Skip to content
18/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 16
  • Ceyranbatanda “Cənnət” kafesisinin yerində tikilən obyektə “gözyumdu”dan Abdin Fərzəliyevin qazancı nə qədər olub

Ceyranbatanda “Cənnət” kafesisinin yerində tikilən obyektə “gözyumdu”dan Abdin Fərzəliyevin qazancı nə qədər olub

admin 16/03/2026
abdin-cennet

 

Son vaxtlar Bakı şəhərinin rayonlarında qanunsuz tikintilərin miqyası nəzərəçarpacaq dərəcədə artıb. Buraya Bakıətrafı, Abşeron rayonunu da aid etsək lap yerinə düşər.Sosial şəbəkələrdə və müxtəlif platformalarda yayılan çoxsaylı foto və videolar rayon ərazisində aparılan tikinti işlərinin böyük hissəsinin müvafiq icazələr olmadan həyata keçirildiyini göstərir. Abşeron rayonunun Xırdalan şəhərində Masazır, Görədil, Hökməli və Saray,  Mehdiabad, Məmmədli, Qobu, qəsəbələrində də həmçinin.

Abşeron rayonun müxtəlif ünvanlarında qeyri-qanuni və qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla həyata keçirilən tikinti işlərinin qarşısı alınıb. Elə fevralın 13-də yayılan məlumatlara görə rayonun Masazır, Görədil, Hökməli və Saray qəsəbələrində qanunvericiliyin tələblərini pozmaqla həyata keçirilən müxtəlif tipli tikinti-quraşdırma işləri aşkar olunmuşdur. Yerli səviyyədə həyata keçirilən nəzarət zamanı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq aparılan daimi reydlər zamanı aşkarlanan, ayrı-ayrı vətəndaşlar tərəfindən zəbt olunmuş torpaq sahələrində, kommunikasiya xətlərinin mühafizə zolaqlarında tikinti işlərinin aparılması kimi faktlarla əlaqədar hüquq-mühafizə orqanlarına məlumatlar verilib və inşa işləri dayandırılıb.

Burada qanunsuz tikililərin statistikası aparılsa vəziyyət necə ola bilər. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən aparılan reydlər zamanı aşkar olunan iki-üç kasıba məxsus fərdi yaşayış evləri traktorların qarşısına verilərək sökdürülür.

Amma nədənsə İH-nin başçısı Abdin Fərzəliyevin “gözyümdü” ilə icazə verdiyi qanunsuz evlərin və obyektlərin tikintisindən bəhs edilmir.

Qeyd edək ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsində, Bakı-Sumqayıt yolunun üstündə yerləşən “Cənnət” kafesinin yerində aparılan tikintini də bu qəbildən hesab etmək olar.

Redaksiyamıza verilən məlumatlara görə “Cənnət” kafesinin ümumi sahəsi neçə kvadratmetr olduğu bilinməsə də, 0,24 ha torpaq sahəsinin içində tikilib. Məlumata görə “Cənnət” kafesi bir müddət əvvəl  başqa bir nəfərə satılıb. Yeni sahibi isə artıq köhnə kafeni sökərək yerində, 0,24 ha-nın içərisində daha böyük bir obyekt tikməyi planlaşdırır. Məlumata görə obyektin inşaat pasportunun tam tərtib edilməməsinə baxmayaraq artıq tikinti işlərinə başlanılıb. Bunun üçün yeni sahibin “gözyümdü”ya 270 min manat xərc çəkdiyi bildirilir.

Burada Abşeron rayon İcra Hakimiyyətinin rəsmilərinin, başçısının Ceyranbatan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin, Ceyranbatan qəsəbə bələdəyyəsinin rəhbərlərinin də adı hallanır.

Sözügedən ərazidə tikinti işlərinin hansı əsaslarla aparılması, tikintiyə icazənin olub-olmamasına aydınlıq gətirliməsi məqsədi ilə Ceyranbatan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi sorğumuza cavab vermədi. Ceyranbatan qəsəbə Bələdəyyəsinin sədri Cavanşir Zeynalov isə həmin ərazinin bələdiyyə torpağı olmadığını bildirdi. Bələdəyyəsinin sədri həmçinin qeyd etdi ki, sözügedən ərazi dövlət torpağıdır, sənədi var ki, tikinti işləri aparır. Sənədləri olduğunu bilirsiniz, sualımıza isə Cavanşir Zeynalov -heç bir məlumatım yoxdu-dedi.

Qeyd edək ki, tikintiyə icazə Abşeron rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə rəyi əsasında verilməlidir. Abşeron rayon ərazisinsə isə şəhərsalma sənədləri ilə əsaslandırılmadan rayon İcra Hakimiyyəti tərəfindən həmin sahələrdə layihələndirmə və tikinti işlərinə icazə verməsi barədə sərəncamların imzalanması adı hala çevrilib. Yuxarıda qeyd etdiyimiz kimi kasıbların qaldırdığı divarlar bulder qabağına verilir, “gözyumdu” razılığı alanlar isə beton tökür.

 

Mövzu ilə bağlı araşdırmalarımız davam edir və yaxın günlərdə daha ətraflı məlumatlar verəcik.

 

Aktualinfo.net

 

Məqaləyə dair fotomateriallar:

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Vətəndaş mövqeyi bəlli insan
Next: İlham Əliyev Tokayevi Qazaxıstanda referendumun başa çatması münasibətilə təbrik edib

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.