Skip to content
26/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 3
  • İrandakı savaş Azərbaycanın ərzaq bazarını “vurucaq”? – “Yüzlərlə məhsul bahalaşa bilər…”

İrandakı savaş Azərbaycanın ərzaq bazarını “vurucaq”? – “Yüzlərlə məhsul bahalaşa bilər…”

admin 03/03/2026
iran malları

 

Məlum olduğu kimi, Yaxın Şərqdə son günlər hərbi-siyasi gərginlik yenidən artıb. İsrail və ABŞ-nin İran ərazisinə zərbələr endirməsi, İranın isə regiondakı ABŞ hərbi bazalarını hədəfə alması bölgədə qarşıdurmanın daha geniş miqyas alma ehtimalını gündəmə gətirib. Proseslərin nə qədər davam edəcəyi və hansı mərhələyə keçəcəyi hələlik bəlli deyil. Lakin baş verənlər təkcə hərbi deyil, həm də iqtisadi baxımdan region ölkələrinə, o cümlədən Azərbaycana təsirsiz ötüşməyə bilər.

İllərdir Azərbaycanda İran istehsalı olan ərzaq və gündəlik tələbat mallarının satışı ilə məşğul olan xüsusi mağazalar fəaliyyət göstərir. Xüsusilə Bakıda belə obyektlərin sayı daha çoxdur.

Paytaxtda “Nə alsan 1 manat” kampaniyaları ilə tanınan bəzi mağazalarda məhsulların ucuz olmasının əsas səbəblərindən biri də məhz İran mallarının geniş paya malik olmasıdır. Hazırda paytaxtda və cənub bölgəsində yerləşən ticarət mərkəzlərində İran istehsalı olan ərzaq, ədviyyat, çərəz və digər gündəlik məhsullar geniş çeşiddə təqdim olunur.

Statistik göstəricilərə görə, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə cüzi dəyişərək 644 milyon dollar təşkil edib. 2024-cü ildə bu rəqəm 647 milyon dollar olub. 2025-ci ildə Azərbaycan İrandan əsasən portağal (14,3 milyon dollar), kartof (13,6 milyon dollar), qida üçün yararlı duz və yodlaşdırılmış məhsullar (11,8 milyon dollar), badımcan (9,4 milyon dollar), peçenye (8,8 milyon dollar), kərə yağı (8,7 milyon dollar), bibər (8,3 milyon dollar), xurma (6,4 milyon dollar), soğan (6,1 milyon dollar), yerkökü (5,7 milyon dollar), kələm (4,5 milyon dollar), pendir (4,1 milyon dollar), kivi (3,1 milyon dollar) və digər ərzaq məhsulları idxal edib.

Bununla yanaşı, idxalda əsas ağırlıq sənaye və tikinti məhsullarının payına düşüb. Həmin dövrdə İrandan azot (84,8 milyon dollar), arqon (48,7 milyon dollar), mərmər qırıntıları və tozu (20,1 milyon dollar), tikinti daşlarının dənəvərləri və qırıntıları (18,9 milyon dollar), təbii barium sulfatı (12,5 milyon dollar), ağ portlandsement (9,7 milyon dollar), hipoxlorit və xloritlər (6,9 milyon dollar), dinatrium karbonat (5,8 milyon dollar) və digər qeyri-ərzaq məhsulları idxal olunub. Göründüyü kimi, İranla ticarətdə sənaye və tikinti məhsullarının həcmi ərzaq məhsullarını üstələyir.

Qeyd edək ki, regionda baş verənlər fonunda ucuz seqmentdə satılan gündəlik İran malların bahalaşması ehtimalı istisna edilmir.

İqtisadçı Xalid Kərimli şərhində bildirib ki, İranda baş verən hadisələr və bu ölkədən idxalın məhdudlaşması yerli bazarda qiymət artımına təsir göstərə bilər. Onun sözlərinə görə, bu təsir birmənalıdır.

“Hətta İrandan idxal olunan məhsullarda birbaşa problem yaranmasa belə, İran üzərindən həyata keçirilən daşınmalarda çətinliklər yarana bilər. Azərbaycan İrandan təkcə bu ölkənin məhsullarını almır, eyni zamanda İran ərazisi vasitəsilə tranzit daşımalar həyata keçirilir. Naxçıvana, Türkiyəyə, eləcə də Çindən və digər şərq ölkələrindən idxalın əhəmiyyətli hissəsi Bəndər-Abbas limanı üzərindən reallaşır. Hazırda həmin limanın vurulması isə logistika zəncirində riskləri artırır. Bu da qeyd olunan məhsullar üzrə qiymət artımına səbəb ola biləcək amillər yaradır”, -deyə iqtisadçı qeyd edib.

Ekspert vurğulayıb ki, mağazalar fəaliyyətlərini davam etdirmək üçün ya İrandan məhsulları daha baha qiymətə almağa məcbur qalacaqlar, ya da Türkiyə və digər alternativ bazarlara yönələcəklər:“İndiyədək bir çox sahibkarlar məhsulları İrandan daha əlverişli və ucuz olduğu üçün gətirirdilər. Alternativ bazarlar isə qiymətlərin sabit qalacağı anlamına gəlmir. Əksinə, məhsulların bahalaşması ehtimalı yüksəkdir. Söhbət yüzlərlə məhsul növündən gedir və hər biri üzrə qiymət artımı baş verə bilər”. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Əhaliyə BUNA GÖRƏ pul verilə bilər – GÖZLƏNTİ
Next: Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq

OXŞAR MÖVZULAR

b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026
dim_imtahan_3

Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik

admin 26/05/2026
2736edfb-ba1b-3ccf-af18-bf367824ab80_1200

Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026
  • Ərdoğan İlham Əliyevə məktub göndərdi 25/05/2026
  • Qiymət artır, xidmət dəyişmir – Bayram öncəsi vəziyyət necədir? 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.