Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 15
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır

Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır

admin 15/04/2026
avrop-hrmz

 

Avropa ölkələrinin Hörmüz boğazı ilə bağlı hazırladığı yeni təhlükəsizlik strategiyası beynəlxalq mediada geniş rezonans doğurub.

Xüsusilə “The Wall Street Journal” nəşrinin yaydığı məlumatlara görə, Avropa dövlətləri ABŞ-dən asılı olmayan yeni hərbi-siyasi mexanizmlər üzərində fəal işləyir.

ABŞ-siz təhlükəsizlik modeli: “Avropalı NATO” ideyası

Məlumata əsasən, Donald Tramp administrasiyasının NATO-dan mümkün uzaqlaşması ehtimalı Avropada ciddi narahatlıq yaradıb. Bu fonda Avropa ölkələri “Avropalı NATO” kimi qeyri-rəsmi adlandırılan alternativ müdafiə modelini sürətləndirməyə başlayıblar.

Yeni yanaşma çərçivəsində komanda-idarəetmə sistemində Avropanın rolu artırılır, hava hücumundan müdafiə və logistika imkanları gücləndirilir, eləcə də kəşfiyyat fəaliyyətində müstəqillik hədəflənir.

Planın ən diqqətçəkən tərəflərindən biri Almaniyanın siyasətində dönüşdür. Uzun illər ABŞ-nin təhlükəsizlik çətiri altında qalmağa üstünlük verən Berlin artıq yeni kurs müəyyənləşdirir. Baş nazir Fridrix Merz dövründə Almaniya Avropanın müdafiə yükünü daha çox bölüşməyə hazır olduğunu nümayiş etdirir.

Bu prosesə Böyük Britaniya, Fransa, Polşa və Skandinaviya ölkələri də fəal dəstək verir. Mark Rutte isə alyansın “daha çox Avropa liderliyinə” doğru transformasiya etdiyini vurğulayıb.

Planın qarşısında duran əsas problemlərdən biri ABŞ-nin təmin etdiyi nüvə çəkindiriciliyi və yüksək səviyyəli kəşfiyyat imkanlarının qısa müddətdə əvəz edilə bilməməsidir. Bu səbəbdən Fransa və Böyük Britaniyanın nüvə potensialının genişləndirilməsi məsələsi gündəmdədir.

Fransa prezidenti Emmanuel Makron artıq bu istiqamətdə Almaniya ilə danışıqlara başlayıb.

Hörmüz üçün ABŞ-sız plan – Üç mərhələli hərbi-dəniz strategiyası

Avropanın yeni strategiyasının ən mühüm hissəsi Hörmüz boğazı ilə bağlıdır. Plan əsasən Fransa və Böyük Britaniyanın təşəbbüsü ilə hazırlanıb və ABŞ-nin iştirakını nəzərdə tutmur.

Makronun açıqlamasına görə, yaradılacaq beynəlxalq dəniz qüvvəsinə münaqişənin tərəfləri – ABŞ, İsrail və İran daxil edilməyəcək.

Avropanın planı üç əsas mərhələdən ibarətdir:

1.Təxliyə mərhələsi – Boğazda qalmış yüzlərlə ticarət gəmisinin təhlükəsiz çıxışı təmin ediləcək.

2.Minalardan təmizləmə – Müharibə zamanı yerləşdirilmiş dəniz minalarının genişmiqyaslı təmizlənməsi həyata keçiriləcək.

3.Təhlükəsizlik müşayiəti – Avropa donanmasına aid freqat və esmineslər ticarət gəmilərinə müşayiət edərək bölgədə təhlükəsizliyi təmin edəcək.

Məlumatlara görə, Avropa ölkələri mina təmizləmə sahəsində ABŞ-dan daha geniş imkanlara malikdir. Qitənin arsenalında 150-dən çox mina təmizləyən gəmi mövcuddur.

Almaniyanın bu plana qoşulması onu daha real və güclü edir. Berlinin həm maliyyə resursları, həm də texniki imkanları Fransa və Böyük Britaniyadan daha geniş hesab olunur.

ABŞ-siz yeni dünya düzəni?

Məlumata görə, Böyük Britaniyanın baş naziri Keir Starmer və Makronun təşəbbüsü ilə keçiriləcək beynəlxalq toplantıya ABŞ dəvət edilməyib. Əvəzində Çin və Hindistan kimi ölkələrə dəvət göndərilib.

Fransa xarici işlər naziri Jean-Noël Barrot bildirib ki, əməliyyat yalnız müharibə bitdikdən və regionda sabitlik bərpa olunduqdan sonra həyata keçiriləcək və sahilyanı ölkələrlə koordinasiya şəraitində aparılacaq.

Bütün bu proseslər göstərir ki, Avropa tədricən ABŞ-dən hərbi-siyasi asılılığını azaltmağa çalışır. Hörmüz boğazı kimi strateji əhəmiyyətli bölgədə Vaşinqtonsuz planın hazırlanması isə qitənin yeni geosiyasi kursunun açıq siqnalı kimi qiymətləndirilə bilər.

Bu yanaşma yalnız regional təhlükəsizlik strategiyası deyil, həm də gələcəkdə formalaşa biləcək çoxqütblü dünya nizamının ilkin konturlarını ortaya qoyur. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı
Next: Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

OXŞAR MÖVZULAR

2026-05-26-09-40-08LvT1Yu0MGy86GgrtlVid_file

Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır

admin 26/05/2026
acd550e8-39b6-4c61-93f5-909e6b8a13b4_740

Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq?

admin 26/05/2026
tramp-isrlob

İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün

admin 25/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.