Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 5
  • İrana qarşı yerüstü əməliyyat? – İsrail ““kürd kartı”nı işə salmağa cəhd edir, kürdlər isə…

İrana qarşı yerüstü əməliyyat? – İsrail ““kürd kartı”nı işə salmağa cəhd edir, kürdlər isə…

admin 05/03/2026
kürd-iir

 

İrana qarşı hava hücumlarının yerüstü hərbi əməliyatlarla müşayiət olunmağa başladığı barədə iddialar var.

“Fox News” İraqda yerləşən kürd silahlı qruplaşmalarının İrana qarşı hərbi əməliyyata başladığı barədə məlumat yayıb. Bu məlumat “Axios” və “İraq Kürdüstan Regional hökuməti”nin bəzi adı çəkilməyən rəsmiləri tərəfindən təsdiqlənib.

Həmin iddialara görə, guya Peşmərgə ordusu hələ 2 mart bazar ertəsi günü İran ərazisində döyüş mövqelərini tutmağa başlayıb. Əməliyyat gecə yarısı başlayıb. Hətta iddia olunur ki, 3 martda İran qoşunları sərhəd şəhəri Mərivandan geri çəkilərək, ətrafda müdafiə mövqeləri tutmağa başlayıb.

“Axios”-un  jurnalisti Barak Ravidin ABŞ-nin “yüksək vəzifəli rəsmisinə” istinadla iddia edib ki, İrandan olan kürd hərbi qrupları İranın şimal-qərbində yerüstü hücuma başlayıb və rejimə qarşı yeni cəbhə açıb. İddiaya görə, İran 3 martda sərhəd şəhəri Mərivandan çıxıb. Bölgədə müdafiə mövqeləri yaradılmağa başlayıb. Eyni zamanda, PJAK – kürd qüvvələri Mərivan dağlarının ətrafında minlərlə əsgər yerləşdirərək mövqe tutduğu da iddia olunur.

İsrailin Xarici İşlər nazirinin müavini Şaren Haskel deyib ki, kürdlər İran rejiminin devrilməsində əsas rol oynaya bilərlər. Haskel onlayn paylaşımında kürdləri tərifləyərək onları “Qərbin ən etibarlı tərəfdaşlarından biri” adlandırıb.

O, İsrail-Amerika hava qüvvələri və yerdəki kürd qruplarının birləşməsinin Tehrana təzyiqi əhəmiyyətli dərəcədə artıra biləcəyini irəli sürüb. Haskel əlavə edib ki, Qərb demokratiyalarının “kürdlərə böyük borcu var və ayətullahların vaxtı tükənir”.

Lakin Qərb mətbuatındakı bu məlumatlarda və İsrail XİN başçısının bəyanatlarında yer alan kürd hərbi qruplarının mənşəyi və kmliyi sual doğurur. Çünki bölgədəki aparıcı kürd qüvvələri İrana qarşı hər hansı əməliyyatda iştirak etmədiklərini bəyan edirlər. Məsələn, İraq Kürdüstanının Baş nazirinin müavini Qubad Tələbani rəsmən bəyan edib ki, İraq Kürdüstanı İrana qarşı ABŞ-İsrail münaqişəsində iştirak etməyəcək. “Kürdüstan Bölgəsi neytrallığını tam qoruyacaq”, – deyə o vurğulayıb.

Ərbildə yerləşən Kürdüstan Regional Hökumətinin aparat rəhbərinin müavini Əziz Əhməd isə sosial mediada yazıb ki, bir nəfər də olsun İraq kürdü İran sərhədini keçməyib və bu barədə məlumatlar yalandır.

Kürd nəşri olan “Rudaw” da Amerika və İsrail mediasında kürdlərin İrana qarşı hücumu ilə bağlı yayılan məlumatları təkzib edir. “Kürdüstan Demokrat Partiyası İrana qarşı quru hücumu ilə bağlı məlumatları təkzib edib. İran kürd qrupu “Komala”dan olan mənbə də İrana qarşı quru hücumu başlandığı ilə bağlı məlumatları təkzib edir”, – deyə nəşr bildirir.

Lakin bu arada, İran Kürdüstan Demokrat Partiyasının (PDKI) lideri Mustafa Hicri “İran boyunca, xüsusən də Kürdüstanda vicdanı və azadlıq arzusu olan bütün əsgərləri və hərbçiləri İslam İnqilabı Keşikçiləri Korpusunun, ordusunun və bu rejimin silahlı qüvvələrinin qarnizonlarını, təhlükəsizlik bazalarını və hərbi bazalarını tərk etməyə” çağırıb: “Onlar vəzifələrini və xidmətlərini tərk etməli və ailələrinin yanına qayıtmalıdırlar. Bu, özümüzü hücumlardan qorumaq, eləcə də rejimin silahlı və repressiv qüvvələrinə dəstəkdən imtina etmək üçün edilir”.

Eyni vaxtda İranın Xarici İşlər naziri Abbas Əraqçinin İraqın baş naziri Məhəmməd Şia əl-Sudani və İraqdakı Kürdüstan Vətənpərvərlər Birliyinin rəhbəri ilə kürdlərin İran ərazisinə quru hücumu barədə xəbərlərdən sonra telefon danışıqları apardığı bildirilib. İran mediasının məlumatına görə, İraqın baş naziri Əraqçini əmin edib ki, İraq hökuməti heç bir halda İslam Respublikasının sərhədlərini təhdid etməyəcək.

İranın qapalı ölkə olması və hərbi əməliyyatların qarışıqlıq yaratması fonunda yayılan məlumatları nə təkzib, nə də təsdiq etmək olmur. Göründüyü kimi, məlumatlar kifayət qədər ziddiyyətlidir və belə təəssürat yaranır ki, real hərbi əməliyyatlar öncəsi informasiya kampaniyası aparılır. Qeyd edək ki, daha öncə İrana qarşı məlum dəhşətli hava hücumlarından və ölkə rəhbərliyinin məhv edilməsindən öncə də buna bənzər informasiya əməliyyatları aparılmışdı… /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Son səkkiz ildə Gəncədə yolların təmirinə ayrılan milyonlar haralara sərf edilib
Next: “Azəraqrar”ın əsl rəhbəri kimdir? – Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.