Skip to content
03/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 18
  • İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub

admin 18/03/2026
ilham-xanoba

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma kənddə həyata keçirilmiş və nəzərdə tutulan işlər barədə məlumat verdi.

Xanoba kəndi Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsində, rayon mərkəzindən 15 kilometr cənub-qərbdə yerləşir. Bura Qarabağ xanlarına məxsus olmuş yaşayış məntəqəsidir. İşğaldan əvvəl kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və rabitə şöbəsi fəaliyyət göstərib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Kənddə mövcud fərdi evlərin sayı 153-dür. Onlardan da 21-i yararsız, 132-si isə qismən yararlıdır. Qismən yararlı evlərdən 26-sı artıq istismara hazırdır. Bu ilin sonunadək daha 106 ev hazır olacaq.

Bir neçə gün əvvəl ilkin mərhələdə kəndə 25 ailə – 114 nəfər qayıdıb. Oktyabradək daha 107 ailənin köçürülməsi planlaşdırılır. Ümumilikdə ötən ilin oktyabrından Xocavənd rayonunun 6 yaşayış məntəqəsinə 1818 nəfər – 441 ailə qayıdıb.

Xanoba kəndində sosial məsələlərin həlli istiqamətində bir sıra işlər görülüb. Kənddəki mövcud 2 transformator məntəqəsi, elektrik və qaz xətləri bərpa olunub, eyni zamanda, yeni elektrik, qaz və optik xətlər çəkilib, subartezian quyusunda və nasos stansiyasında təmir işləri aparılıb.

X X X

Sonra dövlətimizin başçısı və birinci xanım kəndə köçmüş Bəybala Qasımovun evində olublar.

Sakin: Xoş gəlmisiniz, cənab Ali Baş Komandan.

Prezident İlham Əliyev: Salam. Necəsən? Maşallah.

Birinci xanım Mehriban Əliyeva: Təbrik edirəm bayramınızı.

Qadın sakin: Çox sağ olun.

Birinci xanım Mehriban Əliyeva: Təbrik edirəm.

Qadın sakin: Çox sağ olun, var olun.

Birinci xanım Mehriban Əliyeva: Balaca gözdən sizə oxşayır. Neçə yaşın var, Ayaz? Ayazın neçə yaşı var?

Qadın sakin: Üç.

Birinci xanım Mehriban Əliyeva: Üç? Sən nə yaxşı hündürboy oğlansan? Mən elə bildim 5 yaşın var sənin. Maşallah. Gedək.

Qadın sakin: Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Şəraitiniz necədir?

Sakin: Şükür, hər şey yaxşıdır. Allah Sizdən razı olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

Prezident İlham Əliyev: Amin.

Sakin: Allah Sizi başımızın üstündən əskik eləməsin.

Prezident İlham Əliyev: Çox sağ olun. Bayram ərəfəsində burada, Qarabağda olmaq çox xoşdur, təbrik edirəm.

Sakin: Allah köməyiniz olsun, çox sağ olun.

Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?

Sakin: Ağcabədidə.

Prezident İlham Əliyev: Neçə gündür gəlmisiniz?

Sakinlər: 3-4 gündür.

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov: Bir neçə ailədir. Valideynləri də köçüblər, qonşudurlar.

Birinci xanım Mehriban Əliyeva: Qırmızı “KamAZ” olacaq.

Sakin: Allah Sizdən razı olsun, Allah Sizə kömək olsun.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Gedək göstərək bizim maşını.

Birinci xanım Mehriban Əliyeva: İstəyirsən maşına minmək?

Qadın sakin: Maşına baxırsan?

Birinci xanım Mehriban Əliyeva: İstəyirsən?

Uşaq: Hə.

Birinci xanım Mehriban Əliyeva: Gedək. Gəl, otur görək.

Prezident İlham Əliyev: Xoşuna gəlir bu maşın?

