Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 2
  • Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa…??? -TƏFƏRRÜAT

Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa…??? -TƏFƏRRÜAT

admin 02/03/2026
esqnam-2

 

Adı dövlət qulluqçularının vahid reyestrində olmayan şəxsi hansı hüquqi əsasla vəzifədə saxlayırsınız, hansı hüquqi əsasla ona dövlət qulluqçusunun maaşını verirsiniz?

Azərbaycan təhsilində şəffaflıq və inkişafyönlü islahatların anons edildiyi bir vaxtda həm paytaxtda, həm də regionlarda təhsil adına yaşanan utancverici hallar-qanunzidd addımlar, dövlətçilik dəyərlərinə açıq hörmətsizlik cəmiyyət olaraq, dövlət olaraq bizi dərindən düşündürməlidir. Əks halda, göz görə-görə təhsilimizi uçurumun dibinə yuvarlamış olacağıq.

Elə yevlaxlı oxucularımızın Yenixeber.org-a ünvanladığı şokedici məlumatlar da bunları deməyə əsas verir. Məlumata görə, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) 4-5 fevral 2025-ci il tarixdə Yevlax rayon Təhsil sektorunda apardığı son yoxlamalar çoxsaylı qanun pozuntuları (xüsusən, maliyyə ilə bağlı) və təkzibolunmaz faktlar üzə çıxarsa da, nədənsə “gözügörünməz” əllərin sayəsində bu yoxlamanın nəticəsi “kosmetik” xarakter daşımaqdadır. Belə ki, nə…, nə savadı, nə də dünya görüşü təhsilə zərrə qədər uyğun olmayan sektor müdiri Namidə Abbasova “sudan quru çıxa bilib”. Baxmayaraq ki, bütün məsuliyyət və cavadehlik bu şəxsin üzərində olub. Onun əvəzinə üzdə olan 2 və 7 №-li məktəblərin direktorlarının (biri Şəhid Milli Qəhrəmanın bacısıdır) qurban seçilməsi və Namidənin cəzasız qalması bütün Yevlax ictimaiyyətində çoxlu sullar yaradıb.

              Direkor müavinlərini, müəllimləri şantaj edir, hədələyir

Bu suallara keçməzdən əvvəl Elm və Təhsil naziri Emin Əmrullayevin məşhur və kifayət qədər kəskin bir fikri- “TƏHSİLDƏ  GÜZƏŞT VƏTƏNƏ XƏYANƏTDİR” ifadəsi MÜTDA-nın direktoru Eşqi Bağırovun  və Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımovun “tükünü belə tərpətməyib”. Baxmayaraq ki, bu fikir Namidə Abbasovanın rəhbərlik etdiyi Yevlax təhsilinindəki mövcud mənzərənin ən dəqiq tərifidir. Yoxlamalar zamanı ortaya çıxan qanunsuz vəzifə təyinatları, əmək qanunvericliyinin kobud şəkildə pozulması, büdcə vəsaitlərinin mənimsənilməsi kimi ciddi faktlar aşkar olunduğu halda Namidə Abbasova əlini-qolunu sallaya-sallaya gəzir və gözlərini süzdürərək rişxəndlə məktəb direktorlarına, təhsil işçilərinə acıq verir. Hətta,bundan da cılız hərkətlərə yol verir.Vəzifəsindən asılı olmayaraq tabeliyində olan işçiləri aşağılayır, qadına yaraşmayan tərzdə qışqırır və kobud ifadlər işlətməkdən çəkinmir. Hələ bu azmış kimi haqqını tələb edən işçiləri, direkor müavinlərini, müəllimləri şantaj edir, hədələyir. Bəs bütün bunlara rəğmən Namidə Abbasovaya güzəşt edilməsi cənab nazirin dediyi kimi Vətənə xəyanət deyilmi? Yəqin ki, bu əməllərə mütləq hüquqi qiymət veriləcək.

Yevlaxın təhsil ictimaiyyətini düşündürən suallar isə əsas etibarı ilə bunlardır:

…Bu şəxsə göstərilən “xüsusi münasibət” qanunlardan daha üstündürmü?

…Kimlərdir Namidə Abbasovanın qanunsuz əməllərini ört-basdır edən?

…Kimlərdir onun kimi bacarıqsız, təhsil idarəetməsindən və təhsilin metodalogiyasından xəbərsiz birini himayə edən?

…Bu qanunsuzluqlar zəncirinin halqaları kimlərə qədər uzanır?

İddialara görə, ziddiyətli keçmişə malik Namidə Abbasova ondan narazı olan şəxslərə açıq şəkildə bəyan edir ki, “siz mənə heç nə edə bilməzsiniz, mənim arxmada duran qüvvələr sizi məhv edər, özünüzü yormayın”. Bu xanım özünə yaxın hesab etdiyi və onu hədiyyələr yağışına tutan direktorların yanında deyib ki, Allah icra başçımız Anar müəllimə (Yevlax rayon icra hakimiyyətinin başçısı) və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəki həmkəndlimə, qohumuma can sağılığı versin. Məlumata görə, icra başçısı Anar Tağıyevin Namidənin arxasında durmasını bütün Yevlax bilir.Çünki onun təyinatında Anar Tağıyevin müstəsna rolu olub və bu gün də onu hərtərəfli müdafiə edir. Arabuluculuq işini isə başçının müavini Elnarə Əzizova edir. Anar Tağıyevlə Namidə Abbasovanı birləşdirən bir neçə xüsusiyyət də var. Hər ikisi adamyovuşmaz, özündənrazı, sıfır ünsiyyət, kobud və ən təhlükəslisi isə türk kökənli insanları sevməmələri. Bunları Yevlaxda hər kəs bilir. Sadəcə adamlar qorxularından dilə gətirə bilmirlər.

