Skip to content
26/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 3
  • AZAL ilə bağlı ağır iddialar: Müştəri məmnuniyyəti kommersiya tamahına necə qurban verilir?

AZAL ilə bağlı ağır iddialar: Müştəri məmnuniyyəti kommersiya tamahına necə qurban verilir?

admin 03/03/2026
azal-az

 

Son illər Azərbaycan Hava Yolları ətrafında gözləntilər böyük idi. Bildirilirdi ki, yeni rəhbərliklə birlikdə şirkət daha da inkişaf edəcək, xidmət səviyyəsi yüksələcək, beynəlxalq rəqabətdə daha iddialı olacaq. Lakin reallıqda sərnişinlərin bir qismi bunun əksini düşündüyünü açıq şəkildə ifadə edir.

Bir vaxtlar model daha aydın idi. “Buta Airways” daha iqtisadi, daha sərfəli uçuşlar təklif edən brend kimi fəaliyyət göstərirdi. AZAL isə daha komfortlu, daha geniş xidmət paketi təqdim edən, premium seqmentə xitab edən hava yolu sayılırdı. Sərnişin ya ucuz, ya da daha rahat seçim edə bilirdi.

“Buta Airways”in AZAL ilə birləşdirilməsindən sonra isə bu balans pozuldu. İqtisadi model aradan qalxdı, amma AZAL-ın xidmət səviyyəsi yerlərdə sürünür. Xüsusilə tez-tez uçan müştərilər üçün nəzərdə tutulan imtiyazlarda ciddi dəyişikliklər hiss olunur.

Əvvəllər “Silver”, “Gold”, “Platinum” kimi statusların verdiyi üstünlüklər daha əlçatan idi. İndi isə həmin imtiyazların əsas qismi daha yüksək səviyyəyə – “Elit”ə keçirilib və faktiki olaraq daha dar bir qrupa şamil olunur. Kağız üzərində çoxsaylı üstünlüklər göstərilsə də, sərnişinlər onların praktik dəyərinin zəif olduğunu bildirirlər. Sanki siyahı uzundur, amma real fayda azdır.

Narazılıq bununla da bitmir. Son dövrlər ən çox səslənən şikayətlərdən biri də artıq bilet satışı ilə bağlıdır. İddialara görə, bəzi reyslərdə təyyarədəki real yerlərin sayından artıq bilet satılır. Hesab edilir ki, müəyyən sayda sərnişin uçuşa gəlməyəcək. Lakin hamı gəldiyi halda bir neçə nəfər reysdən kənarda qalır və növbəti uçuşa yönləndirilir. Bu isə xüsusilə vaxt məhdudiyyəti olan sərnişinlər üçün ciddi problem yaradır.

Keçmiş rəhbərlik dövründə bu cür halların müşahidə olunmadığını deyənlər də var. İndi isə kommersiya marağının xidmət keyfiyyətini üstələdiyi barədə tənqidlər artır. İnsanlar hesab edir ki, əlavə gəlir naminə sərnişin məmnuniyyəti arxa plana keçirilib.

Nəzərə alsaq ki, AZAL ölkənin əsas hava daşıyıcısıdır və onun imici təkcə bir şirkətin deyil, ümumilikdə ölkənin aviasiya sektorunun nüfuzuna təsir edir. Artan şikayətlər fonunda əsas sual budur ki, şirkət sərnişin etimadını necə bərpa edəcək? Yeni mərhələdə prioritet qazanc olacaq, yoxsa keyfiyyət və etibar?

Məsələ artıq sosial şəbəkə müzakirəsi səviyyəsindən çıxaraq ictimai gözləntiyə çevrilib. İndi gözlər AZAL rəhbərliyinin atacağı real addımlardadır./yenicag.az

PAYLAŞIN:

Continue Reading

Previous: İranın hücumu: Varlılar Avropa üçün fantastik məbləğ ödəyir
Next: “İsrail İranın əli ilə ərəb ölkələrini də vurur” – “Müharibəyə Tramp yox, Netanyahu qərar verib”

OXŞAR MÖVZULAR

b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026
dim_imtahan_3

Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik

admin 26/05/2026
2736edfb-ba1b-3ccf-af18-bf367824ab80_1200

Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026
  • Ərdoğan İlham Əliyevə məktub göndərdi 25/05/2026
  • Qiymət artır, xidmət dəyişmir – Bayram öncəsi vəziyyət necədir? 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.