Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 15
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir?

Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir?

admin 15/04/2026
emlak-ev

 

Bakıda fərdi yaşayış evlərinin alqı-satqı bazarında son dövrlər nəzərəçarpacaq durğunluq müşahidə olunur. Qiymətlərin yüksək qalması və alıcılıq qabiliyyətinin zəifləməsi bazarda aktivliyi azaldıb. Eyni zamanda kredit şərtlərinin sərtləşməsi də potensial alıcıların qərarına təsir edir. Bu vəziyyətin nə qədər davam edəcəyi və bazarın yenidən canlanıb-canlanmayacağı isə sual doğurur.

Mövzu ilə bağlı  açıqlamasında daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, Bakıda pandemiyadan sonrakı dövrdə stabil qiymət artımı müşahidə olunur.

Onun sözlərinə görə, ən yüksək qiymət artımı 2022-2023-cü illərdə Bakı şəhərində mənzil fondunda qeydə alınıb: “Artım təxminən 17-18 faiz, bəzi hallarda isə 20 faizə qədər olub. Ümumilikdə isə mənzil fondu bazarında illik artım ən azı 11-12 faiz səviyyəsindədir. Söhbət əsasən Bakı şəhərində çoxmənzilli binalardan gedir. Bunun bir səbəbi ondan ibarətdir ki, 2021-ci ildə Qarabağ iqtisadi zonasında və Şərqi Zəngəzur zonasında kütləvi inşaat layihələrinə start verildi. Nəticədə armaturun qiyməti kəskin bahalaşdı. Belə ki, 1 tonun qiyməti 780 manatdan 1200 manata qədər yüksəldi”.

Ekspert qeyd edib ki, daha sonra tikinti şirkətlərinə verilən icazələrin sayı ciddi şəkildə azalmağa başladı: “Hazırkı vəziyyətdə 2026-cı ili 2016-cı illə müqayisə etsək, bazarda tikinti şirkətlərinin aktivliyi təxminən 8-10 dəfə azalıb. Bu qıtlıq qiymət artımını şərtləndirir. Alıcılar uyğun qiymətə daşınmaz əmlak tapmaqda çətinlik çəkirlər, satıcılar isə qiymətləri daha yüksək təklif etməyə çalışırlar. Son illərdə ipoteka kreditlərinə müraciətlərin sayı da artıb. Daşınmaz əmlakın əlçatan olmaması səbəbindən bir çox vətəndaş ipotekaya üstünlük verir. 2024-cü ilin dekabr ayına qədər bazar kifayət qədər aktiv idi, lakin ilin sonunda artım tempi nisbətən zəiflədi. 2025-ci ilin sonunda da oxşar vəziyyət müşahidə olundu. Baxmayaraq ki, son bir ay ərzində ipoteka kreditləri yenidən aktivləşib, banklar və kredit təşkilatları tərəfindən bazar aktivliyi əvvəlki illərlə müqayisədə nisbətən zəifdir. Bunun fonunda qiymət artımı qismən davam edir. Sual yaranır: bu proses nə vaxta qədər davam edəcək? Mənim fikrimcə, bazarın tələbatı ödənildikcə müəyyən sabitlik yaranacaq. Hazırda bazarda ciddi canlanma yoxdur. Güman edilir ki, gələn il bazar daha aktiv olacaq”.

PAYLAŞIN:

Continue Reading

Previous: İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq”
Next: Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.