Skip to content
10/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 16
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
natiq-şam2

 

Bir müddət əvvəl Şamaxı rayon xəstəxanasının direktoru Natiq Əliyev haqqında araşdırma yazısı təqdim etmişdik (yazını https://mediatvaz.com/karusel/131013-t.html-bu link vasitəsilə oxuya bilərsiniz). Həmin materialda Natiq Əliyevin rəsmi tərcümeyi-halında göstərilən təhsil və əmək fəaliyyəti illərinin bir-biri ilə uyğun gəlmədiyini və bu ziddiyyətlərin ciddi suallar doğurduğunu diqqətə çatdırmışdıq.Bu məsələlərə aydınlıq gətirmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə Mediatv.az xəbər portalı adından 06.02.2026-cı il tarixdə 10/343 nömrəli məktubla sorğu ünvanladıq. Cavabda Natiq Əliyevin 2018-ci ildə Naxçıvan Dövlət Universitetinin “Tibbi profilaktika” ixtisası üzrə ali təhsil aldığı, eyni ildə “Yoluxucu xəstəliklər” üzrə rezidenturaya qəbul olunduğu və 14.11.2022-ci ilədək bu təhsili davam etdirdiyi bildirildi.
Eyni zamanda qeyd olunur ki, o, 01.10.2018-ci ildən Naxçıvan Muxtar Respublikası Xəstəxanasında, 01.01.2020-ci ildən isə universitetin tibb fakültəsində həkim-rezident kimi çalışıb. Bununla yanaşı, 23.07.2020–01.06.2022-ci illərdə Bakıda yerləşən Mərkəzi Neftçilər Xəstəxanasında 0.5 ştat vahidi ilə həkim-infeksionist kimi fəaliyyət göstərdiyi, daha sonra isə həmin müəssisədə rəhbər vəzifəyə təyin olunduğu qeyd edilir.



Rəsmi cavabın məzmunu isə sualları azaltmaq əvəzinə daha da artırır. Çünki təqdim olunan xronologiya açıq şəkildə göstərir ki, eyni dövrdə həm Naxçıvanda əyani rezidentura təhsili alınıb və işlənilib, həm də Bakıda paralel tibbi fəaliyyət həyata keçirilib.
Belə çıxır ki, bir şəxs eyni vaxtda iki fərqli coğrafiyada – Naxçıvan və Bakıda – həm təhsil alıb, həm işləyib.Rəsmi cavabın məzmunu isə sualları azaltmaq əvəzinə daha da artırır. Çünki təqdim olunan xronologiya açıq şəkildə göstərir ki, eyni dövrdə həm Naxçıvanda əyani rezidentura təhsili alınıb və işlənilib, həm də Bakıda paralel tibbi fəaliyyət həyata keçirilib. Bu isə artıq sadəcə “əvəzçilik” izahı ilə ört-basdır edilə biləcək məsələ deyil. Sual açıq qalır, bu necə mümkün olub?Bu isə artıq “yarım ştat” məsələsindən çıxıb, fiziki və hüquqi baxımdan mümkünlüyü şübhə altına düşən bir situasiyadır. Çünki rezidentura təhsili qiyabi deyil və həkimin praktik iştirakı tələb olunur.
Əgər doğrudan da Natiq Əliyev eyni vaxtda iki fərqli coğrafiyada – Naxçıvan və Bakıda – paralel fəaliyyət göstəribsə, bu halda aşağıdakı suallar qaçılmazdır və birbaşa hüquqi və maliyyə məsuliyyəti müstəvisinə keçir.İş vaxtının necə bölündüyü, hansı əsasla uçotunun aparıldığı və əmək funksiyalarının real olaraq necə icra edildiyi məsələləri artıq sırf texniki detal deyil, qanunvericiliyin icrasına nəzarət baxımından açar məqamlardır.
Xüsusilə diqqət çəkən məsələ dövlət büdcəsindən ödənilən vəsaitlərin taleyidir. Əgər bir şəxs eyni dövrdə müxtəlif dövlət tibb müəssisələrində rəsmi əmək münasibətlərində olubsa, bu zaman əməkhaqqının hesablanması, ödənilməsi və buna hüquqi əsas verən sənədlər ciddi şəkildə araşdırılmalıdır. Burada artıq mümkün maliyyə pozuntuları, ikiqat ödəniş ehtimalı və ya formal ştat vahidləri üzərindən aparılan şübhəli mexanizmlər istisna edilmir.Məhz bu səbəbdən məsələ ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rəsmi sorğu ünvanlamışıq. Çünki bu tip halların hüquqi qiymətləndirilməsi ilə yanaşı, maliyyə intizamı və dövlət vəsaitlərinin xərclənməsi aspekti də aydınlaşdırılmalıdır.
Nazirlikdən daxil olacaq cavabın bu suallara konkret və əsaslı izah verəcəyi gözlənilir. Əldə olunacaq məlumatlar əsasında araşdırmanın növbəti hissəsində həm hüquqi, həm də maliyyə tərəfləri daha geniş şəkildə ictimaiyyətə təqdim olunacaq.

Naxçıvan Səhiyyə Nazirliyinə göndərilən sorğuya verilən cavabda isə- şəxsin razılığına bağlaması şəffaflıq prinsipinə uyğun görünmür. Söhbət sıravi bir işçidən yox, dövlət tibb müəssisəsinə rəhbərlik edən şəxsdən gedir.Natiq Əliyevin rezidentura təhsili ilə bağlı təqdim olunan məlumatlar ciddi şübhələr doğurur. Əyani və davamlı iştirak tələb edən rezidentura dövründə onun eyni vaxtda fərqli şəhərlərdə paralel fəaliyyət göstərməsi bu təhsilin real keçirilməsi sual altına salır. Bu ziddiyyətlər isə rəsmi sənədlərin doğruluğuna dair əsaslı araşdırma aparılmasını zəruri edir./mediatvaz.com

PAYLAŞIN:

Continue Reading

Previous: Aynur Poluxovanın direktoru olduğu İnstitututda baş verənlərdən Teymur Musayevin xəbəri varmı
Next: Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur

OXŞAR MÖVZULAR

feyziyev

Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb? – Siyahı və gəlir mənbələri

admin 06/05/2026
şapka mamed

“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib?

admin 30/04/2026
socar-necef

SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR

admin 30/04/2026

XƏBƏR LENTİ

  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026
  • Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa… 07/05/2026
  • BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib 07/05/2026
  • Kimlər daha tez təqaüdə çıxa bilər? 06/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.