Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 5
  • Marko Tonequtti: “Avropanın Azərbaycandan əlavə qaz həcmlərinə ehtiyacı var”

Marko Tonequtti: “Avropanın Azərbaycandan əlavə qaz həcmlərinə ehtiyacı var”

admin 05/03/2026
tap-qaz

 

Azərbaycan Cənub Qaz Dəhlizi (SGC) vasitəsilə qaz təchizatı sayəsində Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynaya bilər, çünki Avropa İttifaqının (Aİ) əlavə boru kəməri qazı həcmlərinə ehtiyacı var.

Bunu “Boston Consulting Group”un (BCG) idarəedici direktoru və baş tərəfdaşı Marko Tonequtti bildirib.

Onun sözlərinə görə, bu gün Avropada qaza olan tələbat ildə təxminən 340 milyard kubmetr təşkil edir və hətta elektrikləşdirmənin ən optimist ssenarilərində belə 2030-cu ilə qədər 300 milyard kubmetrdən yuxarı qalacaq.

“Problem ondadır ki, bu tələbat etibarlı təchizat strukturu ilə təmin edilməyib. İstehlak olunan qazın təxminən 90 %-i idxal edilir, 45%-i isə əsasən ABŞ və Qətərdən tədarük edilən mayeləşdirilmiş təbii qazın (LNG) payına düşür. ABŞ etibarlı mənbədir, lakin Asiya tələbatının və qiymət dəyişkənliyinin təsirinə məruz qalır. Qətər güclərini fəal şəkildə artırır, lakin onun LNG-si əhəmiyyətli dərəcədə Asiya bazarlarına yönəlib”, – M.Tonequtti qeyd edib.

O vurğulayıb ki, bu şəraitdə Avropaya əlavə boru kəməri qazı həcmləri lazımdır: “Bu gün əsas boru kəməri qazı mənbələri Norveç, eləcə də Şimali Afrika olaraq qalır, lakin tədarükün artırılması potensialı məhduddur. Rusiyadan tədarüklər, Aİ-nin planlarına əsasən, 2027-ci ilə qədər tədricən sıfıra endiriləcək”.

“Bu kontekstdə Azərbaycan və Cənub Qaz Dəhlizi həm sənaye baxımından, həm də ev təsərrüfatları üçün qiymətlərin əlçatanlığı baxımından Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və rəqabətqabiliyyətliliyinin qorunub saxlanılmasında mühüm rol oynaya bilər. Bir sıra ölkələrdə, məsələn, İtaliyada elektrik enerjisi tarifləri qazın qiyməti əsasında formalaşır. Müvafiq olaraq, qaz qiymətlərinin artması avtomatik olaraq elektrik enerjisi tariflərinin artmasına gətirib çıxarır”, – M.Tonequtti bildirib.

Onun sözlərinə görə, həm Azərbaycanda əlavə hasilat hesabına, həm də potensial olaraq Türkmənistan və Qazaxıstan qazının Azərbaycan vasitəsilə daha sonra Türkiyəyə və Avropaya tranziti hesabına regiondan tədarük həcmlərini artırmaq son dərəcə vacibdir.

M.Tonequtti, həmçinin Azərbaycanın BP, “TotalEnergies” və “Exxon” kimi aparıcı beynəlxalq enerji şirkətləri ilə, ADNOC, “Masdar” və “ACWA Power” kimi Yaxın Şərq şirkətləri ilə əməkdaşlığını qeyd edib.

“Azərbaycanın əlverişli biznes mühiti və ölkənin müxtəlif tərəfdaşların maraqlarını nəzərə almaq bacarığı mühüm rəqabət üstünlüyünə çevrilib. Biz tələb və təklif balansı haqqında çox danışmışıq – bu, həqiqətən vacibdir. Lakin digər, qeyri-fiziki amilləri də vurğulamaq lazımdır. Mühəndislik nöqteyi-nəzərindən hasilatın artırılması və qaz nəqli infrastrukturunun inkişafı tamamilə reallaşdırıla biləndir – burada texniki məhdudiyyətlər yoxdur”, – o vurğulayıb.

BCG-nin baş tərəfdaşı əlavə edib ki, həm özəl, həm də dövlət-özəl tərəfdaşlığı formatında investisiyaların cəlb edilməsi üçün əsas şərtlər zəruridir: “Birincisi, kommersiya məqsədəuyğunluğu, o cümlədən gücləri genişləndirməyə imkan verəcək və investorları hasilatdan tutmuş paylanmaya qədər bütün dəyər zənciri üzrə tələblə bağlı aydın siqnallarla təmin edəcək qaz təchizatı üzrə uzunmüddətli müqavilələrdir. İkincisi, davamlı maliyyə modelidir. Layihələr təkcə sənaye baxımından deyil, həm də maliyyə baxımından cəlbedici olmalıdır. Beynəlxalq neft-qaz şirkətləri, milli şirkətlər və infrastruktur fondları maliyyə mühitinin sabitliyinə və investisiyalarının geri qayıtmasına əmin olmalıdırlar”.

M.Tonequtti bildirib ki, bütün bunlar həm regional səviyyədə, Avropa İttifaqı və qonşu ölkələrlə – o cümlədən Qazaxıstan, Türkmənistan, Gürcüstan, Türkiyə və s. ilə qarşılıqlı fəaliyyət çərçivəsində ciddi siyasi koordinasiya tələb edir.

2025-ci ildə Azərbaycandan Avropaya qaz tədarükü təxminən 13 milyard kubmetr təşkil edib. Azərbaycanın Aİ-yə qaz tədarükündə payı 4 % təşkil edir./report.az

PAYLAŞIN:

Continue Reading

Previous: Bələdiyyələr torpaq sənədləşməsində vətəndaşları niyə yorurlar?
Next: İran qida ixracını dayandırdı: Azərbaycan bazarında qiymətlər artacaq?

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.