Birinci xanım Mehriban Əliyeva: Yaxşı maşındır? Bu yaxşıdır, yoxsa “KamAZ” yaxşıdır?

Uşaq: Hə.

Birinci xanım Mehriban Əliyeva: “KamAZ”. Gəl öpüm səni. Babanı da öpürsən?

Sakin: De, sağ ol baba.

Uşaq: Mən sənin maşınını istəyirəm.

Birinci xanım Mehriban Əliyeva: İstəyirsən, yaxşı. Sağ olun, təbrik edirəm.

Sakinlər: Sağ olun, Allah köməyiniz olsun.

X X X

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xanobaya qayıdan kənd sakinləri ilə görüşüblər.

Dövlətimizin başçısı Xanoba kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıb.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənd sakinləri ilə söhbət ediblər.

Prezident İlham Əliyev: Salamaleyküm, bayramınız mübarək, təbrik edirəm.

Sakin: Salam, sağ olun, Sizinlə bahəm. Sizi də təbrik edirik.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Cənab Prezident, xoş gəlmisiniz, bayramınız mübarək olsun.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Cənab Prezident, Allah Sizə dəyməsin. Allah Sizə uzun ömür, cansağlığı versin.

Prezident İlham Əliyev: Sağ olun, sizə də cansağlığı arzulayıram.

Prezident İlham Əliyev: İşlər necə gedir?

Sakinlər: Əla, çox gözəl.

Prezident İlham Əliyev: Neçə gündür buradasınız, üç-dörd gündür buradasınız?

Sakinlər: Bəli.

Prezident İlham Əliyev: Ev şəraiti necədir?

Sakin: Əladır, çox sağ olun.

Prezident İlham Əliyev: Bu kənddə bütün şərait var, yaşamaq, işləmək.

Sakin: Var, şükür Allaha.

Prezident İlham Əliyev: Əsas odur ki, doğma Qarabağ torpağına qayıtmısınız. Qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm. Həm Ramazan, həm Novruz bayramlarını burada – doğma Qarabağ diyarında qeyd edəcəksiniz. Bu, böyük xoşbəxtlikdir. Uzun fasilədən sonra artıq bu bayramları doğma vətəndə qeyd edəcəksiniz.

Sakinlər: Çox sağ olun, Sizin sayənizdə, Allah Sizə ömür versin.

Prezident İlham Əliyev: İşğal dövründə harada yerləşmişdiniz?

Sakin: Xocavənd qəsəbəsində.

Prezident İlham Əliyev: Dövlət tərəfindən tikilən qəsəbədə?

Sakinlər: Bəli, Sizin sayənizdə tikilmiş binalarda yerləşmişdik.

Prezident İlham Əliyev: Novruz tonqalı da buradadır, gedək birlikdə onu alovlandıraq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə birlikdə Novruz tonqalını alovlandırdılar.

Prezident İlham Əliyev: Gəlin, birlikdə şəkil çəkdirək.

Şəkil çəkdirilir.

Birinci xanım Mehriban Əliyeva: Sağ olun, bir daha təbrik edirəm, uğurlu olsun.

Sakin: Çox sağ olun, minnətdarıq.

Prezident İlham Əliyev: Doğma vətəndə.

Sakin: Sizin sayənizdə, Allah Sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Şəhidlərimizin, qazilərimizin sayəsində.

Prezident İlham Əliyev: Bəli, Allah rəhmət eləsin.

Sakin: Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı, Sizə də uzun ömür arzulayırıq. Hər zaman xalqımızın başının üstündə olasınız.

Sakinlər: Amin, inşallah. Allah ölkəmizi, xalqımızı, hər bir valideyni, hər bir uşağı qorusun, amin.

Sakin: Cənab Prezident, 1992-1993-cü illərdə biz buradan ağlayaraq, sürünərək getmişik. İndi buraya sevinc hissi ilə qayıtmışıq, Sizin sayənizdə qayıtdıq, Sizin rəhbərliyinizlə, Sizin “dəmir yumruğ”unuz sayəsində, Ordumuzun gücü ilə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

Prezident İlham Əliyev: Amin.

