“TRIPP və ya “Tramp Marşrutu” proqramı hazırda formalaşma mərhələsindədir. Yanvarın 13-də ABŞ və Ermənistan hökumətləri TRIPP-in həyata keçirilməsi çərçivəsini qəbul ediblər, yaxın vaxtlarda Ermənistanla ABŞ arasında müvafiq saziş imzalanacaq və layihənin praktiki icrasına start veriləcək”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib.
O xatırladıb ki, regionda kommunikasiya xətlərinin açılması ilə bağlı mühüm və həssas məsələ 2025-ci il 8 avqust tarixli Vaşinqton Bəyannaməsi ilə həllini tapıb:
“Bu proqram Şərqdən Qərbə və əks istiqamətdə, həmçinin Cənubdan Şimala və əks istiqamətdə kommunikasiya üçün yeni nəqliyyat imkanları yaradacaq. Bu da tarixi əhəmiyyət daşıyan dəyişiklikdir”.
