Skip to content
19/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 5
  • Moskva və Qars müqavilələri: Naxçıvana hücum olsa, Türkiyə müdaxilə edə bilər?

Moskva və Qars müqavilələri: Naxçıvana hücum olsa, Türkiyə müdaxilə edə bilər?

admin 05/03/2026
nax-dron

 

Xəbər verildiyi kimi İran Naxçıvan aeroportuna dronla zərbələr endirib. Bu hücum daha bir məsələni gündəmə gətirir ki, bu da Moskva və Qars müqavilələridir.

1921-ci ildə imzalanmış Moskva və Qars müqavilələri Azərbaycanın dövlətçilik tarixində, xüsusilə Naxçıvanın statusunun müəyyən edilməsində həlledici siyasi-hüquqi sənədlərdir. Bu müqavilələr Cənubi Qafqazın ərazi bölünməsini və yeni sərhədlərini beynəlxalq səviyyədə təsbit edib.
Bu sənədlər hər hansı üçüncü tərəfin Naxçıvan ərazisinə müdaxiləsini qəti şəkildə qadağan edir və bölgənin təhlükəsizliyini beynəlxalq öhdəlik səviyyəsinə qaldırır.

Mövzu ilə bağlı danışan tarixçi Firdovsiyyə Əhmədova bildirib ki, istər Moskva, istər Qars müqaviləsinə görə, Naxçıvan Azərbaycanın himayəsi altında muxtar status almışdı:

“Bu müqavilələr Türkiyə Böyük Millət Məclisi tərəfindən imzalanıb və Türkiyə faktiki olaraq bu müqavilənin qarantı olan tərəfdir. Üçüncü tərəfə güzəştə getməmək şərtilə Naxçıvan Azərbaycanın himayəsi altında muxtar status alıb.

Azərbaycanlı nazir Şaumyan və qadın köməkçisini gizlətmişdi - Firdovsiyyə  Əhmədova

Ona görə də, hansısa bir təhlükə olacaqsa, təbii ki, onu imzalayan dövlətlər də məsuliyyət daşıyırdı. 2021-ci ildə imzalanan “Şuşa Bəyannaməsi”də  də Qars müqaviləsi öz qüvvəsini saxlayıb. O müqaviləyə görə, Naxçıvanın təhlükəsizliyi həmin müqaviləni qüvvədə saxlayan dövlətlər tərəfindən təmin edilməlidir”.

Tarixçi-politoloq Zaur Əliyev bildirib ki, Naxçıvanın təhlükəsizliyi “Qars” və “Moskva” müqavilələri ilə qorunur:

“Heç bir region dövlətinin Naxçıvan ərazisində hansısa hərbi əməliyyat keçirmək hüququ yoxdur. “Moskva” müqaviləsi ilə “Qars” bunu qəti qadağan edir. Belə bir hadisənin olacağı təqdirdə Türkiyə Naxçıvanın himayədarı kimi dərhal reaksiya verməlidir. Çünki o müqavilələr əsasında Türkiyə Naxçıvanın mühafizəsini öz boynuna götürüb. Lakin biz burada beynəlxalq hüquqdan əlavə, İranın yeni hakimiyyətinin Azərbaycana münasibətini də düşünməliyik. Çünki Azərbaycana münasibət İbrahim Rəisi dövründə də bəlli idi, Pezeşkian dövründə də bəllidir. İranın Azərbaycan ərazisinə hücüm etməməklə bağlı öhdəliyi var idi. Hətta Ümummilli lider Heydər Əliyevin İrana səfəri zamanı Xomeyninin özü Azərbaycana hücum etməməklə bağlı öhdəlik götürmüşdü. Lakin İranda yeni hakimiyyətə gəlməyə hazırlaşan Müctəba Xamenei birbaşa Azərbaycan düşmənidir. Onun Azərbaycana münasibəti 44 günlük Vətən Müharibəsindən sonra özünü açıq göstərməyə başladı. O, “Kərimə dövləti”, “Hüseyniyyə təşkilatı” və digər terrorçu təşkilatları, şəxsləri maliyyələşdirən şəxsdir. O, Zəngəzur dəhlizinin bir nömrəli düşmənidir”./lent.az

PAYLAŞIN:

Continue Reading

Previous: İpoteka limitləri saniyələr sonra bitdi?
Next: İranpərəstlərin təxribat cəhdləri: Baku TV bəyanat yaydı – FOTO

OXŞAR MÖVZULAR

vuqar-bay-

Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı

admin 17/04/2026
ilham-uşaq

“Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür”

admin 16/04/2026
xin-y

Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.