Skip to content
02/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 16
  • Rektor Yaşar Ömərov haqqında şok faktlar – Nazir təyinatı ilə bağlı iddialar və cinayət ittihamı

Rektor Yaşar Ömərov haqqında şok faktlar – Nazir təyinatı ilə bağlı iddialar və cinayət ittihamı

admin 16/03/2026
ATU-716x403

 

Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərovun son vaxtlar yaxın çevrəsində səsləndirdiyi iddialar təhsil camiəsində ciddi rezonans doğurub.

Daxil olan məlumatda bildirilir ki, rektor Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın yaxın gələcəkdə “birinci posta” – Elm və Təhsil Naziri vəzifəsinə gətiriləcəyini iddia edir. Bir xanımın nazir vəzifəsini icra etməsi dövlət idarəçiliyində müsbət addım hesab olunsa da, Yaşar Ömərovun hazırkı nazir Emin Əmrullayevin yaxın dostu hesab olunduğu halda bu cür proqnozlar verməsi mənəvi baxımdan “xəyanət” kimi qiymətləndirilir. Daha da rüsvayçı məqam ondan ibarətdir ki, rektorun həmin xanımın gələcək dəstəyini qazanmaq üçün hər ay ona 5 min manat məbləğində qeyri-rəsmi ödəniş (şapka) göndərdiyi deyilir.

Məhkəmə prosesləri və ağır cinayət ittihamları

Yaşar Ömərovun rəhbərliyi dövrü təkcə siyasi iddialarla deyil, həm də ağır hüquqi pozuntularla yadda qalmaqdadır. Gəncə Şəhər Prokurorluğunda aparılan araşdırmalar nəticəsində onun barəsində 2 milyon manata yaxın vəsaitin mənimsənilməsi, dövlət əmlakının leqallaşdırılması, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və səlahiyyət həddini aşma maddələri ilə cinayət işi təsdiqlənib. Hazırda bu iş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də, rektorun hələ də real cəzadan yayınması və vəzifə başında qalması ictimaiyyətdə ciddi suallar doğurur.

Etik normaların pozulması və köməkçilərin “fəaliyyəti”

Rektorun adı təkcə korrupsiya yox, həm də etik qalmaqallarda hallanır. Məlumata görə, Yaşar Ömərovun Universitetin Xarici dillər fakültəsinin müəllimlərindən biri ilə yaşadığı qeyri-etik münasibətləri əks etdirən fotolar mövcuddur ki, bu da bir təhsil müəssisəsi rəhbəri üçün qəbulolunmazdır. Onun bu işlərində “sağ əli” hesab olunan köməkçisi Qədir və prorektor Şahmar Həsənovun da fəaliyyəti diqqət çəkir. Xüsusilə Şahmar Həsənovun Samux rayonunda vətəndaşları işə düzəltmək adı ilə 45 min manatdan çox vəsaiti mənimsədiyi və barəsində dələduzluq maddəsi ilə iş açıldığı bildirilir.

Universitet daxilindəki “qara mühasibatlıq”

Azərbaycan Texnologiya Universiteti hazırda elm ocağından çox, bir gəlir mənbəyinə çevrilib. İddia olunur ki, Universitetin Həmkarlar İttifaqının sədri Xudayar Məmmədov hər ay müəllimlərin maaşlarından tutulan təxminən 9 min manat vəsaiti rektora təslim edir. Eyni zamanda, Tələbə Həmkarlar İttifaqının sədri Firdovsi Bağırovun vasitəçiliyi ilə tələbələrin təqaüdlərindən kəsilən vəsaitlərin də prorektor Şahmar Həsənov üzərindən Yaşar Ömərova çatdırıldığı vurğulanır.

Yeni mənimsəmə metodları: “Humanistlik” pərdəsi

Rektorun vəsaitləri mənimsəmək üçün tətbiq etdiyi ən yeni metodlardan biri də “imkansız tələbələrə yardım” adı altında qurulan sxemdir. Guya 50-yə yaxın tələbəyə hər gün pulsuz günorta yeməyi verilir və bu vəsait Həmkarlar İttifaqı tərəfindən ödənilir. Lakin əslində bu, dövlət və tələbə vəsaitlərinin “humanistlik” pərdəsi altında silinməsi üçün düşünülmüş bir yoldur. Korrupsiya bataqlığına saplanmış bu rəhbərliyin fəaliyyəti müvafiq dövlət qurumları tərəfindən ən qısa zamanda dərindən araşdırılmalı və qanun qarşısında cavab vermələri təmin edilməlidir./Müstəqil.Az

PAYLAŞIN:

Continue Reading

Previous: Tramp İranla müharibədə məğlub olacaq
Next: ABŞ İranın neft obyektlərini ələ keçirmək istəyir- Quru əməliyyatı baş tuta bilər

OXŞAR MÖVZULAR

şapka mamed

“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib?

admin 30/04/2026
socar-necef

SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR

admin 30/04/2026
zulu şipping

“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? – Rusiyanın “kölgə tanker”ində İran izi

admin 28/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.