Skip to content
03/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 31
  • Kremldə inqilab qorxusu – Putin çıxılmaz vəziyyətdədir, müharibə tərəfdarları hakimiyyətə qarşı çıxır

Kremldə inqilab qorxusu – Putin çıxılmaz vəziyyətdədir, müharibə tərəfdarları hakimiyyətə qarşı çıxır

admin 31/03/2026
rus-inqlab

 

Rusiyada hakimiyyətə ənənəvi olaraq dəstək verən əhali qrupları – müharibə tərəfdarları arasında narazılıq artır.

Rusiya mətbuatı bildirir ki, hazırda Z-blogerlər arasında yaxın gələcəkdə ölkədə inqilabın baş verməsi ilə bağlı müzakirələr geniş yayılıb. Müharibə tərəfdarlarının ictimai çıxışlarını monitorinq edən tədqiqatçı İvan Filippov yazır ki, bu narazılığın əsas səbəbləri ölkə iqtisadiyyatının vəziyyəti, cəbhədəki durum və informasiya məkanında aparılan “təmizlik”dir.

Hakimiyyətə qarşı tənqidlər yalnız blogerlərlə məhdudlaşmır. Rusiyalı milyarder Oleq Deripaska da vəziyyəti sərt tənqid edib: “Bu böhran daha dərindir. O, ağır transformasiya ilə bağlıdır: bir vaxtlar malik olduğumuz qlobal imkanlardan – müxtəlif məhdudiyyətlərlə müşayiət olunan regional imkanlara keçid baş verir”. Onun fikrincə, ölkənin əsas resursu yalnız çətin dövrlərdə daha çox işləmək kimi milli xüsusiyyətdir.

Həftəsonu Rusiyanın bir çox şəhərlərində “Teleqram” mesencerinin bloklanmasına və internet azadlığına qarşı aksiyalar keçirilməsi planlaşdırılsa da, hakimiyyət müxtəlif bəhanələrlə bütün müraciətləri rədd edib. Moskvada buna “kovid məhdudiyyətləri”, Penzada isə mitinq keçiriləcək ərazidə guya “rolik sürmə məşqləri”nin təşkil edilməsi səbəb göstərilib. Aksiyaların keçirilməsi planlaşdırılan meydanlarda polis növbə çəkib.

Buna baxmayaraq, bir neçə fəal aksiyaya qatılıb. “OVD-İnfo”nun məlumatına görə, ölkə üzrə 20-dən çox şəxs saxlanılıb.

Xatırladaq ki, “Teleqram”ın fəaliyyəti fevral ayında ləngidilməyə başlanıb. Bundan sonra hakimiyyət populyar messencerin tam bloklana biləcəyi ilə hədələyib. Bu addımın aprelin əvvəlində atıla biləcəyi ehtimal olunur.

“Meduza” nəşri yazır ki, Kreml “Teleqram”ın bloklanması və mobil internetin məhdudlaşdırılması səbəbindən cəmiyyətdə narazılığın artdığını yaxşı anlayır.

Ötən həftə VTsİOM-un məlumatına görə, Prezident Vladimir Putinin fəaliyyətinə dəstək reytinqi 2022-ci ilin fevralından bəri ən aşağı səviyyəyə düşüb. Martın 19-22-də bu göstərici 70,1% təşkil edib və cəmi bir həftə ərzində 1,9 faiz azalıb.

Sosioloq İqor Eydman bildirib ki, bu problemlər hakimiyyəti diskreditasiya edir, lakin hələlik onların dərhal “fəlakətli nəticələrə” gətirib çıxaracağını düşünmür: “Bu problemlər ağrılıdır və hakimiyyətin nüfuzuna zərbə vurur. Amma hələlik onların gələcəkdə fatal nəticələrə səbəb olacağını görmürəm”.

O, 2023-cü ildə baş verən və “Priqojin qiyamı” kimi tanınan hadisəni xatırladaraq qeyd edib ki, belə proseslər gözlənilmədən baş verə bilər: “Əgər Yevgeni Priqojin daha cəsarətli davransaydı, böyük uğur qazana bilərdi və Putin rejimi ciddi zərbə alardı”.

