Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 15
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq”

İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq”

admin 15/04/2026
iran-tahran

 

ABŞ Prezidenti Donald Tramp İranla yeni danışıqların iki gün ərzində Pakistanda keçirilə biləcəyini söylədikdən sonra tərəflər arasında razılaşmanın əldə ediləcəyinə dair ümidlər yaranıb. Ancaq razılaşma üçün İran Hörmüz boğazına nəzarətdən və tankerlərdən rüsum yığımından imtina etməlidir. Bu olmasa, nə razlaşma olacaq, nə də ABŞ Hörmüz boğazının mühasirəsindən imtina edəcək.

Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, Hindistan Baş naziri Narendra Modi bu fonda Donald Trampla telefon danışığı aparıb:
“Telefon danışığı zamanı ikitərəfli əlaqələr müzakirə olunmaqla yanaşı, Yaxın Şərqdəki mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Hindistan Baş nazirini ABŞ Prezidentinin Hörmüz boğazıyla bağlı planı maraqlandırır. Liderlər boğazın açıq və təhlükəsiz saxlanılmasının vacibliyini vurğulayıblar. Problemin həlli Hindistan üçün böyük əhəmiyyət kəsb edir. Birincisi, Hindistan neftə olan tələbatının böyük hissəsini İran və Körfəz ölkələrindən əldə edir. İkincisi, hazırda Hindistanın neftlə dolu tankerləri Hörmüz boğazında ilişib qalıb.
Hörmüz boğazıyla bağlı problem həll olunmasa, gərginlik Bab əl-Məndəb boğazına keçəcək. Bu boğaz dünya ticarəti üçün Hörmüz qədər əhəmiyyətlidir. Bab əl-Məndəb Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir, qlobal neft ticarətində əhəmiyyətli yer turur. Dünya neft-qazının 20 faizi Bab əl-Məndəbdən daşınır. Bundan başqa, bu boğazın dibində fiber-optik kabellər şəbəkəsi var ki, bu, dünya internet trafikinin təxminən 20 faizinə qədərini ötürür, bu hövzədə gərginlik qlobal rəqəmsal bağlantı və maliyyə bazarları üçün birbaşa təhlükə yaradır”.
Elxan Şahinoğlunun fikrincə, İran rejimi ilə bağlılığı olan Yəməndəki husilər Bab əl-Məndəb boğazını nəzarətə götürsələr, bu, dünya üçün ikinci şok olacaq:
“Bab əl-Məndəb boğazının bağlanması Asiya ilə Avropa arasında dəniz daşımalarını iflic vəziyyətə salacaq. Təsadüfi deyil ki, İran parlamentinin sədri Məhəmməd Qalibaf bir neçə gün əvvəl sosial şəbəkədə neftin, mayeləşdirilmiş təbii qazın, buğdanın, düyünün və gübrənin dünya üzrə daşınmasının əhəmiyyətli hissəsinin Bab əl-Məndəb boğazından keçdiyi barədə paylaşım edib. Yəni Qalibaf demək istəyib ki, İranın tələbləri yerinə yetirilməsə, Bab əl-Məndəb boğazı da husilər vasitəsilə nəzarətə götürüləcək. Husilər hələlik gözləmə mövqeyindədir. Ancaq hər an düyməyə basa bilərlər. Bunun qarşısının alınmasının yeganə yolu İranla ABŞ arasında müvəqqəti də olsa, razılaşmanın əldə edilməsidir”.

 

PAYLAŞIN:

Continue Reading

Previous: Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər
Next: Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir?

OXŞAR MÖVZULAR

2026-05-26-09-40-08LvT1Yu0MGy86GgrtlVid_file

Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır

admin 26/05/2026
acd550e8-39b6-4c61-93f5-909e6b8a13b4_740

Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq?

admin 26/05/2026
tramp-isrlob

İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün

admin 25/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.