“Amerikada keçirilən etirazlara 100 milyon insan da qatılsa, müharibənin gedişatına təsir göstərməyəcək.”
Bu sözləri açıqlamasında politoloq Samir Hümbətov bildirib.
Politoloq Amerikada bir neçə ştatda baş verən Tramp əleyhinə milyonluq etiraz aksiyaları haqqında şərhini təqdim edib:
“Tramp bu müharibəyə özbaşına girməyib. Görünür, Trampın bu prosesə qoşulması üçün İsrailin ciddi təkidi olub. Bu məsələdə yəhudi lobbisinin rolu daha böyükdür. Düşünmürəm ki, onlar Trampa dəstək verdiyi halda hansısa fərqli nəticəyə gəlib çatmaq mümkün olsun. Amerikada qiyam qaldırmaq məsələsi də müzakirə mövzusu ola bilməz. Digər tərəfdən, Amerika ordusu sistemli ordudur, qiyama gedəcək qədər xaotik vəziyyətdə deyil. Bəlkə bir qrup insan Trampa etiraz etmək üçün küçələrə çıxa bilər, amma bu etirazın nəticə verəcəyini dəqiq demək mümkün deyil. Əgər bu etirazlar bir müddət davam edərsə, bəlkə də İranla bağlı məsələdə İsrailin mövcud administrasiyaya dəstək verməsi mümkündür. Hər nə qədər daxildə fikir ayrılıqları olsa da, nəticədə proseslərdə birgə iştirak edirlər. Amerikada hazırda başlayan etirazlara 100 milyon insan da çıxsa, bu, müharibənin gedişatını dəyişməyəcək.”
Politoloq Trampın impiçmentə məruz qalma ehtimalı haqqında bunları deyib:
“İmpiçment məsələsinə gəlincə, Amerikada hələ də respublikaçılar öndə olduğu üçün hazırkı vəziyyətdə bu real görünmür. Lakin gələcəkdə dəyişə biləcək prosesləri mütəmadi izləmək lazımdır.”/yenicag.az
