Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 13
  • Xəzərdə NƏ BAŞ VERİR?

Xəzərdə NƏ BAŞ VERİR?

admin 13/04/2026
xezer-zelzele

 

Son həftələrdə Xəzər dənizinin Azərbaycan sektorunda müşahidə olunan seysmik aktivlik həm əhalini, həm də mütəxəssisləri ciddi şəkildə düşündürməyə başlayıb. Demək olar ki, hər gün, bəzən gün ərzində bir neçə dəfə qeydə alınan 3-dən 5 bala qədər gücündə olan yeraltı təkanlar “Xəzərdə nə baş verir?” sualını gündəmə gətirib.

Yer qabığının dərinliklərində baş verən bu proseslər sadəcə təbii bir boşalma, yoxsa daha dağıdıcı bir zəlzələnin xəbərçisidir? Xəzərin mürəkkəb tektonik quruluşu və dəniz dibindəki aktiv qırılmalar bu cür ardıcıl aktivliyi həm gözlənilən, həm də sirli edir. İnsanlarda haqlı həyəcan yaradan bu zəlzələlərin tezliyi, onların enerji boşalması yoxsa gərginlik yığılması olduğunu anlamağı zəruri edir.

Məsələ ilə bağlı danışan seysmoloq Ənvər Əliyev bildirib ki, Xəzər dənizində qeydə alınan bu ardıcıl təkanlar regionun yüksək seysmoaktiv zonada yerləşməsinin birbaşa göstəricisidir: “Xəzər dənizi tektonik baxımdan çox mürəkkəb və aktiv bir bölgədir. Xüsusilə Şimali və Cənubi Xəzər qırılmalarının kəsişmə nöqtələrində yer qabığının hərəkəti mütəmadi olaraq yeraltı təkanlara səbəb olur. Son vaxtlar müşahidə etdiyimiz 4.5, 4.6 və 3 bal gücündəki zəlzələlər əslində dəniz dibindəki blokların hərəkətə gəlməsidir. Bu cür kiçik və orta güclü təkanların tez-tez baş verməsi bir tərəfdən müsbət hal kimi qiymətləndirilə bilər, çünki bu, yığılmış enerjinin tədricən boşalması deməkdir. Lakin digər tərəfdən, bu qədər ardıcıl aktivlik seysmik ocaqlarda gərginliyin hələ də yüksək olduğunu və dəniz dibindəki tektonik proseslərin sürətləndiyini göstərir”.

Onun sözlərinə görə, Xəzərdəki zəlzələlərin xarakteri quru sahələrdəki zəlzələlərdən fərqlidir və bu, təhlükə riskini dəyişdirir: “Dəniz zəlzələləri adətən daha böyük dərinliklərdə baş verir, bu da onların dağıdıcı gücünü qurudakı eyni güclü təkanlarla müqayisədə bir qədər azaldır. Lakin ardıcıl baş verən bu zəlzələlər Abşeron yarımadası və sahilboyu ərazilər üçün diqqət mərkəzində saxlanılmalıdır. Gün ərzində 2-3 dəfə təkanların qeydə alınması o deməkdir ki, seysmik ocaqlar aktiv fazadadır. Biz bunu ‘seysmik fırtına’ və ya aktivləşmə dövrü kimi xarakterizə edə bilərik. Bu vəziyyət bir neçə həftə, hətta bir neçə ay davam edə bilər. Əsas məsələ odur ki, bu kiçik təkanlar daha böyük bir qırılmanı tətikləyə bilərmi? Bu suala cavab vermək üçün dəniz dibindəki monitorinqlər gücləndirilməlidir”.

Seysmoloq qeyd edib ki, Xəzər dənizindəki bu aktivliyin Abşeron-Prebalxan qırılma zonası ilə birbaşa əlaqəsi var: “Bu zona Xəzəri iki hissəyə bölən ən aktiv tektonik strukturdur. Aparılan müşahidələr göstərir ki, dənizdəki bu aktivlik həm də dəniz səviyyəsinin dəyişməsi və geodinamik təzyiqlərlə bağlı ola bilər. Lakin bir şeyi unutmaq olmaz: Azərbaycan, xüsusən də Bakı və ətraf ərazilər 8-9 ballıq zəlzələ zonasına daxildir. Odur ki, hər bir kiçik təkan bizə binaların tikinti keyfiyyətini və seysmik davamlılığı yoxlamaq üçün bir xəbərdarlıq olmalıdır. Hazırda müşahidə olunan zəlzələlər yer qabığının sanki ‘nəfəs almasıdır’, lakin bu nəfəsin nə vaxt kəskinləşəcəyini dəqiq proqnozlaşdırmaq elmi baxımdan hələ ki mümkün deyil”./nocomment.az

PAYLAŞIN:

Continue Reading

Previous: Adı şübhəli satınalmalarda hallanan Yusif Yusifli yenə qalmaqal yaradır – “Nihat” MMC-nin pulunu vermir
Next: Hesablama Palatasının ötən il aşkarladığı uyğunsuzluqların məbləği açıqlanıb

OXŞAR MÖVZULAR

erzaq-pul

Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO

admin 15/04/2026
ictimaineqliyyat

Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir

admin 15/04/2026
emlak-ev

Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir?

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.