Skip to content
04/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 4
  • “Xameneinin yerini Trampa o zəng vurub DEYİB”

“Xameneinin yerini Trampa o zəng vurub DEYİB”

admin 04/03/2026
tramp-telefon

 

ABŞ və İsrail arasında İranla bağlı gərginliyin kulminasiya nöqtəsinə çatdığı iddia olunur.

Xarici medianın məlumatına görə, Axios nəşri üç məlumatlı mənbəyə istinadən yazır ki, ötən bazar ertəsi İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında İran məsələsi ilə bağlı mühüm telefon danışığı baş tutub.

Məqalədə bildirilir ki, Netanyahu Trampa İranın Ali Lideri Əli Xamenei və onun yaxın çevrəsinin şənbə günü Tehranda bir araya gələcəyi barədə kəşfiyyat məlumatı təqdim edib. İddiaya görə, bu görüşün bir zərbə ilə hədəfə alınmasının mümkünlüyü vurğulanıb. Mənbələr həmin anı həm Vaşinqton, həm də Təl-Əviv üçün “qaçırılmamalı fürsət” kimi qiymətləndirib.

Nəşr yazır ki, fevralın 23-də Ağ Evdən edilən və indiyədək ictimaiyyətə açıqlanmayan zəng İranla mümkün müharibəyə aparan prosesdə dönüş nöqtəsi sayılır. ABŞ və İsrail rəsmilərinin sözlərinə görə, iki lider son aylarda İran məsələsində intensiv koordinasiya aparıblar. Bu müddətdə Tramp və Netanyahu iki dəfə üz-üzə görüşüb, 15 dəfə telefon danışığı ediblər.

Bildirilir ki, əməliyyatın bir həftə əvvəl həyata keçirilməsi planlaşdırılsa da, hava şəraiti və digər hərbi səbəblərə görə təxirə salınıb. Trampın tapşırığı ilə Mərkəzi Kəşfiyyat İdarəsi İsrail hərbi kəşfiyyatının təqdim etdiyi məlumatları yoxlayaraq təsdiqləyib.

Mənbələr iddia edir ki, Tramp əvvəlcədən İrana qarşı zərbə variantına isti yanaşsa da, konkret vaxt barədə qərar verməkdə tərəddüd edib. Netanyahu ilə söhbətdən sonra isə hazırlıq prosesinin sürətləndirildiyi bildirilir. Bununla belə, prezident əvvəlcə Konqresdə “Birliyin Vəziyyəti” ilə bağlı çıxışını edib.

ABŞ rəsmilərinin sözlərinə görə, Tramp İran rəhbərliyini təşvişə salmamaq və mümkün gizlənmənin qarşısını almaq üçün İrana diqqətin açıq şəkildə yönəldilməməsi barədə qərar verib. Cümə axşamı MKİ-nin yekun təsdiqindən sonra əməliyyatla bağlı qərar mərhələsinə keçilib.

Həmin gün Trampın nümayəndələri Cared Kuşner və Stiv Uitkoff Cenevrədə İran rəsmiləri ilə danışıqlar aparıblar. ABŞ tərəfi diplomatik səylərin nəticəsiz qaldığını bildirib. Rəsmilərin sözlərinə görə, diplomatiya yolu seçilsəydi, razılaşma üçün mübarizə aparılardı, lakin qarşı tərəf prezidentin qəbul edə biləcəyi şərtlərə hazır olmayıb.

Bundan sonra Trampın iki məsələyə əmin olduğu vurğulanır: kəşfiyyat məlumatlarının etibarlılığı və diplomatik imkanların tükənməsi. Məlumata əsasən, cümə günü saat 15:38-də son göstəriş verilib və bir neçə saat sonra Tehrana zərbələr endirilib. Xameneinin öldürüldüyü və müharibənin başladığı iddia olunur.

ABŞ Dövlət katibi Marko Rubio isə tənqidlərə cavab olaraq əməliyyatın “istənilən halda qaçılmaz” olduğunu və bunun yalnız zaman məsələsi sayıldığını bildirib.

Eyni zamanda, ABŞ vətəndaşlarının bir hissəsinin hücumlar barədə əvvəlcədən məlumatlandırılmadığı, İranın mümkün cavab zərbələri fonunda bölgədə risk altında qaldığı qeyd olunur. Dövlət Departamenti 1500-dən çox amerikalının təxliyəsi üçün təcili addımlar atıb. Jurnalistlərin suallarını cavablandıran Tramp isə hadisələrin çox sürətli inkişaf etdiyini deyib.

Ağ Ev yayılan məlumatları rəsmi şəkildə təkzib etməyib və prezidentlə dövlət katibinin açıqlamalarına istinad etməyi kifayət bilib./milli.az

PAYLAŞIN:

Continue Reading

Previous: İran total müharibəyə başladı – Trampın cavabı nə olacaq?
Next: İranın ixrac qadağası: Azərbaycan bazarına təsiri nə olacaq?

OXŞAR MÖVZULAR

putin-s

Putinin reytinqi düşür, Kreml narahatdır!

admin 04/05/2026
gemi-abş

ABŞ Hörmüzdən gəmiləri çıxarmaq üçün 100-dən çox təyyarə və 15 min hərbçi cəlb edəcək

admin 04/05/2026
0c333aaa-4130-48dc-85a6-a475d1ba94c6

Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Kəndlidən ucuz çıxan məhsul Bakıda niyə bahalaşır? – Əsl səbəblər 04/05/2026
  • Bu il işləyənlərin pensiyaları nə qədər artırılacaq? 04/05/2026
  • Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: “Onlar bizə nümunədir” 04/05/2026
  • Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir 04/05/2026
  • ETSN beynəlxalq tədbirin təşkili üzrə təcrübəsi olmayan şirkətlə müqavilə bağladı – 445 min manat dəyərində 04/05/2026
  • İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq 04/05/2026
  • 2026-cı ilin ən yaxşı yeni avtomobilləri 04/05/2026
  • Regiona soyuqlar gəlir: hava kəskin soyuyacaq 04/05/2026
  • FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür 04/05/2026
  • ADB prezidenti: Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir 04/05/2026
  • Azərbaycanda saxta dərmanlar necə aşkarlanacaq? – Yeni mexanizm GÜNDƏMDƏ 04/05/2026
  • Putinin reytinqi düşür, Kreml narahatdır! 04/05/2026
  • Televizora və telefona baxaraq yatmağın ZƏRƏRLƏRİ 04/05/2026
  • Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub 04/05/2026
  • ABŞ Hörmüzdən gəmiləri çıxarmaq üçün 100-dən çox təyyarə və 15 min hərbçi cəlb edəcək 04/05/2026
  • Gübrə bahalaşır: Dünayada aclıq və sosial iğtişaşlar gözlənilir 04/05/2026
  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.