Bir müddət əvvəl Şamaxı rayon xəstəxanasının direktoru Natiq Əliyev haqqında araşdırma yazısı təqdim etmişdik (yazını https://mediatvaz.com/karusel/131013-t.html-bu link vasitəsilə oxuya bilərsiniz). Həmin materialda Natiq Əliyevin rəsmi tərcümeyi-halında göstərilən təhsil və əmək fəaliyyəti illərinin bir-biri ilə uyğun gəlmədiyini və bu ziddiyyətlərin ciddi suallar doğurduğunu diqqətə çatdırmışdıq.Bu məsələlərə aydınlıq gətirmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə Mediatv.az xəbər portalı adından 06.02.2026-cı il tarixdə 10/343 nömrəli məktubla sorğu ünvanladıq. Cavabda Natiq Əliyevin 2018-ci ildə Naxçıvan Dövlət Universitetinin “Tibbi profilaktika” ixtisası üzrə ali təhsil aldığı, eyni ildə “Yoluxucu xəstəliklər” üzrə rezidenturaya qəbul olunduğu və 14.11.2022-ci ilədək bu təhsili davam etdirdiyi bildirildi.
Eyni zamanda qeyd olunur ki, o, 01.10.2018-ci ildən Naxçıvan Muxtar Respublikası Xəstəxanasında, 01.01.2020-ci ildən isə universitetin tibb fakültəsində həkim-rezident kimi çalışıb. Bununla yanaşı, 23.07.2020–01.06.2022-ci illərdə Bakıda yerləşən Mərkəzi Neftçilər Xəstəxanasında 0.5 ştat vahidi ilə həkim-infeksionist kimi fəaliyyət göstərdiyi, daha sonra isə həmin müəssisədə rəhbər vəzifəyə təyin olunduğu qeyd edilir.

Rəsmi cavabın məzmunu isə sualları azaltmaq əvəzinə daha da artırır. Çünki təqdim olunan xronologiya açıq şəkildə göstərir ki, eyni dövrdə həm Naxçıvanda əyani rezidentura təhsili alınıb və işlənilib, həm də Bakıda paralel tibbi fəaliyyət həyata keçirilib.
Belə çıxır ki, bir şəxs eyni vaxtda iki fərqli coğrafiyada – Naxçıvan və Bakıda – həm təhsil alıb, həm işləyib.Rəsmi cavabın məzmunu isə sualları azaltmaq əvəzinə daha da artırır. Çünki təqdim olunan xronologiya açıq şəkildə göstərir ki, eyni dövrdə həm Naxçıvanda əyani rezidentura təhsili alınıb və işlənilib, həm də Bakıda paralel tibbi fəaliyyət həyata keçirilib. Bu isə artıq sadəcə “əvəzçilik” izahı ilə ört-basdır edilə biləcək məsələ deyil. Sual açıq qalır, bu necə mümkün olub?Bu isə artıq “yarım ştat” məsələsindən çıxıb, fiziki və hüquqi baxımdan mümkünlüyü şübhə altına düşən bir situasiyadır. Çünki rezidentura təhsili qiyabi deyil və həkimin praktik iştirakı tələb olunur.
Əgər doğrudan da Natiq Əliyev eyni vaxtda iki fərqli coğrafiyada – Naxçıvan və Bakıda – paralel fəaliyyət göstəribsə, bu halda aşağıdakı suallar qaçılmazdır və birbaşa hüquqi və maliyyə məsuliyyəti müstəvisinə keçir.İş vaxtının necə bölündüyü, hansı əsasla uçotunun aparıldığı və əmək funksiyalarının real olaraq necə icra edildiyi məsələləri artıq sırf texniki detal deyil, qanunvericiliyin icrasına nəzarət baxımından açar məqamlardır.
Xüsusilə diqqət çəkən məsələ dövlət büdcəsindən ödənilən vəsaitlərin taleyidir. Əgər bir şəxs eyni dövrdə müxtəlif dövlət tibb müəssisələrində rəsmi əmək münasibətlərində olubsa, bu zaman əməkhaqqının hesablanması, ödənilməsi və buna hüquqi əsas verən sənədlər ciddi şəkildə araşdırılmalıdır. Burada artıq mümkün maliyyə pozuntuları, ikiqat ödəniş ehtimalı və ya formal ştat vahidləri üzərindən aparılan şübhəli mexanizmlər istisna edilmir.Məhz bu səbəbdən məsələ ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rəsmi sorğu ünvanlamışıq. Çünki bu tip halların hüquqi qiymətləndirilməsi ilə yanaşı, maliyyə intizamı və dövlət vəsaitlərinin xərclənməsi aspekti də aydınlaşdırılmalıdır.
Nazirlikdən daxil olacaq cavabın bu suallara konkret və əsaslı izah verəcəyi gözlənilir. Əldə olunacaq məlumatlar əsasında araşdırmanın növbəti hissəsində həm hüquqi, həm də maliyyə tərəfləri daha geniş şəkildə ictimaiyyətə təqdim olunacaq.

Naxçıvan Səhiyyə Nazirliyinə göndərilən sorğuya verilən cavabda isə- şəxsin razılığına bağlaması şəffaflıq prinsipinə uyğun görünmür. Söhbət sıravi bir işçidən yox, dövlət tibb müəssisəsinə rəhbərlik edən şəxsdən gedir.Natiq Əliyevin rezidentura təhsili ilə bağlı təqdim olunan məlumatlar ciddi şübhələr doğurur. Əyani və davamlı iştirak tələb edən rezidentura dövründə onun eyni vaxtda fərqli şəhərlərdə paralel fəaliyyət göstərməsi bu təhsilin real keçirilməsi sual altına salır. Bu ziddiyyətlər isə rəsmi sənədlərin doğruluğuna dair əsaslı araşdırma aparılmasını zəruri edir./mediatvaz.com
