Skip to content
10/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 27
  • Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
1738406053_adil-ker-med-naz

 

Mədəniyyət cəmiyyətin ruhudur, özəyidir və insanların yaşam tərzini müəyyən edən bir sistemli yanaşmadır. Bir ölkənin kimliyi, estetik zövqü, tarixi yaddaşı və gələcəyə baxışı məhz bu sahədə formalaşır. Lakin təəssüf ki, son illərdə Azərbaycanda mədəniyyət sahəsində gözlənilən canlanma baş vermədi. Əbülfəs Qarayevdən bu yana nə ciddi yeniliklər müşahidə olundu, nə də yadda qalan uğurlu layihələr ortaya çıxdı.

Mədəniyyət naziri vəzifəsinə Adil Kərimli təyin olunarkən cəmiyyətdə çox böyük bir gözlənti var idi. Çox təəssüflər olsun ki, gözlənilən islahat baş vermədi. Epizodik hallarda yaradıcı təşəbbüslər baş versə də, bu, sistemli bir xarakter almadı. Kim bu gün tam əminliklə deyə bilər ki, bölgələrdə mədəni həyat dirçəlib, teatrlar, kitabxanalar və muzeylər böyük mədəni hərəkatın tərkib hissəsinə çevrilib? Əlbəttə, cavab pozitiv olmayacaq. Çünki nazirlik bu sahədə ciddi nəticələr əldə etməyib, əksinə mədəniyyət sahəsi əvvəlki problemləri ilə baş-başa qalıb.

Bu müddətdə nə yeni mədəni strategiya təqdim edilib, nə də ictimaiyyətin diqqətini çəkən böyük layihələr həyata keçirilib. Yaradıcı adamlarla hər hansısa sistemli dialoqun şahidi olmuşuqmu? Bölgələrdə mədəni tədbirlərin səviyyəsi yüksəlibmi? Xeyr, elə ona görədir ki, paytaxtla regionlar arasındakı fərq özünü qabarıq şəkildə göstərir.

Mədəniyyət Nazirliyi Adil Kərimlinin sayəsində yalnız inzibati qurum obrazında qalıb. Bu gün ölkədə milli ruhu inkişaf etdirən bir quruma, onun təşəbbüskar rəhbərinə ehtiyac var. Çünki biz bu qurumdan sadəcə tədbirlər yox, yeni nəfəs, yeni baxış və yeni ideyalar gözləyirik. Belə getsə, gözləməkdə də davam edəcəyik. Cənab nazir, əminəm ki, oturduğunuz kreslonun məsuliyyətini dərk edirsiniz. Amma dərk etmək azdır. Bunu hiss etmək və fəaliyyət dövründə real strateji kursu həyata keçirmək lazım idi.

O kurs ki, mədəniyyət sahəsinin yenilənməyə, yaradıcı enerjiyə və peşəkar yanaşmaya ehtiyacı var. Çünki mədəniyyətdə durğunluq olan yerdə cəmiyyət də ruhən zəifləyir. Siz ölkədə bir ruhsuzluq sindromunun yaşadığını görmürsünüzmü?

Amma hələ gec deyil, Zəfərin möhtəşəmliyi, ölkəmizdə aparılan böyük miqyasda işlər mədəniyyət dilində daha təsirli təqdim edilə bilər. Bu gün nazirlikdə idarəetmədə elementar şəffaflıq olsa, Kərimlinin idarəçilik modeli və ya uzunmüddətli inkişaf Konsepsiyası düzgün tərtib olunsa, nazirlik daha çox cari fəaliyyətlə kifayətlənməyəcək. Kifayətlənmənin özü belə yalnız paytaxtla və digər böyük şəhərlərlə məhdudlaşır. Bir çox rayonlarda mədəniyyət evləri, kitabxanalar, musiqi məktəbləri və klubların formal fəaliyyət göstərdiyi göz qabağındadır. Bölgələrdə mədəni tədbirlərin sayında və keyfiyyətində bu, özünü daha qabarıq göstərir. Nazirlik heç paytaxtda da hiss olunan fəaliyyətilə gözə çarpmır. Elə götürək dövlət teatrlarını. Bu teatrlarda hansı repertuar yenilənməsi baş verib, müasir tamaşalar hazırlanıb, gənc rejissorlara meydan verilib?

Bu mənada tam əminliklə vurğulaya bilərik ki, sözügedən dövrdə teatrlarımıza yeni nəfəs gəlmədi, amma köhnə yorğunluq davam etdi. Səhnələrdə cəsarətli eksperimentlər, yeni dramaturgiya, gənc rejissorların enerjisi daha çox görünməli idi.

