Skip to content
09/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 7
  • Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa…

Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa…

admin 07/05/2026
bşih-temirt

 

Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhərinin, Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması üzrə keçirdiyi açıq tenderə 04.05.2026-cı ildə yekun vurub. Müsabiqənin qalibi “XEZER-CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 23.478.460,75 manat məbləğində müqavilənin bağlanılması planlaşdırılır.

Qeyd edək ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir”  MMC 29.04.2026-ci ildə yekunlaşdırdığı Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işlərinin satın alınması tenderin qalibi də “XEZER-CONSTRUCTİON”  MMC seçilib. Bu müqavilənin dəyəri 61.087.536,21 manat təkil edir.

Göründüyü kimi Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC son bir həftə ərzində “XEZER-CONSTRUCTİON”  MMC-ni ümumi dəyəri 84 565 996 manat olan iki tenderin qalibi seçib.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “XEZER-CONSTRUCTİON”  (VÖEN: 1603218151) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 26.02.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 200 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, KEŞLƏ ŞTQ, ZAKİR, ev.11/30, qanuni təmsilçisinin isə Binnətov Rəmzi Rüfət oğlu olduğu qeyd edilib. MMC Qurbanov Qurban Qüdrət oğlu tərəfində təsis edilib. Abışov İslam Məhəmməd oğlu müxtəlif illərdə MMC-nin qanuni təmsilçiləri olublar.

Qeyd edək ki, bunlar “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə “Xezer-Constuction” MMC arasında bağlanan ilk satınalma müqavilələri deyil. Son illər demək olar Bakı şəhərində aparılan abadlıq işlərinin, salınan parkların, mənzil fonduna aid binaların təmirinin satın alınması üzrə  “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə “Xezer-Constuction” MMC arasında yüz milyonlarla manat dəyəri olan onlarla müqavilə bağlanılıb. Təbii ki, paytaxtımızın abadlaşdırılması sevindirici haldır. Lakin burada ayrılan dövlət vəsaitlərinin məqsədli şəkildə istifadə olunduğu şübhələri olduqca böyükdür. Hesablama Palatası tərəfindən Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işləri də yoxlanılsa daha yaxşı olardı.

Bunlardan əlavə, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı şəhərinin, Nəsimi, Yasamal, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması üzrə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” Açıq Səhmdar Cəmiyyəti ilə 29.04.2026-cı ildə 24.985.363,84 manat məbləğində müqavilə bağlayıb.

Qeyd edək ki, “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC 11 iyul 2007-ci ildə qeydiyyata alınıb. ASC-nin ilk qanuni təmsilçisi Qurbanəliyev Çingiz Midhət oğlu olub. Çingiz Qurbanəliyevin adı hələ 2010 cu ildə Gəncədə “İmamzadə” kompleksinin yenidənqurulması və təmir-bərpa işlərini həyata keçirilməsində yaranmış problemlərdə hallanırdı. Məlumatlara görə sözügedən təmir -bərpa işlərinin aparılması üçün büdcədən ayrılmış milyonlarla manat dövlət vəsaitini mənimsənilməsində iştirakçılardan biri də məhz Çingiz Qurbanəliyev olub. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, nizamnamə kapitalı 143 104 manat olan “Gəncə Körpü Tikinti-2” ASC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 47-də yerləşir. ASC-yə müəyyən müddət Rzayev Süleyman Qəmbər oğlu rəhbərlik edib. Hazırda qanuni təmsilçi kimi Zeynallı Məhərrəm Aslan oğludur.
Amma rəsmi mənbələrədə açıqlanmasa da “Gəncə Körpü Tikinti-2” ASC-nin Direktorlar Şurasının sədri, yəni əsas pay sahibi Aqibət Məmmədovdur. Aqibət Məmmədov Gədəbəy rayonunda anadan olub. Qərb bölgəsində oliqarx kimi tanınır. Hələ 2017-ci ildə Aqibət Məmmədovun Belarusun paytaxtı Minskin mərkəzində, keçmiş Çerven bazarının qarşısında biznes mərkəzi inşa etdirməsi barədə məlumatlar yayılmışdı.O, ötən illərdə oğlunun avtomobil kolleksiyası ilə gündəmə gəlmişdi. Məlumatlarda bildirilirdi ki, Aqibət Məmmədovun oğlu Rəşad Məmmədovun avtomobil parkında bahalı maşınlar yer alır. Onun vaxtaşırı avtomobil parkını yenilədiyi iddia olunur.

