Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 10
  • Bu gecə 2-ci Qədr gecəsidir, hansı duaları etməliyik?

Bu gecə 2-ci Qədr gecəsidir, hansı duaları etməliyik?

admin 10/03/2026
qedr gece

 

Bu gecə – 10 mart Ramazan ayının 2-ci Qədr gecəsidir. 1-ci Qədr gecəsi 8 mart tarixinə təsadüf edirdi.

Qədr gecəsində ediləcək əməlləri, dua və zikrləri təqdim edir:
Qədr gecəsi elə bir gecədir ki, bütün il boyunca o qədər fəzilətli gecəyə rast gəlmək olmaz. Bu gecədə bir əməl etmək min ayda əməl etməkdən daha da xeyirlidir. İlin işlərinin təqdiri bu gecədə baş verir. Mələklər və mələklərin ən əzəmətlisi olan ruh bu gecə Allahın izni ilə yerə enərlər və İmam Mehdinin (əc) hüzuruna yetişərlər və hər şəxs üçün təyin edilmiş müqəddəratı ona təqdim edərlər.
Qədr gecələrinin əməlləri iki qismə bölünür:
1. Qədr gecələrinin hər birində yerinə yetirilən əməllər.
2. Qədr gecələrinin hər birinə məxsus olan əməllər.
Qədr gecələrinin hər birində yerinə yetirilən əməllər bunlardır:
1-ci: Qüsl almaq.
Əllamə Məhəmməd Baqir Məclisi (r) deyib: Yaxşı olar ki, bu gecələrin qüslü gün batan vaxt edilsin və şam namazı bu qüsllə qılınsın.
2-ci: İki rükət “Qədr gecəsi” namazı qılmaq.
Bu namazın qılınma qaydası belədir: Hər rükətdə “Həmd” surəsindən sonra yeddi dəfə “İxlas” surəsi (birinci rükətdə “Qədr” surəsini də oxuya bilərsiniz) oxunur. Namaz qurtardıqdan sonra isə yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyilsin, yəni, “Allahdan bağışlanmağımı istəyir və Ona tərəf qayıdıram!” Peyğəmbərdən (s) nəql olunan rəvayətdə deyilir: “Bu namazı qılan şəxs yerindən qalxmamış Allah onu, atasını və anasını bağışlayar…”
3-cü: Quranı açıb qarşıya qoymaq və bu duanı oxumaq:
“Əllahummə inni əs’əlukə bikitabikəl-munzəli və ma fih və fihismukəl-əkbəru və əsmaukəl-husna, və ma yəxafu və yurca, ən təc’ələni min ‘utəqaikə minən-nar”.
Duanın tərcüməsi:
“İlahi, səndən nazil etdiyin kitaba görə istəyirəm, onda nazil etdiklərinə görə istəyirəm, onda sənin ən böyük və ən gözəl adların var, qorxudan və ümid verən var, (istəyirəm) ki, məni cəhənnəm odundan xilas olanlardan qərar verəsən.”
Bu duadan sonra istədiyi duanı etsin.
4-cü: Quranı götürmək, başa tutmaq və bu duaları demək:
“Əlllahummə bihəqqi hazəl-qur’an, və bihəqqi mən ərsəltəhu bih, və bihəqqi kulli muminin mədəhtəhu fih və bihəqqikə ələyhim, fəla əhədə ə’rəfu bihəqqikə mink”.
Duanın tərcüməsi:
“İlahi, (Səni and verirəm bu) Quranın haqqına və and verirəm o şəxsin haqqına ki, bu Quranı ona göndərmisən və o möminlərə and verirəm ki, onları bu Quranda tərifləmisən və sənin onlar üzərində olan haqqına and verirəm və Sənin haqqını Sənin Özündən yaxşı tanıyan yoxdur”.
Sonra bu zikrlərin hər birini on dəfə deyirsən:
1. Bikə ya əllahu.
2. Bi-muhəmmədin.
3. Bi-əliyyin.
4. Bi-fatimətə.
5. Bil-həsəni.
6. Bil-husəyni.
7. Bi-əliyy-ibnil-husəyni.
8. Bi-muhəmməd-ibni-əliyyin.
9. Bi-cə’fər-ibni-muhəmmədin.
10. Bi-musəbni-cə’fərin.
11. Bi-əliyy-ibni-musa.
12. Bi-muhəmməd-ibni-əliyyin.
13. Bi-əliyy-ibni-muhəmmədin.
14. Bil-həsən-ibni-əliyyin.
15. Bil-huccəti.
Zikrlərin tərcüməsi:
1. İlahi, Səni Öz zatına and verirəm!
2. İlahi, Səni Həzrət Məhəmmədin (s) haqqına and verirəm!
3. İlahi, Səni Həzrət Əlinin (ə) haqqına and verirəm!
4. İlahi, Səni Həzrət Fatimənin (s.ə.) haqqına and verirəm!
5. İlahi, Səni Həzrət Həsənin (ə) haqqına and verirəm!
6. İlahi, Səni Həzrət Hüseynin (ə) haqqına and verirəm!
7. İlahi, Səni Həzrət Əli ibn Hüseynin (ə) haqqına and verirəm!
8. İlahi, Səni Həzrət Məhəmməd ibn Əlinin (ə) haqqına and verirəm!
9. İlahi, Səni Həzrət Cəfər ibn Məhəmmədin (ə) haqqına and verirəm!
10. İlahi, Səni Həzrət Musa ibn Cəfərin (ə) haqqına and verirəm!
11. İlahi, Səni Həzrət Əli ibn Musanın (ə) haqqına and verirəm!
12. İlahi. Səni Həzrət Məhəmməd ibn Əlinin (ə) haqqına and verirəm!
13. İlahi, Səni Həzrət Əli ibn Məhəmmədin (ə) haqqına and verirəm!
14. İlahi, Səni Həzrət Həsən ibn Əlinin (ə) haqqına and verirəm!
15. İlahi, Səni Həzrət Höccətin (ə) haqqına and verirəm!
Sonra Allahdan hacətlərini istəyin.
 
