Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 15
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb

Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb

admin 15/04/2026
anar-arxkom

 

Azərbaycanda iqtisadi fəallığın azalması, ilin ilk rübündə ÜDM-in 0.3 faiz geriləməsi bəzi dövlət qrumlarının sahibkarlığa yaratdığı maneələrlə bağlıdır. Bu sırada Dövlət Şəhərsalma və Arxitektura Komitəsi öndə gedir.

Yenixeberorg.com: Son illərdə tikinti sektoru üzrə əsas səlahiyyətlərin əlində cəmləşməsindən istifadə edən Komitə rəhbərliyi iş adamları üçün dözülməz vəziyyət yaradıb. Qeyd edək ki, adıçəkilən qurum ölkənin ən ucqar kəndindəki xırda tikilidən tutmuş Bakıda bina tikintisinə qədər icazələri verən yeganə təşkilatdır.

Vəziyyətlə yaxından tanış olan mötəbər mənbə redaksiyamıza bildirib ki, Bakıda tikinti icazələrinin verilməsi faktiki olaraq dayandırılıb. Ancaq bir neçə şirkətin fəaliyyətinə imkan yaradılır, nəticədə onlarla iş adamı qazanc arxasınca Özbəkistana, Gürcüstana və s. postovet ölkələrinə üz tutub. Son 3 ildə təkcə Özbəkistana Azərbaycana məxsus 43 şirkət yatırım qoyub, normal şəkildə fəaliyyət göstərir. Bu da ölkədən milyonlarla investisiyanın çıxması deməkdir.

Qeyd olunur ki, təkcə paytaxtın mərkəzində deyil, mikrorayonlarda, nisbətən kənar yerlərdə pilot layihələrin həyata keçirilməsi də mümkünsüz hala gəlib. Komitə rəhbərliyi iş adamlarının əksər müraciətlərinə rədd cavabı verir.

Məlumdur ki, Azərbaycanda neft-qaz sektorundan sonra ən böyük dəyər tikinti sektorunda formalaşır. Neft pullarının gəldiyi ilk illərdən etibarən bu sahəyə nəhəng dövlət investisiyaları yatırılıb, bəzən investisiya xərclərinin həcmi ölkənin müdafiə xərclərini də ötüb. Hökumət stabil olaraq hər il bu sahəyə 4-7 milyard manat yönəldib. Paralel olaraq xaricdən sektora axan vəsaitləri, iş adamlarının qoyduğu pulları da nəzərə aldıqda tikinti sektorunun Azərbaycan iqtisadiyyatında – biznesin inkişafında, vətəndaşların sosial rifahının artmasında, məşğulluğun təmin olunmasında oynadığı rolun nə qədər çoxşaxəli və mühüm olduğunu göstərir. Bu sektor həmçinin yerli sənayenin inkişafını da stimullaşdırıb. Təsadüfi deyil ki, tikinti materialları istehsal edən şirkətlərin əksəriyyəti bu dövrdə yaranıb, inkişaf edib, onların əksəriyyəti yüksək texnoloji avadanlıqlara, sabit xarici və daxili əlaqələrə, bazarlara çıxış imkanına sahib olub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaratdığı keçilməz maneələr vaxtı ilə “aşıb-daşan” tikinti sektorunu yanı üstə qoyub, iqtisadi fəallıq kəskin azalıb, məşğulluq imkanları sıfırlanıb, iş adamları baş götürüb ölkədən gedirlər. Yaranmış acınacaqlı durum, nəhayət, hökuməti də hərəkətə gətirib.

Redaksiyamıza daxil olan məlumata görə, Baş nazir Əli Əsədov adçəkilən komitənin rəhbəri Anar Quliyevi sərt tənqid edib, onun fəaliyyətinin ölkəni iqtisadi fəlakətə sürüklədiyini bildirib. Hökumət başçısı onu sorğu-sual edərək iş adamlarını niyə narazı saldığını, tikintilərə niyə icazə vermədiyini soruşub. Komitə rəhbərliyinin Baş nazirə nə cavab verdiyi məlum deyil, amma mənbə bildirir ki, onun səlahiyyətlərinin icrası məhdudlaşdırılıb.

Xatırladaq ki, aprelin 10-da Baş nazir yanında keçirilən İqtisadi Şuranın iclasında bu sahədə yaranmış vəziyyət geniş müzakirə edilib. Rəsmi məlumatda bildirilir ki, iclasın gündəliyində “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup”u tərəfindən hazırlanan “Tikinti və kommunal infrastruktura qoşulma” və “Sənaye” sahələrində sahibkarların qaldırdığı aktual məsələlər və problemlər ətraflı müzakirə olunub. Tədbirdə Prezidentin köməkçisi və İşçi Qrupun rəhbəri Natiq Əmirovun gündəlikdə yer alan məsələlər üzrə məruzəsi dinlənilib.

Maraqlıdır, iclasa Dövlət Şəhərsalma və Arxitektura Komitəsini Anar Quliyev deyil, onun birinci müavini Namiq Hümmətov dəvət olunub. Mənbə bildirib ki, o yaranmıəş vəziyyətlə bağlı çıxış edib və Əli Əsədovun suallarını cavablandırıb. Hümmətov bir çox problemləri qanunvericilikdəki boşluqlar və maneələrlə əlaqələndirməyə çalışıb. Bu səbəbdən müzakirə olunan məsələlərin həlli istiqamətində müvafiq normativ-hüquqi aktların layihələrinə dəyişikliklərin hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunması barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.(Azpolitika)

PAYLAŞIN:

Continue Reading

Previous: Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş
Next: Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO)

OXŞAR MÖVZULAR

qht-6-

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT

admin 25/05/2026
söhrab-deniz-l

Söhrab İsmayılovun Dubay macəraları: Bakı Limanını talayanları tanıyaq

admin 25/05/2026
nigar-rüfət

Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir?

admin 21/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.