Eydmanın sözlərinə görə, inqilabi vəziyyət üçün müxtəlif hadisələr təkan rolunu oynaya bilər: “1917-ci ilin fevral inqilabına çörək qıtlığı səbəb olmuşdu. İndi isə “Teleqram”ın qadağan olunması, mobil internetin kəsilməsi və ya Sibirdə heyvanların kütləvi məhv edilməsi kimi hadisələr belə rol oynaya bilər”.

O vurğulayıb ki, Z-icması sadəcə “divan patriotları” deyil, müharibədə iştirak edən silahlı şəxslərin maraqlarını ifadə edir: “Silahlı insanlar Moskva tələbələrindən və orta sinifdən daha təhlükəlidir. Onların narazılığı çox ciddi siqnaldır”.

Sosioloqun fikrincə, bu qruplar Vladimir Putini kifayət qədər sərt və enerjili lider hesab etmir və ondan daha radikal addımlar gözləyir.

Jurnalist Denis Kazanski hesab edir ki, Z-blogerlərin hakimiyyətə qarşı kəskin tənqidə keçməsi məhz sosial şəbəkələrin bloklanmasından sonra baş verib: “Onları məhz hakimiyyətin özünün tətbiq etdiyi qadağalar sarsıtdı. Bundan sonra cəbhədəki itkiləri və çıxılmaz vəziyyəti daha açıq yazmağa başladılar”. Onun fikrincə, bu faktorların birləşməsi mövcud rejimin çökməsi riskini artırır.

Eydman hesab edir ki, baş verənlər hakim elita daxilində parçalanmanın əlamətləridir. Onun sözlərinə görə, təhlükəsizlik strukturları – xüsusilə FTX ilə Prezident Administrasiyası arasında qarşıdurma mövcud ola bilər. Bu qarşıdurma Prezident Administrasiyasının ideoloji blokuna rəhbərlik edən Sergey Kiriyenko ilə də bağlıdır.

Bundan əlavə, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə Müdafiə Nazirliyinin yeni rəhbərliyi arasında da ziddiyyətlərin olduğu qeyd edilir. Şoyqunun faktiki olaraq Müdafiə Nazirliyini Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazilərinə zərbələr endirməsində günahlandırdığı bildirilir.

FTX rəhbəri Aleksandr Bortnikov isə Ukrayna və Britaniya xüsusi xidmət orqanlarının Rusiyada geniş təsirə malik olduğunu iddia edib. Eydman bu vəziyyəti 1937-ci illə müqayisə edərək qeyd edib ki, bu cür ritorika böyük repressiyaların başlanğıcını xatırladır: “Bu, yuxarılarda şpionomaniya və isteriyanın artdığı dövrü xatırladır. Bu isə Böyük terrorun başlanğıcı idi”.

Onun fikrincə, təhlükəsizlik strukturları vəziyyəti qəsdən gərginləşdirərək repressiyalar üçün zəmin hazırlaya bilər.

Eydman hesab edir ki, Vladimir Putin nə yeni səfərbərlik elan etməyə, nə də müharibəni dayandırmağa hazırdır: “O, ümid edir ki, hər şey öz-özünə düzələcək. Müharibəni qazana bilmir, amma dayandırmaq da istəmir”.

Sosioloqun fikrincə, Putin radikal qərarlardan çəkinir və qeyri-real ssenarilərə ümid edir. O, hətta ABŞ Prezidenti Donald Trampın Ukrayna məsələsində Rusiyaya üstünlük verə biləcəyinə ümid etdiyini bildirib. Eydman əlavə edib ki, Rusiya rəhbərliyi Ukrayna enerji sisteminin məhv ediləcəyi və bunun nəticəsində əhalinin hakimiyyətə qarşı çıxacağı kimi ssenarilərə inanır. Onun fikrincə, bu yanaşma reallıqdan uzaqdır və Putin yalnız müsbət məlumatlarla təmin olunur. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: “İranın Hörmüzə nəzarət etməsinə imkan verməyəcəyik” – “Sabah qoşunlarımızı Avropadan çıxarsaq…”
Next: Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək

OXŞAR MÖVZULAR

0c333aaa-4130-48dc-85a6-a475d1ba94c6

Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir

admin 01/05/2026
amerika

ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid…

admin 01/05/2026
abş-ukr

Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir?

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.