Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 2
  • Xameneinin təhlükəsizlik xidmətinin ölümcül səhvi – MKİ onun yerini yüz faiz dəqiqliklə təyin edə bildi

Xameneinin təhlükəsizlik xidmətinin ölümcül səhvi – MKİ onun yerini yüz faiz dəqiqliklə təyin edə bildi

admin 02/03/2026
xamn-2

 

“ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) bir neçə ay ərzində İranın Ali dini lideri ayətullah Əli Xamenei üzərində müşahidə aparıb və fevralın 28-i səhər saatlarında onun iqamətgahında yüksək vəzifəli iranlı rəsmilərin toplantısının keçiriləcəyini müəyyən edib”.

Bu barədə “The New York Times” qəzeti vəziyyətlə tanış mənbələrə istinadla yazıb.

Məlumata görə, ABŞ və İsrail ilkin olaraq zərbəni gecə saatlarında endirməyi planlaşdırsa da, daha sonra vaxtı dəyişərək səhərə keçiriblər. Mənbələr bildirir ki, məqsəd ali rəhbərin də iştirak etdiyi yüksək səviyyəli toplantını gözləmək olub.

Kəşfiyyat məlumatları ilə tanış olan şəxslər iddia ediblər ki, CIA İsrailə Xameneinin yerləşdiyi məkan barədə “yüksək dərəcədə etibarlı” informasiya ötürüb. İsrail isə həm bu məlumatlara, həm də öz kəşfiyyat kanallarına əsaslanaraq bir neçə ay hazırlaşdığı əməliyyatı həyata keçirib.

“The Wall Street Journal” isə yazır ki, əməliyyat öncəsi İsrailin ali hərbi rəhbərliyi – Hərbi Hava Qüvvələrinin komandanı, hərbi kəşfiyyat rəhbəri və xarici kəşfiyyat xidməti “Mossad”ın direktoru planlaşdırma məqsədilə mütəmadi olaraq Vaşinqtona səfər ediblər. Dekabr ayında İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə Floridadakı Mar-a-Lago iqamətgahında görüşüb. Bildirilir ki, tərəflər İranın nüvə proqramını davam etdirməsi halında əməliyyatın əsaslandırılmış olacağı barədə razılığa gəliblər.

Fevral ayında isə Tramp və Netanyahu Ağ Evdə yenidən görüşüblər. WSJ mənbələri bildirir ki, bu dövrdə İsrail kəşfiyyatı İrandakı hədəflərlə bağlı məlumat toplayaraq ABŞ ilə bölüşüb.

WSJ-nin başqa bir materialında qeyd olunur ki, İrana qarşı genişmiqyaslı hava zərbəsi zamanı ABŞ “Anthropic” şirkətinin hazırladığı süni intellekt alətlərindən istifadə edib. Mənbələrin sözlərinə görə, dünyanın müxtəlif bölgələrində, o cümlədən Yaxın Şərqdə fəaliyyət göstərən ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “Claude” adlı süni intellekt modelini tətbiq edib. CENTCOM bu iddiaları şərh etməkdən imtina edib.

Bildirilir ki, “Claude” gizli hərbi tədbir çərçivəsində istifadə edilən ilk neyroşəbəkə olub. Daha əvvəl Pentaqon bu texnologiyanı Venesuela Prezidenti Nicolás Maduronun ələ keçirilməsi məqsədilə keçirilən xüsusi əməliyyatda da tətbiq edib. Maraqlıdır ki, daha əvvəl Tramp hökumət qurumlarına “Anthropic” texnologiyalarından istifadəni qadağan etmişdi. O, şirkəti “radikal solçu” adlandıraraq Pentaqona şərt diktə etmək və hərbçilərə təzyiq göstərməkdə ittiham etmişdi.

Məlumata görə, mübahisə süni intellektin hərbi məqsədlərlə tətbiqi ilə bağlı fikir ayrılıqları fonunda yaranıb. “Anthropic” kütləvi izləmə və avtonom ölümcül silah sistemlərində iştirakdan imtina edilməsini tələb edərək sərt etik məhdudiyyətlərdə israr edib. Pentaqon isə hərbi ehtiyaclara uyğun olaraq bütün alətlərdən istifadə hüququnun saxlanmasını istəyib.

ABŞ müdafiə nazirinin müavini Emil Maykl şirkət rəhbərliyini ordunun fəaliyyətinə nəzarət etməyə çalışmaqda və milli təhlükəsizliyi risk altına atmaqda ittiham edib. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: “Traktor” Bakıya səsləndi: Cənubu qorumaq lazımdır!
Next: “Ağıllı” işıqforlar gəldi – Tıxaclar azalacaq?

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.