Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 14
  • Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026
nuride memm

 

“Lənkəran rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən bir mənbədən satınalma metodu tətbiq edilməklə “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə telekommunikasiya xidmətləri üzrə 1.440 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 11.04.2026-cı ildə dərc edilib.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Lənkəran rayon Mərkəzi Xəstəxanası telekommunikasiya xidmətləri üzrə bir satınalma müqaviləsi də “Aztelekom”  MMC ilə 31.01.2026-cı ildə bağlayıb. Bu müqavilənin dəyəri isə 32.040 manat təşkil edib.

Göründüyü kimi Lənkəran rayon Mərkəzi Xəstəxanası yalnız 2026 ildə telekommunikasiya xidmətinə  dair bir mənbədən satınalma metodu tətbiq etməklə 2 satınalma müaviləsi bağlayıb. Bunun ümumi dəyəri 33 480 28 manat təşkil edib.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müəyyən etdiyi tariflərə görə sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı tarifinə görə qeyri-əhaliyə 7,0 manatdır. Bu Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 7 nömrəli Qərarı, 26 oktyabr 2022-ci il tarixli qərarı ilə təsdiq olunub.

Dövlət Statistika Komitəsinin 20 oktyabr 2025-ci ildə yaydığı məlumata görə Azərbaycanda 2024-cü il üzrə sabit şəbəkə telefonları (ev telefonları) istifadəçilərinin sayı azalıb. Bildirilib ki, ötən il ölkədə sabit şəbəkə telefonlarının ümumi sayı 1 milyon 175 min nömrə təşkil edib. Onlardan 1 milyon 95 min 200-ü mənzillərdə olan sabit şəbəkə telefonlarıdır. Dövlət Statistika Komitəsinin məlumatlarından da göründüyü kimi qeyri-əhalinin xidmətində 80 minə yaxın telefon var.

Buradan sual yaranır. Lənkəran rayon Mərkəzi Xəstəxanasının istifadəsində nə qədər sabit şəbəkə telefonları var ki, il ərzindəyə istifadəyə görə 32 min manatdan çox vəsait ayırır?

Lənkəran rayon İcra Hakimiyyətinin rəsmi portalında Lənkəran rayon Mərkəzi Xəstəxanasının əlaqə  telefonları: (025) 254 48 39 (025) 254-16-64 cavab verən yoxdur və ya işləmir. Xəstəxananın instagram səhifəsində göstərilən əlaqə nömrəsi: 025 254 79 32 də işləmir. Belə olan halda 32 min manat hara, nə məqsədlə ayrılb?

Maraqlıdır, Lənkəran şəhər İcra Hakimiyyətindən bizə bildirdilər ki, telefon nomrələrində dəyişiklik olduğuna görə işləmir. İcradan bizə verdikləri bir neçə yeni telefon nömrələrinin də müəyyən olunmadığı məlum oldu oldu. Göründüyü kimi Lənkəran rayon Mərkəzi Xəstəxanası işləməyən sabit şəbəkə telefonlarından istifadəyə görə dövlət vəsaitlərini ya boş-boşuna ayırır, ya da telekommunikasiya xidmətləri adı altında başqa istiqamətlərə.

Müqayisə üçün qeyd edək ki, Şəki şəhəri İcra Hakimiyyəti (Lənkəran rayon İcra Hakimiyyəti açıqlamayıb) 2026-cı il ərzində telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədi ilə “Aztelekom”  MMC ilə 23.368,8 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Buraya Şəki rayonun bitün kənd icra nümayəndəliklərinə telekommunikasiya xidmətinin göstərilməsi də daxildir.

Yenə sual yaranır. Bir şəhər xəstəxanasına göstərilən telekommunikasiya xidməti bütov bir rayon İcra Hakimiyyətinə kənlərlə birlikdə göstərilən telekommunikasiya xidmətindən necə çox ola bilər?

Göründüyü kimi Lənkəran rayon Mərkəzi Xəstəxanasının 2026 ildə telekommunikasiya xidməti üzrə bağladığı müqavilədə ziddiyətli, şübhəli məqamlar çoxdur. Burada müqavilənin qiymətinin nə qədər şişirdildiyini mütəxəsislər araşdırsa daha yaxşı olar.

Qeyd edək ki, Lənkəran rayon Mərkəzi Xəstəxanasının keçirdiyi satınalmalarda şübhəli məqamlar bunlarla bitmir. Belə ki, Xəstəxana 12.01.2026-cı ildə su təchizatı və tullantı sularının axıdılması xidmətinə dair “Regional Su Meliorasiya Xidməti” PHŞ Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə iki satınalma müqaviləsi bağlayıb. 99.380 manat dəyərində bir, 49.690 manat dəyərində də bir.

Sual yaranır. Lənkəran rayon Mərkəzi Xəstəxanasında il ərzində nə qədər tullantı suları hasil olur ki, müəssisə ümumi dəyəri 149 070 manat dəyərində iki müqavilə bağlayıb? Bu müqavilədə də qiymətin süni şəkildə şişirdildiyi açıq aşkar görsənməkdədir.

Qeyd edək ki, Lənkəran rayon Mərkəzi Xəstəxanası 27.05.2025-ci ildə hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə “BT TEXNO SERVİS”  MMC ilə 198.172,12 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki,  tibbi tullantıların zərərsizləşdirilməsi prosesi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “Tullantıların İdarəedilməsi Mərkəzi” MMC tərəfindən Sumqayıt şəhərinin yaxınlığındakı poliqonda həyata keçirilir. Bunun üçün şirkət həftədə bir neçə dəfə Lənkərandan Sumqayıta yol qət etməli olur.

Sual yaranır. Lənkərandan Sumqayıta tibbi tullantıların daşınmasına 198.172 manat, elə Lənkərənda tullantı sularının axıdılmasına da 149 070 manat. Çox şübhə yaratmırmı?

Bundan əlavə Lənkəran rayon Mərkəzi Xəstəxanası 22.12.2025-ci ildə tələb olunan müxtəlif növ avadanlıqların təmiri xidmətlərinin satınalınması üzrə “MEDSOL” MMC ilə 83.608,9 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Xəstəxana 22.09.2025-ci ildə isə “MEDSOL” MMC ilə avadanlıqların satınalınması üzrə 79.992,2 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Yenə sual yaranır. Kim zəmanət verə bilər ki, “MEDSOL” MMC Xəstəxanada dekabrda təmir etdiyi avadanlıqlar sentyabrda satdığı avadanlıqlar deyil?

Qeyd edək ki, “Lənkəran rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Məmmədova Nuridə Rafiq qızıdır. O, daşıdığı vəzifəyə 2025-ci ilin avqustunda  TƏBİB-in sabiq icraçı direktoru Vuqar Qurbanovun əmri ilə təyin edilib. Nuridə Məmmədova ondan əvvəl Lənkəran Regional Perinatal Mərkəzin direktoru olub.

 

Aktualinfo.net

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Kart sahiblərinə VACİB XƏBƏR
Next: Hörmüz boğazının blokadası təkcə İrana deyil, həm də Çinə qarşıdır

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.