Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 15
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş

Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş

admin 15/04/2026
varlı-az

ABŞ doğum turizminin ən baha, lakin eyni zamanda ən stabil istiqamətlərindən biri hesab olunur

Son illərdə Azərbaycan vətəndaşları arasında “doğuş turizmi” kimi tanınan fenomenə maraq müəyyən qədər artmaqdadır. Azərbaycanlılar arasında xaricdə doğuş turizmi hələ kütləvi xarakter daşımır, lakin qlobal tendensiyaların təsiri ilə müəyyən sosial qruplar üçün aktual seçim olaraq qalır. Bu proses həm tibbi, həm də hüquqi baxımdan daha geniş müzakirələrə ehtiyac yaradır. 

Bəllidir ki,  hamilə qadınların övladlarının başqa ölkədə dünyaya gəlməsi üçün xaricə səfər etməsində əsas məqsəd adətən uşağın həmin ölkənin vətəndaşlığını alması, daha yaxşı tibbi xidmətlərdən istifadə və ya hüquqi üstünlüklər əldə etmək olur. Azərbaycanlılar arasında xaricdə doğuş turizmi hələ kütləvi xarakter daşımır, lakin qlobal tendensiyaların təsiri ilə müəyyən sosial qruplar üçün aktual seçim olaraq qalır. Bu proses həm tibbi, həm də hüquqi baxımdan daha geniş müzakirələrə ehtiyac yaradır.

Azərbaycanlı ailələrin ən çox üz tutduğu Almaniya və digər Avropa ölkələridir.

Bir çox ölkələrdə doğuşla avtomatik vətəndaşlıq prinsipi tətbiq edilmir və ya məhdudlaşdırılıb. Buna görə də nəticə ölkədən ölkəyə dəyişir. Eyni zamanda xaricdə doğuş xərcləri yüksək ola bilər və bu, yalnız müəyyən gəlir səviyyəsinə malik ailələr üçün əlçatan olur.

ABŞ doğum turizminin ən baha, lakin eyni zamanda ən stabil istiqamətlərindən biri hesab olunur. Burada doğulan uşaq avtomatik ABŞ vətəndaşlığı əldə edir. Tibbi sistem yüksək səviyyədə təşkil olunub və doğuş prosesi standartlaşdırılıb.

Bununla belə, əsas çətinlik yüksək xərclərdir. Doğuşun ümumi qiyməti on minlərlə dollar təşkil edə bilər. Bundan əlavə, valideynlər üçün heç bir immiqrasiya üstünlüyü nəzərdə tutulmur və gələcəkdə uşağın vergi öhdəlikləri də yarana bilər.

Amma bu məsələ ilə bağlı xeyli suallar açıq qalır. Məsələn, hamilə qadının doğuş üçün xaricə uçması nə dərəcədə təhlükəsizdir? Azərbaycanda doğuş xidmətlərinin səviyyəsi bu qərarı nə qədər əsaslandırır? Xaricdə doğuşun tibbi baxımdan real üstünlükləri varmı?

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov 

Mövzu ilə bağlı Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov danışıb. Mütəxəssis qeyd edib ki, sağlamlıq turizmi son illərdə dünyanın müxtəlif ölkələrində sürətlə inkişaf edən sahələrdən birinə çevrilib və bu tendensiya artıq qlobal miqyasda ciddi iqtisadi və sosial fenomen kimi qiymətləndirilir: “İnsanlar yalnız istirahət məqsədilə deyil, həm də tibbi xidmətlərdən yararlanmaq üçün sərhədləri aşmağa başlayıblar. Bu kontekstdə Azərbaycan da istisna deyil. Son dövrlərdə ölkəmizdə səhiyyə sektorunun inkişafı ilə paralel olaraq sağlamlıq turizmi istiqamətində müəyyən addımlar atılır, xüsusilə sanatoriya-kurort, balneoterapiya və reabilitasiya xidmətləri sahəsində canlanma müşahidə olunur.

Əlbəttə ki, doğuş prosesi də tibbin mühüm və həssas istiqamətlərindən biridir və bu sahə də sağlamlıq turizminin tərkib hissəsi kimi formalaşmaqdadır. Dünyanın müxtəlif ölkələrində, o cümlədən qardaş Türkiyədə doğuş turizmi artıq aktiv şəkildə inkişaf edir və bu istiqamətdə xüsusi proqramlar, klinikalar və xidmət paketləri təklif olunur. Azərbaycan vətəndaşlarının da müəyyən hissəsi müxtəlif səbəblərdən doğuş prosesini xarici ölkələrdə həyata keçirməyə üstünlük verir. Xüsusilə Avropa ölkələri ilə, daha çox isə Almaniya ilə müəyyən əlaqələr mövcuddur və bəzi ailələr məhz bu ölkələrə üz tuturlar”.

