Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 13
  • Zakir Quliyev hansı xidmətlərinə görə 14 ildir Məzahir Əzizova Qusarda arxa durur

Zakir Quliyev hansı xidmətlərinə görə 14 ildir Məzahir Əzizova Qusarda arxa durur

admin 13/04/2026
1733733027_zakir-quliyev

 

Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 2025-ci ildə keçirilmiş bəzi dövlət satınalmaları ətrafında araşdırma apardıq. Araşdırmalarda məlum oldu ki, sözügedən idarənin Satınalma Komissiyası tərəfindən kifayət qədər ciddi qanun pozuntusuna yol verilib.

Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi kanal qırağı yolların abadlaşdırılması üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə fiziki şəxs Samir Ramazan oğlu Verdixanov ilə 298.068 manat məbləğində müqavilə bağlayıb. Məlumat satınalmaların portalında 16.01.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, Samir Ramazan oğlu Verdixanov 2007-ci ildən Qusar rayonu, Qusar şəhəri, Muxtadır, ev 74-də fiziki şəxs kimi vergi uçotuna alınıb. Samir Ramazan oğlu Verdixanovun (VÖEN: 4700224882) hazırki günə 16 014.11 manat vergi borcu var.

Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi subartezian quyularında hidromexaniki və elektrotexniki avadanlıqlar üçün malmaterial və ehtiyyat hissələrinin satınalınması üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə “ESM-Trading”  MMC ilə 410.918 manat məbləğində müqavilə bağlamışdır. Məlumat satınalmaların portalında 30.10.2025-ci ildə dərc edilib. Müqavilə bağlanma tarixi 27.10.2025-ci il, bitmə tarixi 30.12.2025-ci ilə müəyyən edilib.

Qeyd edək ki, Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən keçirilmiş bu tenderlərdə bir mənbədən satınalma metodunun tətbiq edilməsi bir sıra suallar doğurur, əsaslı şübhələr yaradır.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qanunun tələblərindən də göründüyü kimi, nə kanal qırağı yolların abadlaşdırılması, nə də avadanlıqlar üçün malmaterial və ehtiyyat hissələrinin satın alınması məxfi məlumatla əlaqəli satınalma hesab oluna bilməz. Bu səbəbdən də, Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin satınalma prosedurunu bu şəkildə keçirməsi yuxarıda qeyd etdiyimiz kimi, bir sıra şübhələr yaradır. Əsas şübhələr isə idarənin satınalma müqaviləsi bağladığı şirkətlərlə bağlıdır.

Qeyd edək ki, Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hidromexaniki və elektrotexniki avadanlıqlar üçün malmaterial və ehtiyyat hissələrinin satınalınması üzrə qalib secdiyi “ESM-Trading”  MMC göstərilən satınalma predmetinin konkret təchizatçısı olması barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Qeyd olunan satınalma predmetinin əvəzedicisi və alternativi olduğu halda Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi nə üçün “ESM-Trading”  MMC ilə bir mənbədən satınalma metodu tətbiq etməklə müqavilə bağlamışdır?

Qeyd edək ki, “ESM-Trading”  (VÖEN:3102061471) Məhdud Məsuliyyətli Cəmiyyəti Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində 26.12.2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, SƏMƏD VURĞUN (XIRDALAN), ev.1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Quluzadə İlkin Rasim oğludur.MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Məmmədov Mehdi Eldar oğlu olub.

MMC 15.10.2025-ci ildə İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə subartezian quyuların cari təmiri üçün ehtiyyat hissələrinin satın alınması üzrə 488.833 manat dəyərində müqavilə bağlayıb.

Bunlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbər vəzifəli şəxslərinin göstərişi ilə bağlanan müqavilələrdir və büdcə vəsaitlərinin təyinatından kənarlaşdırlmasından başqa heç nəyə xidmət etmir.

Yuxarıda qeyd etdiyimiz kimi, bir mənbədən satınalma metodu satınalma predmetinə təcili tələbat yarandıqda tətbiq edilə bilər. Sual oluna bilər. Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin fiziki şəxs Samir Ramazan oğlu Verdixanovla bağladığı müqaviləyə təcili tələbat hardan yaranıb? Bir fiziki şəxs olaraq Samir Verdixanov 11.12.2025-ci ildən 29.12.2025-ci ilə qədər, yəni 18 gün ərzində 298.068 manat dəyəri olan tendiri həyata keçirmək iqtidarındadırmı? Onun bu işləri yerinə yetirməyə texniki bazası varmı?