5-ci: İmam Hüseyni (ə) ziyarət etmək.
Belə bir rəvayət var: Qədr gecəsi yeddinci səmadan, ərşin üstündən bir carçı car çəkərək deyər: “Allah İmam Hüseynin (ə) ziyarətinə gələn bütün şəxsləri bağışladı”.
6-cı: Bu gecələri əhya saxlamaq (şam azanından sübh azanına qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq).
Hədisdə var ki, kim Qədr gecəsini əhya saxlasa, onun günahları bağışlanar, baxmayaraq ki, onun günahları göydəki ulduzlar qədər, dağlar ağırlığında və dənizlər qədər olsa belə.
7-ci: Yüz rükət namaz (əlli dəfə iki rükətli namaz) qılmaq.
Bu namazların olduqca çox savab və fəziləti vardır. Daha yaxşı olar ki, hər rükətdə “Fatihə” surəsindən sonra on dəfə “İxlas” surəsi oxunsun.
8-ci: Bu duanı oxumaq:
“Əllahummə inni əmsəytu ləkə ‘əbdən daxira, la əmliku linəfsi nəf’ən və la zərra, və la əsrifu ‘ənha su’a, əşhədu bizalikə ‘əla nəfsi, və ə’tərifu ləkə biz’əfi quvvəti, və qilləti hiləti, fəsəlli ‘əla muhəmmədin və ali muhəmməd, və ənciz li ma və’ədtəni, və cəmi’l-mu’mininə vəl-mu’minati minəl-məğfirəti, fi hazihil-ləyləh, və ətmim ələyyə ma atəytəni, fə-inni ‘əbdukəl-miskinul-mustəkinuz-zə’iful-fəqirul-məhin, əllahummə la təc’əlni nasiyən li-zikrikə fi-ma əvləytəni, və la ğafilən li-ihsanikə fi-ma ə’təytəni, və la ayisən min icabətikə, və-in əbtə’ət ‘ənni fis-sərrai əv zərrai əv şiddətin əv rəxa’in əv ‘afiyətin əv bəla’in əv bu’sin əv nə’ma’ə, innəkə səmi’ud-du’ai”.
Duanın tərcüməsi:
“İlahi, bu gecəyə Sənə kiçik və xar olmuş bir bəndə olaraq girdim. Özüm üçün heç bir xeyir və zərər verə bilmirəm. Özümdən pis bir hadisəni kənarlaşdıra bilmirəm. Özümə qarşı bunlara şəhadət verirəm. Sənin qarşında öz gücümün zəifliyini və çarəmin azlığını etiraf edirəm. İlahi, Məhəmməd və onun ailəsinə salavat göndər. Bu gecədə mənə və bütün mömin kişi və qadınlara vədə verdiyin bağışlamaya vəfa et. Mənə verdiklərini (nemətlərini) kamil et. Həqiqətən mən Sənin miskin, əlacsız, zəif, fəqir, xar bəndənəm. İlahi, məni Sənin mənə verdiyin nemətlər qarşısında Sənin zikrini unudanlardan və mənə əta etdiyin ehsanı yaddan çıxaranlardan qərar vermə. İlahi, məni Sənin mənim dualarını qəbul etməndən naümid olanlardan qərar vermə, baxmayaraq ki, (duamdan) uzun zaman ötsə belə. İstər xoş vaxtda olum, istərsə də narahat, istər çətinlikdə olum, istərsə də asanlıqda, istər sağlamlıqda olum, istərsə də bəlada, istər ehtiyacda olum, istərsə də nemətdə. Həqiqətən Sən duaları eşidənsən!”
(Bu əməllər “Məfatih əl-cinan” kitabından götürülüb).
Qeyd edək ki, Ramazan ayının növbəti Qədr gecələri 12 və 16 mart tarixlərinə düşür./bakupost.az
PAYLAŞIN:

Continue Reading

Previous: “Fitch” İrandakı münaqişənin Azərbaycana təsirini açıqlayıb
Next: Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir

OXŞAR MÖVZULAR

arm-mitinq

Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi…

admin 16/04/2026
türk-tütün

Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda?

admin 15/04/2026
kulek_turbin

Azərbaycanda bərpa olunan enerji kəskin artıb

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.