Skip to content
04/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 4
  • İranın taleyini müəyyən edəcək 4 lider – Diplomatiya, yoxsa münaqişə?

İranın taleyini müəyyən edəcək 4 lider – Diplomatiya, yoxsa münaqişə?

admin 04/03/2026
iis-lider
İran kritik güc boşluğu ilə üz-üzədir. Öldürülən ali lider Əli Xameneinin vəfatından sonra ölkənin daxili siyasəti və regional balans üçün növbəti addımlar maraqla gözlənilir. Analitiklər bildirirlər ki, yaxın günlərdə seçiləcək lider yalnız İranın daxili vəziyyətinə deyil, eyni zamanda bütün Orta Şərqin gələcəyinə də ciddi təsir göstərə bilər.
Türkiyənin İran Araşdırmaları Mərkəzinin (İRAM) mütəxəssisi Oral Toğa ölkənin gələcəyini formalaşdırma potensialına malik dörd əsas namizədin adını açıqlayıb.
Atəşkəs və diplomatiya yolunu seçə biləcək lider: Əlirza Ərafi
Namizədlər arasında ilk ad 67 yaşlı Əlirza Ərafidir. O, müvəqqəti liderlik şurası çərçivəsində atəşkəs prosesinə rəhbərlik edə biləcək namizəd kimi təqdim olunur. Ərafinin İran mədrəsələrinin və dini təhsil infrastrukturunun idarə olunmasında geniş təcrübəsi var.
2023-cü ildə Moskvaya səfəri zamanı o, Rusiya rəsmiləri ilə görüşərək “Rusiya ilə hərtərəfli əməkdaşlıq” mesajı verib. Roma Papası Fransisk də 2022-ci ildə Vatikana səfəri zamanı Ərafini qəbul edib.
Ekspertlər hesab edirlər ki, Ərafi seçiləcəyi təqdirdə dini legitimlik simvolik şəkildə təmin edilə bilər. Lakin real hakimiyyətin Əli Laricani və Sadiq Laricani kimi əsas fiqurların əlində qalacağı ehtimal olunur.
Bu ssenaridə atəşkəs danışıqlarının rejim dəyişikliyindən qaçaraq Omanın vasitəçiliyi ilə aparılması mümkündür. Bununla belə, proses qarşısında bir sıra maneələr var. Bunlara radikal din xadimləri, vəfat etmiş həmkarlarının intiqamını almaq istəyən İslam İnqilabı Keşikçiləri Korpusunun komandirləri və Xameneinin ölümünə çağırış edən fətvalar verən bəzi din xadimləri daxildir.
Qarşıdurmanı artıracağı ehtimal olunan lider: Məhəmməd Mehdi Mirbağəri
66 yaşlı Məhəmməd Mehdi Mirbağəri İranın ən radikal ideoloji qanadını təmsil edən fiqurlardan biri hesab olunur. O, televiziya çıxışlarının birində “ilahi məqsəd üçün dünyanın yarısı yox olsa belə, buna dəyər” ifadəsini işlədib.
Analitiklər bildirirlər ki, Mirbağəri seçiləcəyi halda diplomatik kanalların tamamilə bağlanması və ABŞ-ın bazalarına, İsrail şəhərlərinə, həmçinin Körfəz ölkələrinə qarşı hücumların artması ehtimalı var.
Bununla belə, onun ali lider seçilmə ehtimalı aşağı qiymətləndirilir. Ekspertlər qeyd edirlər ki, İslam İnqilabı Keşikçiləri Korpusunun dəstəyi olmadan bu posta gəlməsi institusional baxımdan mümkün deyil. Mirbağəri daha çox Uzmanlar Məclisində sərt ideoloji qanadı təmsil edən və qərar prosesinə təsir göstərən fiqur kimi qiymətləndirilir.
Daha praqmatik namizəd: Sadiq Laricani
64 yaşlı Sadiq Laricani daha kontrollu və praqmatik yanaşması ilə seçilir. Onun böyük qardaşı Əli Laricani uzun illər böhran vəziyyətlərində kompromis tapmağı bacaran siyasi fiqur kimi tanınıb.
Sadiq Laricani ideoloji sərtlikdən daha çox institusional davamlılığa üstünlük verən siyasətçi kimi xarakterizə olunur. Analitiklərin fikrincə, o seçilərsə diplomatik kanallar açıq saxlanacaq, regional qarşıdurma minimum səviyyəyə endiriləcək və İranın nüvə proqramı qorunacaq.