Təbii ki, bunlar əvvəlcədən razılaşdırılmış, planlaşdırılmış bir satınalmadan başqa bir şey deyil. Çünki, nə “ESM-Trading”  MMC, nə də fiziki şəxs olaraq Samir Verdixanov yuxarıda qeyd etdiyimiz kimi, uyğunluq göstəricilərinə cavab vermir, müvafiq tələblərə cavab verən işçi qüvvəsi yoxdu.

Göründüyü kimi Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi qısa müddət ərzində bir mənbədən satınalma metodu tətbiq etməklə ümumi dəyəri 708 986 manat olan iki satınalma müqaviləsi bağlamışdır. Bu satınalmaların təşkilini Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərini pozumaqla həyata keçirib. Belə ki, MMC-lərin heç birinin analoji işlərdə təcrübəsi, işçi qüvvəsi və digər uyğunluq göstəriciləri nəzərə alınmayıb ki, bu da tenderlərdə saxtakarlığa yol verildiyinə şübhələri artırır.

Qeyd edək ki, Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Məzahir Əzizovdur.  O, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin kadrlarından hesab edilir.  2012-ci ildən üzü bu yana sözügedən quruma rəhbərlik edir. Daha əvvəl Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədri, sonradan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə rəhbərlik edən Zaur Mikayılov nədənsə Əhməd Əhmədzadənin bu kadrına hələ də vəzifə başında saxlayır. Bir çox rayonlarda Əhməd Əhmədzadənin kadrlarını vəzifədən çıxarmasına, dəyişməsinə baxmayaraq.

Məlumatlara görə onun arxasında hələ Əhməd Əhmədzadənin dövründə müavini olan,  hazırda isə Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyev durur. Sual yarana bilər. Zakir Quliyev hansı xidmətlərinə görə i4 ildir Məzahir Əzizovu sözügedən idarənin başında saxlayır, ona şərait yaradır.

Rayon sakinlərinin mediada yayılan şikayətlərinə görə Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin işçiləri 1 ha əkin sahəsinin suvarılması üçün, imkanlı şəxslərdən 100 manat pul alırlar və günlərini kafedə yeyib –içməkdə keçirirlər. İdarəyə rəhbərlik edən Məzahir Əzizov isə əksər vaxtlarda iş başında tapılmır. Görünən odur ki, Məzahir Əzizovun işçiləri su satıb kef edir, özünün isə başı tenderlərə ayrılan yüzminlərə qarışıb.

Elə Qusarın Balaqusar kəndinin yaxınlığından keçən Qusarçayın məcrasını dəyişərək 6 evi təhlükə altında qoyması barədə sakinlərin şikayəti də bu qəbildəndi. Sakinlərin sözlərinə görə, son 5 il ərzində çay təxminən 20 metr enində və 120 metr uzunluğunda torpaq sahəsini yuyub aparıb. Bu isə həm evlərin, həm də təsərrüfatların gələcək taleyi ilə bağlı ciddi narahatlıq yaradıb. Amma Qusarçayda sahilbərkitmə, bəndatma işlərinə ayrılan pulların hara getdiyi bəlli deyil.

Qeyd edək ki, məqalədə göstərilənlərə aydınlıq gətirilməsi məqsədilə Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Satınalma Komissiyasına ünvanladığımız məktuba cavabında idarənin baş mühasibi bildirir ki, “Mən Qusar SMSİİ-nə baş mühasib yeni təyin olunmuşam. Məqalədə göstərdiyiniz məsələlərə heç bir aydınlıq gətirə bilməyəcəyəm.

Həmçinin də Məzahir Əzizovun meliorasiya su sahəsində gördüyü işləri  sadalamaqla qurtarmaz
İşini sevən, kollektivin qeydinə qalan, müraciət edən abonentin şikayətini dinləyib yerindəcə həll edən və həm də çox insani keyfiyyətlərə malik rəhbərdir.”
Maraqlıdır, yeni təyin olunmuş baş mühasib Məzahir Əzizovun meliorasiya su sahəsində gördüyü işləri  sadalamaqla qurtarmadığını haradan bilir?

 

 

Aktuaılinfo.net

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: İran bunu xəyal belə etmirdi: ABŞ-ın uğursuzluqları…
Next: ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

OXŞAR MÖVZULAR

nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026
1732887242_mirelem-skoro-1536x983

Mirələm Cəlalov rəhbəri olduğu Təcili Tibbi Yardım Mərkəzində nə kimi işlər çevirir…

admin 14/04/2026
yusif-tender

Adı şübhəli satınalmalarda hallanan Yusif Yusifli yenə qalmaqal yaradır – “Nihat” MMC-nin pulunu vermir

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.