Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 13
  • QHT Agentliyinin köhnə problemləri: qaydalar kağız üzərində, qərarlar isə “tanışlıq prinsipi” ilə

QHT Agentliyinin köhnə problemləri: qaydalar kağız üzərində, qərarlar isə “tanışlıq prinsipi” ilə

admin 13/03/2026
qht-gilavar

 

45 min manat qrant alan “Gilavar Foto Klubu” 17 yanvar 2022-ci ildə dövlət qeydiyyatına alınıb(?)

Dünən QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə qrant müsabiqələrinin nəticələrini açıqladı. Ötən il buraxılmış ciddi səhvlərin bir daha təkrar edilməcəyi ümidi ilə siyahıya göz gəzdirdik. Lakin əvvəlki illərdə olduğu kimi, bu il də nəticələrin arxasında ciddi suallar doğuran məqamların qaldığını müşahidə etdik. Artıq ilkin araşdırmalar göstərir ki, bəzi layihələrin qalib seçilməsi qanunvericiliyin ən xırda detallarına qədər nəzərə alınması ilə deyil, daha çox qeyri-rəsmi münasibətlər, tanışlıqlar və qapalı qərar mexanizmləri ilə əlaqəlidir.

Maraqlıdır ki, qrant müsabiqəsi elan edilməmişdən cəmi bir gün əvvəl QHT-lərə Dövlət Dəstəyi Agentliyinin mətbuat katibi açıqlama verərək bildirmişdi ki, bütün layihələr Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydalara uyğun şəkildə qiymətləndiriləcək və maliyyələşdiriləcək. Bu bəyanat ictimaiyyətə şəffaf və qaydalara əsaslanan bir proses vəd edirdi. Lakin elan edilən nəticələr həmin vədlərin reallıqla nə qədər uyğunlaşdığını ciddi şəkildə şübhə altına aldı.

Təkcə bir fakt bu şübhələri əsaslandırmaq üçün kifayətdir. Dünən ilk olaraq Qarabağ Dirçəliş Fondu ilə birgə elan edilmiş müsabiqənin nəticələri açıqlanarkən qaliblər arasında “Gilavar Foto Klubu”nun adı böyük qrant kateqoriyasında – 45 min manat məbləğində maliyyə ilə göstərildi. QHT sektorunda bu təşkilatın adı çox yeni olduğu üçün Yenixeber.org olaraq bu məsələni araşdırmalı olduq. Məlum oldu ki, bu təşkilata qrant ayrılarkən, Nazirlər Kabinetinin təsdiq etdiyi qayda nəzərə alınmayıb. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydası”nda açıq şəkildə qeyd olunur:

“5.1. Böyük qrant müsabiqəsi üzrə müraciət edən QHT-nin təqdim etdiyi layihə aşağıdakı tələblərə uyğun olmalıdır:

5.1.4. Layihə təqdim edən QHT-nin son 5 (beş) il müddətində fəaliyyəti, həyata keçirdiyi layihələr və proqramlar barədə azı 20 informasiyanın media subyektlərində yayılması”.

Bu maddənin məntiqi çox sadədir: böyük məbləğdə dövlət vəsaiti ayrılan təşkilat müəyyən təcrübəyə və fəaliyyət tarixçəsinə malik olmalıdır. Yəni bu kateqoriyada iştirak etmək üçün təşkilatın azı 5 illik fəaliyyəti olmalıdır.

Lakin rəsmi məlumatlara görə “Gilavar Foto Klubu” yalnız 17 yanvar 2022-ci ildə dövlət qeydiyyatına alınıb(?)

 Belə olan halda sual yaranır: qaydalarda açıq şəkildə göstərilən tələblər necə və hansı əsaslarla nəzərə alınmayıb?

Bu fakt sadəcə texniki səhv kimi izah edilə bilməz. Çünki söhbət kiçik formal uyğunsuzluqdan deyil, birbaşa müsabiqənin əsas şərtlərindən birinin pozulmasından gedir. Əgər bu cür fundamental tələblər nəzərə alınmırsa, onda ümumiyyətlə həmin qaydaların mövcudluğu hansı məqsədə xidmət edir?

Təəssüf ki, bu, yeganə problem deyil. İlkin təhlillər göstərir ki, müsabiqə nəticələrində başqa qəribə tendensiyalar da var. Bəzi hallarda böyük ideya və geniş təsir imkanları olan layihələr cəmi 7 min manat maliyyə alır, lakin çox kiçik fəaliyyətlərdən ibarət layihələr 20 min və daha artıq vəsaitlə dəstəklənir. Bu isə qiymətləndirmə meyarlarının nə qədər obyektiv tətbiq olunduğu barədə ciddi suallar doğurur.

Digər diqqət çəkən məqamlardan biri isə bəzi layihələrin QHT-lərin nizamnamə məqsədləri ilə uyğun gəlməməsidir. Bundan əlavə, bir sıra layihələrin faktiki olaraq dövlət qurumlarının onsuz da həyata keçirdiyi fəaliyyətləri təkrarladığı müşahidə olunur. Bu isə həm resursların səmərəsiz xərclənməsi, həm də vətəndaş cəmiyyətinin real təşəbbüslərinin arxa plana keçməsi deməkdir.

Ən təhlükəli tendensiya isə odur ki, bu proses getdikcə formal müsabiqə xarakteri alır. Kağız üzərində qaydalar, komissiyalar və qiymətləndirmə mexanizmləri mövcuddur, lakin real qərarların hansı prinsiplərlə verildiyi barədə ictimaiyyətə aydın izah təqdim edilmir. Belə hallarda isə cəmiyyətdə haqlı olaraq belə bir fikir formalaşır: qalib layihələri ideyalar və nəticələr deyil, əlaqələr və tanışlıqlar müəyyən edir.

Əgər doğrudan da vətəndaş cəmiyyətinin inkişafı məqsəd kimi qoyulubsa, onda qrant müsabiqələrinin ən böyük kapitalı etimad olmalıdır. Etimad isə yalnız bir halda yarana bilər – qaydalar hamı üçün eyni tətbiq ediləndə və istisnalar üçün gizli qapılar saxlanılmayanda.

Əks halda, dövlət dəstəyi mexanizmi real təşəbbüsləri stimullaşdırmaq əvəzinə, sadəcə dar bir çevrənin maliyyə mənbəyinə çevrilmək riski ilə üz-üzə qalır.

Digər qanun pozuntuları və şübhəli məqamlarla bağlı növbəti yazılarımızda daha detallı faktları təqdim edəcəyik.(Yenixeber.org)

PAYLAŞIN:

Continue Reading

Previous: Tramp İranı vurub, Putini “cənnətə saldı”… – ABŞ Prezidenti İranı vurmaqla kimin “əlinə oynadı”?
Next: Deputatdan hökumətə təklif: Sabit ödənişlər sökülən bu ev sahiblərinə problem yaradacaq

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.