Sakin: Sizə çox təşəkkür edirik. O vaxt mən buradan tək çıxmışdım, bu gün isə bura 6 uşağımla gəlmişəm.

Prezident İlham Əliyev: Allah saxlasın.

Sakin: Allah Sizə cansağlığı, uzun ömür versin, cənab Prezident.

Prezident İlham Əliyev: Çox sağ olun, doğrudan da böyük xoşbəxtlikdir. Artıq iki ildir ki, bu diyar işğalçılardan azad olunub, Xanoba kəndi 2023-cü ilin sentyabr ayında işğaldan azad edilmişdir və bundan sonra artıq bərpa işləri başlanmışdır, evlər yenidən tikildi-quruldu, bütün şərait yaradıldı. Yəni bu şanlı Zəfərimiz artıq neçə ildir bizim qürur mənbəyimizdir. Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm. Birinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalını da Qarabağda birlikdə qalayırıq. Bu, böyük xoşbəxtlikdir.

Sakin: Bəli, Allah Sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Biz öz milli qürurumuzu bərpa etdik, ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Silahlı Qüvvələrimiz həm 2020-ci ildə, həm 2023-cü ildə böyük qəhrəmanlıq göstərmişdir. Bunun nəticəsində biz bu gün bu torpaqlardayıq və biz bu torpaqların əsl sahibləriyik. Çünki Ermənistan buranı viran qoymuşdu. Yəni bütün kənd, qəsəbə, şəhər – hamısını dağıtmışdı. Burada bir neçə daxma tipli ev qalmışdı, amma indi baxın. Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı nə gündə idi, yerlə-yeksan etmişdilər. Xaricdən gələn erməniləri Laçında, Kəlbəcərdə qanunsuz məskunlaşdırmışdılar, ora da bərbad vəziyyətdə idi. Yəni hamısını biz yenidən qururuq. Cəmi 5-6 il ərzində Qarabağda və Şərqi Zəngəzurda 80 mindən çox insan yaşayır, çalışır, təhsil alır. Demək olar ki, hər ay, bəlkə də hər həftə keçmiş köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz doğma diyarlarına qayıdırlar. Siz də artıq üç-dörd gündür ki, buradasınız. Yerləşmisiniz, hər şey yaxşıdır?

Sakin: Sağ olun, uşaqları da götürüb gəlmişik.

Prezident İlham Əliyev: Neçə uşaqdır?

Sakin: Altı uşaqdır, üzr istəyirəm, yoldaşım qəhrəman anadır.

Prezident İlham Əliyev: Allah saxlasın. Çox yaxşı. Allah köməyiniz olsun. Yaxşı nümunə göstərirsiniz. Gərək əhali artsın, mütləq.

Sakin: Allah köməyiniz olsun.

Prezident İlham Əliyev: Düzdür, bu gün də artır, amma daha da sürətlə arta bilər.

Sakin: Biz Sizinlə fəxr edirik, dövlətimizlə fəxr edirik.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Allah köməyiniz olsun, Allah Sizi var eləsin, dövlətimizi var eləsin.

Prezident İlham Əliyev: Sizi bir daha təbrik edirəm. Artıq sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində xoşbəxt yaşayın. İndi qurub-yaratmaq dövrüdür. Ona görə kənddə də bütün şərait var, məşğulluqla bağlı da imkanlar var. Həm dövlət, həm də ki, özəl sahədə. Özəl əkin sahələri var, örüş sahələri, su var. Yəni işıq, qaz.

Sakin: Gözəl havası var.

Prezident İlham Əliyev: Kurort havası var, kurortda yaşayırsınız. Layiqsiniz. İndi havanın fərqini görürsünüz.

Qadın sakin: Havası çox gözəldir, tərtəmiz havası var.

