Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 2
  • “Ağıllı” işıqforlar gəldi – Tıxaclar azalacaq?

“Ağıllı” işıqforlar gəldi – Tıxaclar azalacaq?

admin 02/03/2026
işıqfor

 

Paytaxtın bir sıra küçə və prospektlərində artıq “ağıllı işıqfor” sistemi tətbiq olunmağa başlayıb. Süni intellekt texnologiyası əsasında çalışan bu qurğular yol hərəkətinin real vaxt rejimində sıxlığını analiz edərək işıq siqnallarının müddətini avtomatik şəkildə tənzimləyir.

Pilot layihə çərçivəsində ümumilikdə 8 yol qovşağında yeni nəsil işıqforlar quraşdırılıb.
Yeni sistem ənənəvi işıqforlardan fərqli olaraq, xüsusilə pik saatlarda və yol-nəqliyyat hadisələri zamanı nəqliyyatın intensivliyinə uyğun şəkildə iş rejimini dəyişir. Bu isə avtomobil axınının daha səmərəli idarə olunmasına imkan yaradır.

Nəqliyyatın az olduğu vaxtlarda yaşıl işığın müddətinin artırılması sürücülərin vaxt itkisini minimuma endirir. Beynəlxalq təcrübə göstərir ki, adaptiv işıqfor sistemləri tıxacların həcmini 15-30 faizədək azaltmaq potensialına malikdir. Layihənin nəticələri müsbət olacağı təqdirdə, “ağıllı işıqfor”ların şəhərin digər ərazilərində də quraşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, sosial şəbəkələrdə bu işıqforların avtomobilləri cərimələdiyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Cərimələmə funksiyası kameralara məxsusdur, işıqforlar isə yalnız hərəkətin tənzimlənməsini həyata keçirir.

Bəs Bakıda yeni işıqforlar özünü doğruldacaqmı? Doğrudanmı hərəkətin təhlükəsizliyi artacaq və tıxaclar azalacaq?

Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, belə sistemlər şəhər üzrə nəqliyyat axınını analiz edir və işıqforların iş rejimini buna uyğun tənzimləyir: “Bizdə də nəqliyyatın digər növləri üzrə müəyyən rəqəmsal modellər mövcuddur. Lakin avtomobil axınını tam və dəqiq ölçən, onu rəqəmsal əkiz (digital twin) formatında idarə edən sistemin olub-olmaması barədə dəqiq məlumat yoxdur.
Dünyada artıq yeni texnologiyalar tətbiq olunur. İşıqforların fazaları rəqəmsal həllər vasitəsilə müəyyən edilir, nəqliyyat axını real vaxt rejimində analiz olunur və sistem fazaları avtomatik olaraq axına uyğun dəyişir. Bu yanaşmanın bizdə necə qarşılanacağı ilə bağlı dəqiq məlumat olmasa da, prinsip etibarilə maraqlı və müasir bir həll kimi görünür”.

Bakıda ilk dəfə “ağıllı işıqforlar” quraşdırıldı - VİDEO Yeni Sabah

Ekspert deyib ki, əgər sistem doğrudan da insan müdaxiləsi olmadan çevik şəkildə işləyəcəksə, bu, ümumi nəqliyyat axınına müsbət təsir göstərə bilər: “Lakin tıxac məsələsi təkcə işıqforla həll olunan problem deyil. Bu, kompleks tədbirlər planı tələb edir. Əsas sual budur: biz şəhərdə hansı nəqliyyat növü ilə və necə hərəkət edirik? Əgər əsas yük yalnız avtomobillərin üzərindədirsə, tıxac probleminin köklü həlli mümkün olmayacaq. Daha çox sərnişin daşıma qabiliyyətinə malik nəqliyyat növlərinə üstünlük verilməlidir.

Buraya dəmir yolu, metro, tramvay və digər kütləvi nəqliyyat vasitələri daxildir. Onların inteqrasiyası vacibdir. Qısa məsafələr üçün isə mikromobillik və velosiped infrastrukturu inkişaf etdirilməlidir. Bütün bu sistemlər vahid və sağlam kompleks kimi işlədikdə tıxaca real alternativ yarana bilər. İnsanlar seçim imkanına malik olmalıdır ki, sıxlıqdan yan keçərək daha rahat nəqliyyat növündən istifadə edə bilsinlər. Bununla yanaşı, piyada infrastrukturu da diqqət mərkəzində olmalıdır. Qısa və rahat piyada marşrutları formalaşdırılmalı, nizamlanan piyada keçidlərinin və işıqforların sayı artırılmalıdır. Siqnalların fazaları az mobillər də nəzərə alınmaqla qurulmalıdır ki, həm nəqliyyat, həm də piyadalar arasında ahəng təmin olunsun və insanlar yolu xaotik şəkildə keçməyə məcbur qalmasınlar. Piyada infrastrukturunun abadlaşdırılması və təhlükəsiz keçidlərin təşkili uzun illərə qalmamalıdır. Bu dəyişikliklər mərhələli şəkildə, lakin qısa müddətdə hiss olunmalıdır. Dövlət proqramında 2020–2030-cu illər üçün bu məsələlər nəzərdə tutulsa da, prosesin daha da sürətlənməsinə ehtiyac var”.

Göründüyü kimi, “Ağıllı işıqfor”lar müsbət və perspektivli addımdır. Ancaq tıxac probleminin həlli üçün təkbaşına kifayət etmir. Kompleks, inteqrə olunmuş və insan mərkəzli nəqliyyat siyasəti olmadan ciddi dəyişiklik gözləmək çətindir./musavat.com

PAYLAŞIN:

Continue Reading

Previous: Xameneinin təhlükəsizlik xidmətinin ölümcül səhvi – MKİ onun yerini yüz faiz dəqiqliklə təyin edə bildi
Next: İran-ABŞ gərginliyində Çin faktoru: Pekin hansı həddə qədər dəstək verəcək?

OXŞAR MÖVZULAR

söküntü-1

Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya

admin 16/04/2026
vergi-v

Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi

admin 16/04/2026
ət-m

Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.