Eyni zamanda vurğulanır ki, onun praqmatikliyi ideoloji yumşalma anlamına gəlmir. Bu yanaşma daha çox rejimin və idarəçilik sisteminin davamlılığını qorumağa yönəlib.
Hərbi idarəetmə ssenarisi: Müctəba Xamenei
Ölən liderin ikinci oğlu Müctəba Xamenei potensial hərbi keçid ssenarisinin mərkəzi fiqurlarından biri hesab olunur. O, İnqilab Keşikçilərinin dəstəyini təmin edərsə, hakimiyyətin hərbi şuralar vasitəsilə formalaşdığı yeni idarəetmə modelinin yarana biləcəyi ehtimal edilir.
Bu ssenaridə dini legitimlik çərçivəsi formal olaraq qorunsa da, qərarların qəbulunda əsas rolu təhlükəsizlik və hərbi strukturlar oynaya bilər. Analitiklər hesab edirlər ki, belə bir inkişaf İranın teokratik modeldən daha açıq hərbi xarakterli rejimə doğru transformasiyasına gətirib çıxara bilər.
“Namizəd olmasa belə, Əli Laricaninin rolu kritikdir”
Oral Toğa qeyd edib ki, sadalanan namizədlərdən başqa, Əli Laricaninin rolu da həlledici ola bilər. Onun sözlərinə görə, Laricani ali lider postuna namizəd olmasa belə, prosesdə “kral qurucusu” rolunda çıxış edə bilər və keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaninin 1989-cu ildə oynadığı rola bənzər təsir göstərə bilər.
İslam İnqilabı Keşikçiləri Korpusunun komandirləri və kəşfiyyat strukturları ilə birbaşa əlaqələri olan Laricani “Vilayət-i fəqih” sistemi üçün tələb olunan dini rütbəyə malik olmaya bilər. Bununla belə, onun siyasi sistemə pərdəarxası təsir imkanlarının yüksək olduğu qeyd olunur.
Oral Toğa Hüseyn Möhseni Ejeinin roluna da diqqət çəkib. Keçid Şurasının üzvü və məhkəmə sisteminin rəhbəri olan Ejeinin Xameneinin müəyyən etdiyi üç mümkün varisdən biri olduğu bildirilir. Onun məhkəmə hakimiyyətinin rəhbəri kimi 2025–2026-cı illərdə baş verən etirazların yatırılmasında əsas fiqurlardan biri olduğu qeyd edilir./qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycanda yeni enerji bumu gözlənilirmi? – “Yaxın illərdə təbii qaz ixracatını kəskin artıra biləcək”
Next: Prezident İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib

OXŞAR MÖVZULAR

putin-s

Putinin reytinqi düşür, Kreml narahatdır!

admin 04/05/2026
gemi-abş

ABŞ Hörmüzdən gəmiləri çıxarmaq üçün 100-dən çox təyyarə və 15 min hərbçi cəlb edəcək

admin 04/05/2026
0c333aaa-4130-48dc-85a6-a475d1ba94c6

Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir

admin 01/05/2026

XƏBƏR LENTİ

  • FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür 04/05/2026
  • ADB prezidenti: Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir 04/05/2026
  • Azərbaycanda saxta dərmanlar necə aşkarlanacaq? – Yeni mexanizm GÜNDƏMDƏ 04/05/2026
  • Putinin reytinqi düşür, Kreml narahatdır! 04/05/2026
  • Televizora və telefona baxaraq yatmağın ZƏRƏRLƏRİ 04/05/2026
  • Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub 04/05/2026
  • ABŞ Hörmüzdən gəmiləri çıxarmaq üçün 100-dən çox təyyarə və 15 min hərbçi cəlb edəcək 04/05/2026
  • Gübrə bahalaşır: Dünayada aclıq və sosial iğtişaşlar gözlənilir 04/05/2026
  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.