Prezident İlham Əliyev: Hava, su insanın sağlamlığı üçün əsas şərtlərdən biridir. Siz işğal dövründə harada yaşamısınız?

Qadın sakin: Xocavənd rayonunun qəsəbəsində.

Prezident İlham Əliyev: İndi biz bu doğma Qarabağ torpağında əbədi yaşayacağıq.

Sakin: Azərbaycanın hər tərəfi bizim torpağımızdır, amma buralar bizim dədə-baba yurdumuzdur. Ona görə də biz buralara gəlməli idik.

Prezident İlham Əliyev: Düzdür, gəlməli idik və gəldik, qalib xalq kimi qayıtdıq. Sizi bir daha təbrik edirəm.

Sakinlər: Sağ olun, var olun.

Sakin: Cənab Prezident, Sizinlə şəkil çəkdirmək olar?

Prezident İlham Əliyev: Əlbəttə olar, çəkdirək.

Sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Siz harada yaşamısınız?

Sakin: Biz Füzuli rayonunun Yuxarı Veysəlli kəndində.

Prezident İlham Əliyev: Yuxarı Veysəlli?

Sakin: Bəli.

Prezident İlham Əliyev: Hə, təmas xəttinə yaxın.

Sakin: Cənab Prezident, yalın o biri üzündədir.

Prezident İlham Əliyev: Aşağı Veysəlli o, anklav idi.

Sakin: Bəli, neytral zona idi. Biz Aşağı Veysəllidən gəlib baxırdıq buralara, həsrətlə baxırdıq. Mənim buradan çıxanda yeddi yaşım var idi. Deyirdim ki, görəsən, biz bu dağlara qayıda biləcəyik? Sizin sayənizdə, şəhidlərimizin sayəsində gəldik, bu gün buradayıq.

Şəkil çəkdirilir.

Prezident İlham Əliyev: Mehriban, sən də gəl, bizimlə şəkil çəkdir. Gəlin, gəlin.

Sakinlər: Sağ olun, çox sağ olun, Allah köməyiniz olsun.

Birinci xanım Mehriban Əliyeva: Qəhrəman ana ilə mən də çəkdirim.

Prezident İlham Əliyev: Bəli, gəl. Nümunə olmalısınız.

Birinci xanım Mehriban Əliyeva: Maşallah, Allah saxlasın.

Sakinlər: Çox sağ olun, var olasınız.

Birinci xanım Mehriban Əliyeva: Neçə yaşı var ən böyüyünün?

Qadın sakin: 18. Universitetə hazırlaşır. 11-ci sinifdədir hələ.

Birinci xanım Mehriban Əliyeva: Ən böyüyü, ən balacası?

Qadın sakin: Balacası, 4 yaşındadır.

Birinci xanım Mehriban Əliyeva: Maşallah.

Sakin: Maşallah gününüz olsun.

Birinci xanım Mehriban Əliyeva: Neçəsi qız, neçəsi oğlandır?

Sakin: 4-ü qızdır, 2-si oğlan.

Birinci xanım Mehriban Əliyeva: Allah saxlasın.

Kişi sakin: Çox sağ olun, Allah sizinkilərə dəyməsin, cansağlığı versin.

Sakin: Cənab Prezident, icazə olar şəkil çəkdirək?

Prezident İlham Əliyev: Bəli, gəlin.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Neçə medalın var?

Sakin: Beş.

Prezident İlham Əliyev: Beş?

Sakin: Allah Sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Sağ olun, bir daha bayramınız mübarək.

PAYLAŞIN:

Continue Reading

Previous: Çin İrana 16 təyyarəlik hərbi yardım göndərib -“Çinin kəşfiyyat məlumatları ilə İsraildəki hədəflər nöqtə atışı ilə vuruldu”
Next: İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

OXŞAR MÖVZULAR

bşih-ilham

İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

admin 01/05/2026
idman-ilham

İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib

admin 30/04/2026
bəə-ilham2

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib

admin 28/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.