Qeyd edək ki, “Gəncə Körpü Tikinti-2” ASC-nin adı hallanmasa da həyata keçirdiyi dövlət sifarişlərində ciddi nöqsanlara yol verdiyi barədə məlumat Hesablama Palatası tərəfindən aprelin 21-də yayılmışdı. Belə ki, Palatanın Gəncədə 11 milyon manata yaxın artıq xərclərin aşkarlanması barədə yaydığı məlumatda bildirilirdi ki, Gəncə şəhərində yolların əsaslı təmiri, abadlıq işləri, “Gəncə İdman Sarayı”nın tikintisi, eləcə də qəza vəziyyətində olan yataqxana və yaşayış binalarından köçürüləcək sakinlər üçün 249 mənzilli yaşayış binasının inşası üzrə audit aparılıb. Audit 1 yanvar 2023-cü ildən 1 iyul 2025-ci ilə qədər dövrü, ümumilikdə 192 milyon manat vəsaiti əhatə edib. Bundan başqa, mənzil fondunun əsaslı təmiri üzrə işlərin dəyərinin 2023-cü ildə 144 278 manat, 2024-cü ildə isə 258 198 manat artırıldığı bildirilib. Bununla yanaşı, yolların əsaslı təmiri ilə bağlı podratçılarla bağlanmış müqavilələr üzrə 2 halda 19 milyon 912 min manat dəyərində işlərin başa çatdırıldığı qeyd olunub.Xatırladaq ki,  satınalmaların portalı üzərindən apardığımız ən son araşdırmada göstərmişdik ki, Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2018-2023-cü illərdə təkcə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC ilə küçə və prospektlərdə abadlıq işlərinin, yolların əsaslı təmiri işlərinin, abadlıq-quruculuq işlərinin satın alınması üzrə ümumi dəyəri 45 054 591 manat olan 9 satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi, “Gəncə Körpü Tikinti-2” Gəncədə həm yolların, həm də mənzil fondunun əsaslı təmiri üzrə gördüyü işlərdə ciddi maliyyə pozuntuları aşkar edilib. İndi kim zəmanət verə bilər ki, eyni əməlləri “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin sifarişini həyata keçirərkən də törətməyəcək?

Xatırladaq ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Əliyev Abit Sadıq oğludur. Bu o, Abit Əliyevdir ki, Eldar Əzizov hələ 2003 – cü ildə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra karyerasında yüz səksən dərəcə dönüş yaranmışdı. Həmin dövrdə Samux rayonunda Qaz İstismar İdarəsinin müdiri işləmiş Abit Əliyevi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinə müdir təyin etmiş Eldar Əzizov onunla yolunu hələ də davam etdirir. Eldar Əzizov sadıq kadrını özü ilə gətirib Gəncədə daşıdığı vəzifəni Sumqayıtda da ona həvalə etdi. Eldar Əzizov daha sonra Abit Əliyevi Səbail rayon İcra Hakimiyyətində müavin vəzifəsinə də gətirdi. Onun Bakı şəhər İcra Hakimiyyətində də vəzifə alacağı gözlənilirdi. Lakin Eldar Əzizov sadiq kadrına şəhərin təmir tikinti işlərinə qeyri leqal nəzarəti həvalə etməyi üstün tutdu.

Göründüyü kimi, Abit Əliyev də Eldar Əzizovun etimadını belə doğruldur. Dövlət tərəfindən Bakıda  abadlıq,  təmir-tikinti işləri üçün ayrılmış vəsaitləri adları bir çox maliyyə pozuntularında hallanan “Xezer-Constuction” və “Gəncə Körpü Tikinti-2” şirkətlərinə həvale edir. Maraqlıdır, bəs Abit Əliyevi bu şirkətlərə bağlayan nədir? Bakı şəhəri ərazisində abadlıq yenidənqurma və təmir işləri, yoxsa bu işlərdən maksimum qazanc…

 

 

Aktualinfo.net

PAYLAŞIN:

Continue Reading

Previous: BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib
Next: Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi

OXŞAR MÖVZULAR

omd-aynur

Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb

admin 08/05/2026
unisel-ten

“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır

admin 05/05/2026
leysan-xəlil

Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir

admin 04/05/2026

XƏBƏR LENTİ

  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026
  • Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa… 07/05/2026
  • BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib 07/05/2026
  • Kimlər daha tez təqaüdə çıxa bilər? 06/05/2026
  • Medvedyev Paşinyanı bu sözlərlə təhqir etdi 06/05/2026
  • Ermənistan-Türkiyə sərhədinin açarı Azərbaycandadır: Region üçün istənilən məsələ rəsmi Bakının razılığı ilə reallaşmalıdır 06/05/2026
  • BMT Təhlükəsizlik Şurasında gərginlik: Rusiya və Çindən sonra İran da hərəkətə keçdi 06/05/2026
  • Zelenski İlham Əliyevə zəng etdi 06/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.