Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 13
  • İclas və cərimə iqtisadiyyatı… – Baş nazir iclas, sahibkarsa infarkt keçirir

İclas və cərimə iqtisadiyyatı… – Baş nazir iclas, sahibkarsa infarkt keçirir

admin 13/04/2026
iclas-nk

 

Ən yeni tariximizdə ölkə iqtisadiyyatının vəziyyətilə bağlı ən yüksək səviyyələrdə – Baş nazirdən, onun müavinlərindən, nazirlərdən tutmuş Milli Məclisin komitə sədrlərinə qədər vəzifəli şəxslərin qatıldığı xeyli sayda iclasların, toplantıların şahidi olmuşuq. Ancaq əsas hissəsi şablon tərif və “inkişaf” nitqlərindən, manipulyasiya xarakterli rəqəmlərdən ibarət olan bu iclasların ölkə iqtisadiyyatına real təsirlərini, orada hansısa önəmli qərarlar qəbul edilərək, onların iqtisadiyyata tətbiq edilməsini görməmişik…

Belə iclaslardan biri də 10 apreldə Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilib. Rəsmi məlumatda deyilir ki, İqtisadi Şuranın iclasının gündəliyində “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup”u tərəfindən hazırlanan “Tikinti və kommunal infrastruktura qoşulma” və “Sənaye” sahələrində sahibkarların qaldırdığı aktual məsələlər və problemlər ətraflı müzakirə olunub. Gündəlikdə olan məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi və İşçi Qrupun rəhbəri Natiq Əmirovun, eləcə də müxtəlif nazir və digər yüksək vəzifəli şəxslərin məruzəsi dinlənilib.

Çox gözəl… Amma bu iclaslar, onlardan çıxan nəticələr və müvafiq orqanlara verilən tapşırıqlar effektivdirmi, nəticə verirmi? Təəssüf ki, əsas etibarilə yox! Nə yazıq ki, iqtisadiyyatda, xüsusilə qeyri-neft sektorundakı, biznes mühitindəki problemlərin əsas səbəbkarlarının çoxu elə həmin iclaslara qatılanlardır.

Ölkədə qeyri-neft sektorunu tormozlayan inhisarçılıqdan tutmuş vergi-gömrük inzibatçılığına, yerli-yersiz yoxlamalara, cərimələrə, vergi-rüsum artımlarına qədər hər şey məhz yüksək rütbəli məmurların, nazirlərin, məmur-oliqarxların “əsəridir”. Məhz onların sayəsində Azərbaycanın biznes mühiti hələ də bir çox hallarda cəngəllik qanunları ilə işləyir. Xüsusilə kiçik biznes sahibi olan sahbsiz sahibkarlar saysız-hesabsız dövlət qurumlarının və “pubilk şəxs” statusu daşıyan, əslində isə sahibkarın qəniminə, zəlisinə çevrilən AQTA tipli agentliklərin qapazaltısıdır, girovudur. Bunun nəticəsidir ki, Azərbaycan sahibkara az qala cinayətkar münasibəti göstərilən azsaylı məmləkətlərdən biridir…

Bu ölkədə sahibkar(bəzi kənd təsərrüfatı sahələrinə subsidiyaları çıxmaq şərtilə) dövlət orqanından cərimədən, qadağadan, problemdən, süründürməçilikdən, haqsızlıqdan başqa heç nə gözləmir…

Görəsən, yuxarıda qeyd etdiyimiz son iclasda məmurlardan hansısa biri çıxıb dedimi ki, yumşaq desək, mükəmməllikdən çox-çox uzaq gömrük-vergi sistemi, çıxılmaz labirintə dönən vergi qanunvericiliyi, sayı hesabı olmayan cərimə və yoxlama növləri, mağazaların, obyektlərin qapısını döyənək edən “uçaskovı”dan, ”fövqəladə”dən, icra hakimiyyətindən tutmuş “sanepidemstansiya”ya qədər ayrı-ayrı orqanların “təşrifləri”, ölkə biznesinin rentabelliyi ilə heç cür üst-üstə düşməyən yüksək bank faizləri, kreditlərin əlçatmazlığı və s. kimi süni problemlər sahibkarın boğazına sabunlu kəndir kimi keçib!