Kino sahəsində beynəlxalq uğur gətirəcək sistemli strategiya və ya böyük canlanma baş vermədi. Bu gün yas və toy sənayesi özünün pik həddinə çatsa da kino sənayemiz sanki ölümcüldür. Ona görədir ki, bu sahə milli təfəkkürü dünyaya çıxaran gücə çevrilə bilmir.

Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin zəfər strategiyası nazirliyin hansısa layihəsində yüksək səviyyədə təqdim edilmir.

Yeni yazarlarımızın rəssamların, musiqiçilərin, rejissorlara və digər yaradıcı şəxslərin əsərlərində sadaladığımız uğurlar öz əksini tapmır. Bunun ən böyük günahı isə nazirliyin üzərindədir.

Çünki zəfər erasını əks etdirən əsərlərin yaradılmasında qrant proqramları, müsabiqələr, rezidensiyalar və inkişaf platformaları kifayət qədər hiss olunmur.

İşğaldan azad edilmiş bölgələrdə tarixi abidələrin qorunması ilə yanaşı onların müasir təqdimatı, rəqəmsallaşdırılması, beynəlxalq tanıdılması və turizmə inteqrasiyası sahəsində daha böyük addımlar atılmır.

Ümumiyyətlə, Azərbaycan mədəniyyətinin xaricdə tanıdılmasının ardıcıl və sistemli olması üçün festivallar, sərgilər, film həftələri və digər layihələr daha fəal şəkildə həyata keçirilməlidir. Amma biz bunu görə bilmirik.

Çünki nazirliyin ictimaiyyətə aydın hesabatları yoxdur, açıq müzakirələr, yaradıcı cameə ilə dialoq və problemlərə operativ münasibət adekvat deyil.

Ona görə də mədəniyyətin gündəlik həyatdakı təsiri yox səviyyəsindədir.

Park tədbirlərini, küçə sənətini, kitab festivallarını, canlı konsertləri, ailəvi mədəni proqramları Bakı bulvar idarəsi və digər QHT-lər həyata keçirir. Nazirliyin keçirdiyi tədbirlər isə daha çox sönüklüyü ilə yadda qalır.

Gəlin unutmayaq ki, mədəniyyət bir xalqın sadəcə keçmişi deyil, həm də gələcəyə ünvanlanmış mənəvi xəritəsidir. Dövlətlər iqtisadi göstəricilərlə böyüyə bilər, lakin mədəniyyətlə ucalır. Bizi bu mövzuya baş vurmağa vadar edən əsas səbəb də odur ki, Azərbaycanda bu sahədə gözlənilən intellektual dirçəliş, yaradıcı canlanma və estetik yüksəliş hiss olunmur. Qısaca desək, bu gün Mədəniyyət Nazirliyi cəmiyyətin ümid etdiyi ideya mərkəzinə çevrilə bilməyib.

Bəli, cənablar, mədəniyyət sahəsində ən təhlükəli hal böhran deyil, durğunluqdur. Böhranda heç olmasa ağrı var, axtarış var, dəyişmək ehtiyacı var. Durğunluqda isə səssizlik hökm sürür. Son illərin əsas problemi də məhz budur: böyük potensiallar kiçik nəticələrdə özünü büruzə verir.

Ona görə də tam əminliklə demək olar ki, mədəniyyətin Adil Kərimli dövrü yaddaşlarda böyük qalibiyyətlər, dərin islahatlar və ya milli mədəniyyət tarixində dönüş nöqtəsi kimi qalmadı. Halbuki Azərbaycan kimi zəngin ədəbiyyatı, musiqisi, teatr ənənəsi və yaradıcı insan potensialı olan ölkədə mədəniyyət idarəçiliyi daha iddialı, daha cəsarətli və daha ziyalı düşüncəli olmalı idi.

Çünki mədəniyyətə laqeyd yanaşmaqla zamanla öz ruhumuza laqeyd yanaşmış oluruq./konkret.az

PAYLAŞIN:

Continue Reading

Previous: Amnistiya aktının icrası başa çatıb, 22 935 şəxsə şamil edilib
Next: “Müəllim özü məsələni həll edə bilmir” – Məleykə Abbaszadə

OXŞAR MÖVZULAR

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026

XƏBƏR LENTİ

  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026
  • Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa… 07/05/2026
  • BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib 07/05/2026
  • Kimlər daha tez təqaüdə çıxa bilər? 06/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.