rəsmi Tehran ABŞ-yə, yoxsa SEPAH-a boyun əyəcək?

admin 01/03/2026
sepah-xomn

 

İran İslam Respublikasının ali dini lideri Əli Xamaneinin  İsrail–ABŞ hücumu nəticəsində öldürülməsi sadəcə bir liderin itirilməsi deyil. 

Bu hadisə 1979-cu il İslam İnqilabından sonra qurulan teokratik sistemin ən həssas sinir nöqtəsinə zərbə vurdu. İran ilk dəfə olaraq həm daxili legitimlik, həm də regional güc balansı baxımından eyni anda sınağa çəkilir.

Keçid mexanizmi işləyir, amma sistem sarsılıb

Konstitusiyanın 111-ci maddəsi formal olaraq problemsiz işə salınıb: Prezident M\sud Pezeşkian, Məhkəmə Hakimiyyətinin rəhbəri Qulam Hüseyn və ayətullah Əli ıza Ərafidən ibarət keçici liderlik şurası yaradılıb.

Lakin bu mexanizm texniki sabitlik yaratsa da, siyasi boşluğu doldurmur. Çünki problem “kim idarə edəcək?” sualından çox, “necə idarə ediləcək?” sualıdır.

Varislik məsələsi: monarxiya qorxusu və inqilab paradoksu

Ən çox müzakirə olunan fiqur Müctəba Xamaneidir. Onun İnqilab Keşikçiləri (SEPAH) və təhlükəsizlik aparatındakı təsiri realdır. Lakin burada İran sisteminin fundamental paradoksu üzə çıxır: İslam İnqilabı şah rejiminin irsi hakimiyyətinə qarşı baş vermişdi, indi isə dini lider postunun atadan oğula keçməsi riski yaranıb.

Bu ssenari həyata keçərsə, sistem daxilində elit razılaşması mümkün ola bilər, amma xalq arasında “dini monarxiya” ittihamları güclənər və uzunmüddətli legitimlik ciddi zərbə alar.

Xomeyni kartı: simvolik legitimlik, zəif institusional dəstək

Digər əsas fiqur Həsən Xomeynidir. Onun üstünlüyü siyasi yox, simvolik legitimlikdir. Xomeyni soyadı hələ də cəmiyyətin böyük hissəsində müqəddəsdir. Amma mühafizəkar ruhani elita ona etibar etmir, daha əvvəl Mütəxəssislər Məclisindən kənarlaşdırılması sistemin ona qapalı olduğunu göstərir. Bu səbəbdən Həsən Xomeyni xalq üçün sakitləşdirici, amma rejim üçün riskli fiqur sayılır.

Laricani faktoru: kölgə liderlik modeli

Əli Laricaninin açıqlamaları göstərir ki, sistem tək bir liderə yox, kollektiv nəzarətə yönələ bilər. Bu, iki variant yaradır: ya Laricani özü ön plana çıxmadan prosesi yönləndirəcək, ya da “liderlik şurası” modelinə keçid üçün zəmin hazırlanır. Bu model İranda ilk dəfə real alternativ kimi müzakirə olunur.

Digər adlar və real güc mərkəzi

Adları çəkilən Sadiq Laricani, Nuri Həmədani, Həsən Ruhani kimi fiqurlar daha çox keçid balansı rolunu oynaya bilər. Əsas qərarverici isə açıq şəkildə SEPAH-dır. Kim SEPAH-ın təhlükəsizlik və iqtisadi maraqlarını təmin edərsə, seçilmək şansı yüksələcək.

Xarici faktor: Vaşinqtonun mesajı

ABŞ Prezidenti Donald Trampın “bizim də fikrimiz var” açıqlaması göstərir ki, İranın yeni lideri təkcə daxili yox, qlobal güc balansının da məhsulu olacaq. Bu isə Tehranda  yeni lider seçiminin Qərbə müqavimət qabiliyyətinin testi olacağı yönündə fikir formalaşdırır.

İran yol ayrıcındadır

İran qarşısında üç əsas ssenari var:
1. Sistem davamlılığı – Müctəba Xamanei və ya ona yaxın fiqur
2. Simvolik yumşalma – Həsən Xomeyni tipli ad
3. Kollektiv liderlik – real güc SEPAH-da qalmaqla formal dini rəhbərlik

Hansı yol seçilirsə-seçilsin,fakt dəyişmir: Xamaneidən sonrakı İran əvvəlki İran olmayacaq./yenicag.az

PAYLAŞIN:

Continue Reading

Previous: Xamenei ABŞ zərbəsi ilə ölməyib? – Arakçının şok eyhamı…
Next: İsrail ordusu öldürülən İran rəsmilərinin siyahısını açıqladı

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.