Zülfüqar Yusifov qeyd edib ki, bu seçimin arxasında bir neçə əsas faktor dayanır: “Birinci səbəb tamamilə subyektiv və fərdi seçimlə bağlıdır. Bəzi ailələr fərqli mühitdə, fərqli ölkədə doğuş prosesini həyata keçirmək istəyirlər. Məsələn, daha tanınmış, “titullu” klinikalarda doğuş etmək, daha komfortlu şərait əldə etmək və ya sadəcə olaraq, fərqli ölkədə bu prosesi yaşamaq istəyi müəyyən ailələr üçün cəlbedici görünür.

İkinci və daha mühüm səbəblərdən biri isə hüquqi amillərlə bağlıdır. Belə ki, bəzi ölkələrdə doğuş həmin ölkə ərazisində baş verdiyi təqdirdə uşağa avtomatik olaraq vətəndaşlıq verilməsi kimi mexanizmlər mövcuddur. Bu isə gələcəkdə uşağın təhsil, yaşayış və digər sosial imkanları baxımından əlavə üstünlüklər yarada bilər.

Üçüncü istiqamət isə müəyyən hallarda yerli səhiyyə sisteminə olan inamsızlıq və ya daha fərqli tibbi yanaşma axtarışı ilə bağlı ola bilər. Bəzi ailələr düşünür ki, xaricdə fəaliyyət göstərən mütəxəssislər və klinikalar daha yüksək səviyyədə xidmət təqdim edir. Lakin bu yanaşma hər zaman obyektiv reallığı əks etdirmir. Çünki ümumilikdə Azərbaycanda səhiyyənin əksər sahələrində kifayət qədər adekvat və müasir tibbi xidmət göstərilir. Azərbaycan həkimləri artıq beynəlxalq təcrübəyə malikdirlər, müxtəlif ölkələrdə təhsil alır, çalışır və ciddi uğurlara imza atırlar. Xüsusilə mama-ginekologiya sahəsində ölkəmizdə peşəkar mütəxəssislər mövcuddur və doğuş prosesi müasir standartlara uyğun şəkildə həyata keçirilir. Lisenziyalı klinikalarda bu proses üçün bütün zəruri şərait yaradılıb və əslində əksər hallarda xaricə üz tutmağa ciddi ehtiyac qalmır.

Bununla yanaşı, istisna hallar da mövcuddur. Elə tibbi vəziyyətlər olur ki, doğuşun çətin keçəcəyi əvvəlcədən proqnozlaşdırılır və ana ilə uşağın həyatı üçün ciddi risklər mövcud olur. Bu kimi hallarda daha inkişaf etmiş texnologiyalara, xüsusi avadanlıqlara və yüksək ixtisaslı kadrlara malik klinikaların seçilməsi tamamilə normal və əsaslandırılmış qərar hesab olunur. Bu seçim yalnız xarici ölkələrlə məhdudlaşmır, eyni yanaşma ölkə daxilində də tətbiq olunur və pasiyentlər daha ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilir”.

Mütəxəssis həmçinin vurğulayıb ki, hamiləlik dövründə xüsusilə uzun məsafəli səfərlər, o cümlədən təyyarə ilə uçuş müəyyən risklər yarada bilər: “Bu baxımdan hamiləliyin müxtəlif mərhələlərində həkim nəzarəti və icazəsi vacibdir. Elə dövrlər var ki, uçuş zamanı təzyiq dəyişiklikləri və digər faktorlar ana və döl üçün təhlükə yarada bilər. Buna görə də hər bir halda tibbi göstərişlər əsas götürülməli, risklər düzgün qiymətləndirilməli və qərar məsuliyyətlə verilməlidir”.

Natiq Cəfərli: “Rusiya öz müttəfiqlərini qorumaq iqtidarında deyil”  Pravda.az

Natiq Cəfərli 

İqtisadçı Natiq Cəfərli isə bu trendin uzunmüddətli perspektivdə hansı nəticələr doğura biləcəyindən danışıb: “Fikrimcə, bu məsələ birbaşa maddi vəziyyətlə bağlıdır. Yəni bu, ucuz proses deyil. Məsələn, Böyük Britaniyada doğuş xidmətlərinin qiyməti təxminən 30 min funt sterlinqdən başlayır ki, bu da təxminən 70 min manata yaxın məbləğ edir. Eyni zamanda digər Avropa ölkələrində bu rəqəm 15-20 min avro civarında dəyişir. Bu isə o deməkdir ki, xaricdə doğuş hər kəs üçün əlçatan deyil və daha çox maddi imkanı yüksək olan şəxslərə aiddir. Lakin maddi vəziyyəti yaxşı olan ailələr bu addımı müəyyən riskləri gözə alaraq atırlar. Onlar düşünürlər ki, doğuşla bağlı sənədləri əldə etdikdən sonra viza, oturum və digər hüquqi məsələlərdə ciddi problemlərlə qarşılaşmayacaqlar. Eyni zamanda bu, gələcəkdə həmin ölkələrdə təhsil almaq və ya yaşamaq imkanlarını da genişləndirir. Ona görə də hesab edirəm ki, bu məsələ daha çox maddi vəziyyəti yaxşı olan dar bir kəsim üçün adi və qəbul edilən bir seçimə çevrilib”./musavat.com

PAYLAŞIN:

Continue Reading

Previous: Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz
Next: Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.