Məlumata görə, əslində Namidə Abbasova məhz anasının təlimatı ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəki həmkəndlisinin adından sui-istifadə edir və bununla da təhsil işçilərini qorxu altında saxlayır. Halbuki həmin şəxs (Adını hallandırmağı uyğun bilmirik. Red.) bu təhlükəli ana-balanı yaxınına buraxmır. Baxmayaq ki, Namidə və anası Bəsti müəllimə bir neçə dəfə həmin vəzifəli şəxsin Bərdənin … kəndində məskunlaşan  qardaşının evində olub. Amma dəstək almaq cəhdləri uğursuz olub. Bir sözlə, Anar Tağıyevdən “etibarlı”sını tapa bilməyiblər. Maraqldır ki, regional idarənin müdiri, gün işığına çıxmaqdan qorxan Həmid Qasımov da Namidənin nazı ilə oynayır, ona gözün üstə qaşın var demir. Əcəba niyəə?

                                 Dövlət qulluqçusu deyil, amma,…

Onu da bildirək ki,  Namidə Abbasova yevlaxlı deyil, Ağdərə rayonunun Sırxavənd kəndindəndir və ən azı 2 dəfə ailəli olub. Təhsilin idarə olunmasında təsadüfü kadrlardan sayılan Namidə Abbasova Yevlaxın Havarlı kənd məktəbində direktor əvəzi işləyib və hansısa “sehirli əllər”in sayəsində 1 ili tamam olmamış gözlənilmədən müqavilə ilə Təhsil şöbəsinin müdiri təyin olunub. Regional idarələr yaranandan sonra isə dövlət qulluğu imtahanından keçmədiyi halda Yevlax rayon Təhsil sektorunun müdiri təyin olunub. Bu günə qədər də dövlət qulluqçusu statusunda deyil. …VƏ ƏN ƏSASI… Mərkəzi Aran Regional Təhsil İdarəsinin maliyyə-iqtisadiyyat sektorunun müdiri Natiq Misirov bu şəxsə dövllət qulluqçusu üçün müəyyən edilən əmək haqqı hesablayıb (üstəgəl paket). Bunun cinayət tərkibli ciddi maliyyə pozuntusu olmasına isə yəqin ki, Maliyyə Nazirliyi və Baş Prokurorluq hüquqi qiymət verəcək.

Görəsən, MÜTDA və Mərkəzi Aran Regional Təhsil İdarəsi Dövlət İmtahan Mərkəzinə və Prezident Adminstrasiyasına dövlət qulluqçusu statusunda olan əməkdaşlarla bağlı təqdim etdikləri hesabatlarda qeyri-qanuni işləyən sektor müdiri Namidə Abbasovanın (Bu siyahıya mingəçevirli Sevinc Həsənovanı da əlavə etmək olar) adını niyə gozlədiblər? Bu dövləti aldatmaq, anti-milli fəaliyyət deyil, bəs nədir?

Adı dövlət qulluqçularının vahid reyestrində olmayan şəxsi hansı hüquqi əsasla vəzifədə saxlayırsınız, hansı hüquqi əsasla ona dövlət qulluqçusunun maaşını verirsiniz? Bu suala hansı qurum və kim cavab verməlidir: Elm və Təhsil nazirliyi, MÜTDA, yoxsa Mərkəzi Aran Regional Təhsil İdarəsi?

Belə çıxır ki, Mərkəzi Aran Regional Təhsil İdarəsində dövlət büdcəsini talayan, saxta kadr təyinatları ilə məşğul olan anti-dövlət şəbəkəsi var?

                              ***

Bəli,yevlaxlı valideynlər və təhsil ictimaiyyəti MÜTDA-nın Mərkəzi Aran Regional Təhsil İdarəsinə gəlişini, yəni yoxlamasını bataqlıqda olan Yevlax təhsilinin xilası kimi görürdülər. Ancaq onların gözərmiş ümidlərini hələ ki, dəfn etdilər…İddia olunur ki, Yevlaxın özünə, peşəsinə hörmət qoyan müəllimləri Namidə Abbasova kimi kadrın onlara rəhbərlik etməsini artıq özlərinə təhqir hesab edirlər.

Əgər həqiqətən də Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi, həmçinin Mərkəzi Aran Regional Təhsil İdarəsi şəffaf və ədalətli yoxlama aparıblarsa, niyə yoxlamanın nəticələrini ictimaiyyətə açıqlamadılar?/yenixeber.org

P.S Yevlax təhsilində, xüsusən də Namidə Abbasovanın himayəsində olan məktəb direktorlarının qanunsuz əməlləri, gizlədilən və onun-bunun üstünə yazılan dərs saatları, dərnəklər, sektorda qanunsuz işlədilən kənar şəxslər, digər maliyyə pozuntuları və təhqir edilən müəllimlərlə bağlı daxil olan məlumatların araşdırılması gedir.

Biz yazıda yer alan iddialarla bağlı adları hallanan tərəfləri də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu(?)

PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olub
Next: Universitet və kolleclərə qəbul üçün qeydiyyat bu həftə bitir – Son statistika

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.