Deyən oldumu ki, vergi orqanı sahibkları “ilişdirmək” üçün “kameral yoxlama” adı altında olmazın “əməliyyatlar” qurub- quraşdırır, sahibkarın ən xırda səhvini böyük cinayətə çevirib onu cərimələyir, hesabını bağlayır, pulunu silir, bu da alınmayanda məhkəmələrə salıb, dizin-dizin süründürür. Sahibkar hər dəfə vergidəki öz elektron şəxsi hesab vərəqəsinə girib baxmağa qorxur ki, gördüklərindən, “kameral” adı ilə kəsilən haqsız cərimələrdən, hesablamalardan infarkt, yaxud insult keçirəcək. Sahibkar bilmir öz problemilə, istehsalı, ticarəti, xidmətilə məşğul olsun, yoxsa haqlı-haqsız cərimələrə görə vergi və məhkəmələrin qapılarını dolaşsın…

Az qala 10 ildir ki, bütün mütəxəssislər, iqtisadçılar yalvarır ki, kiçik sahibkarlar üçün sadələşdirilmiş vergi limitini artırın, heç olmasa 1 milyona çatdırın. Bütün qonşu dövlətlər bunu etdiyi üçün kiçik sahibkar rahat nəfəs alır, kiçik biznes inkişaf edir. Özü də qazanır, dövləti də qazandırır. Bizdə isə yox ki yox! Əksinə, hər cür hoqqa çıxarırlar ki, bu limiti artırmasınlar, gah qeyr-nağd dövriyyə şərtini qoyurlar, gah başqa nəsə fikirləşirlər ki, insanlar məcburən ƏDV ödəyicisi olsun, bununla da həm hesabat, mühasibat və s. xərcləri, çək-çevirləri artsın, həm də daim yüksək cərimə, yoxlama, qorxusu başlarının üzərindən “domokl qılıncı” kimi asılı vəziyyətdə qalsın.

Hələ bankların sahibkardan nağdlaşdırma üçün aldıqları yüksək faizləri, post-terminal xidməti, kassa xidməti ödənişlərini, yaxud DSMF ödənişlərilə bağlı sahibkarı soymaq üçün yeni “ideyaları” demirik…

Ümumiyyətlə, hökumətin iqtisadi blokunun fəaliyyətinin yarıtmaz olduğunu görmək, anlamaq üçün mütəxəssis olmağa da ehtiyac yoxdur. Hər şey göz önündədir – xarici banklarda, qiymətli kağızlarda, mülklərdə ölkənin 10 milyardlarla dollar vəsaiti yatırılır, ölkənin neft-qaz kimi Allahdan verilən sərvətləri, turizm üçün əlverişli təbiəti, işlək, zəhmətkeş, bacarıqlı əhalisi var. Amma bütün bunlardan normal, səviyyəli, peşəkarlıqla istifadə edərək mütərəqqi iqtisadi sistem qurmaq əvəzinə, işləmək istəyənə də min cür əngəl yaradılır, ayrı-ayrı məmur-oliqarxlar, inhisraçılar, vəzifəli dələduzlardan və onların ətrafındakılardan başqa heç bir iş adamı ciddi nailiyyət əldə edə bilmir, ölkənin makroiqtisadi göstəriciləri real potensialından qat-qat geri qalır, kiçik və orta sahibkarlığın vəziyyətindən isə heç danışmağa dəymir. Çünki iqtisadi bloku idarə edənlərin strateji iqtisadi düçüncəsi, fəlsəfəsi, ən əsası isə məramı, istəyi yoxdur. Yalnız dar mühasib düşüncəsinə, statistik rəqəmlərlə “oynamaq”, yuxarılara manipulyasiya edilmiş hesabatlar vermək, bir də özlərinə “gün ağlamaq” bacarığına malikdirlər…

Dövlət qurumlarının sahibkarlıq fəaliyyətinə yaratdıqları süni maneələr o qədər geniş və sistemli xarakter alıb ki, bunları sayıb bitirmək və bir yazıya yerləşdirmək mümkünsüzdür! Azərbaycanın bu gün bir çox makroiqtisadi göstəricilərinə, məsələn, adambaşına düşən ÜDM göstəricisinə görə hətta Ermənistandan da geri qalmasının əsas səbəblərindən biri də məhz budur – dövlət qurumlarının sahibkara saymaz, barmaqarası, bəzənsə soyğunçu və düşmən münasibəti! Bu münasibət dəyişməyincə, iqtisadiyyatımız kasıb-kusub üçün cərimə, qadağa, məmur-oliqarxlar üçünsə özbaşınalıq iqtisadiyyatı olaraq qaldıqca, heç bir “İqtisadi Şura iclası”nın mənası, nəticəsi olmayacaq – yalandan yığışıb, danışıb, sontra da lyuks xidməti maşınlarına minib dağılaşacaqlar! /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?
Next: Adı şübhəli satınalmalarda hallanan Yusif Yusifli yenə qalmaqal yaradır – “Nihat” MMC-nin pulunu vermir

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.