Skip to content
09/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 8
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb

Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb

admin 08/05/2026
omd-aynur

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi üzrə keşirilmiş kotirovka sorğusuna 10.03.2026-ci ildə yekun vurulub. Müsabiqənin qalibi “BT TEXNO SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 20.793,96  manat məbləğində satınalma müqaviləsi bağlanmışdır. Məlumat satınalmaların portalında 10.03.2026-cı ildə dərc edilmişdir.

Qeyd edək ki, tibbi tullantıların  zərərsizləşdirilməsi Nazirlər Kabinetinin “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”in təsdiq edilməsi haqqında 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarının 7.8 bəndinə əsasən B və C sinfinə aid tullantıların zərərsizləşdirilməsi mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş üsulla aparıla bilər.

Tullantıların müəssisənin ərazisində mərkəzləşdirilməmiş üsulla termiki zərərsizləşdirilməsi üçün qurğuların yerləşdirilməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin razılığı ilə həyata keçirilir. Mərkəzləşdirilmiş üsulla tibbi tullantıların zərərsizləşdirilməsi iri zibilyandıran zavodların sobalarında aparılır. Həmin zavodun yerləşdiyi yer, istismar şəraiti, ətraf mühitə təsir səviyyəsi müvafiq normativ sənədlərlə tənzimlənir.

Qeyd edək ki, “BT TEXNO SERVİS”  MMC tullantıların daşınması və zərərsizləşdirilməsi üzrə ən çox satınalmaların qalibi olan şirkətlərin biridir. Bu şirkət 21.01.2025-ci ildən 16.03.2026-cı ilə qədər dəyəri yüz minlərlə manat olan 50 satınalma müsabiqəsinin qalibi seçilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müəyyən edilib. Bu bölgüyə əsasən mikro sahibkarlara 1 – 10 nəfər işçisi olub, illik gəliri 200 min manata qədər olan müəssisələr aid edilirlər. Bölgüyə görə 11 – 50 nəfər işçisi olub, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan müəssisələr kiçik sahibkarlıq subyektinə aid edilirlər. Qərara görə 51 – 250 nəfər işçisi olub, illik gəliri 3 milyon manatdan 30 mln. manatadək olan müəssisələr orta sahibkarlıq subyektinə aiddirlər.

Qeyd edək ki, “BT TEXNO SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə orta sahibkarlıq kateqoriyasına aiddir. Qanun orta sahibkarlıq subyekti kimi “BT TEXNO SERVİS”  MMC-ni kotirovka sorğularında iştirakına yol vermir.

Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 48.2.-ci maddəsinə görə ehtimal olunan qiymətdən asılı olaraq, kotirovka sorğusu metodu aşağıdakı təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndirilir: 48.2.1. ehtimal olunan qiymət 30 000 manatadək olduqda – mikro və kiçik sahibkarlıq subyekti olan təchizatçılar.

Göründüyü kimi Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə “BT TEXNO SERVİS”  MMC arasında bağlanılmış satınalma müqaviləsində qanunun tələbləri pozulub. Belə ki, Qanun orta sahibkarlıq subyekti kimi “BT TEXNO SERVİS” MMC-nin kotirovka sorğularında iştirakına yol vermədiyi halda  Pediatriya İnstitutunun Satınalma Komissiyası buna yol vermişdir.  Bu da keçirilmiş satınalma prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Satınalma Komissiyası tərəfindən qanun pozunuları bunlarla bitmir. K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu bir sıra kotirovka sorğusu müsabiqələrində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faizdən də aşağı qiymət təqdim etmiş şirkətlərlə satınalma müqavilələri bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir. Bu həm də Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmalarına nəzaritin olmadığı deməkdir.

Qeyd edək ki, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Aynur Poluxovadı. O, sözügedən vəzifəyə Səhiyyə naziri Teymur Musayevin əmri ilə 2023-cü ilin sentyabrında təyin edilib. Əldə etdiyimiz ən son son məlumatlara görə onun bu vəzifəyə təyanıtanda Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq cərrahiyyəsi kafedrasının müdiri Ramiz Poluxovun böyük rolu olub. Aynur Poluxova həm də 2016-cı ildən ATU, II Uşaq xəstəlikləri kafedrasında dosent işləyir.

Qeyd edək ki, Aynur Poluxovanın rəhbərlik etdiyi Pediatriya İnstitutunda qanunsuzluqlara təkcə satınalmalarda yol verilmir. Bu günlərdə mediaya müraciət edən vətəndaş aidiyyatı orqanlara  Elmi-Tədqiqat Pediatriya İnstitutunda baş alan özbaşınalığa etiraz edib. (Məqaləni bu linkdə ətraflı oxuya bilərsiniz https://gundelikxeber.org/gundem/13812-elmi-tdqiqat-pediatriya-institutunda-sogan-kimi-qabigimizi-soydular.html )Vətəndaş bilidirir ki, 40 günlük körpəsini ağır vəziyyətdə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu çatdırıblar. Uşaq təcili əməliyyata alınıb. Lakin olanlar bundan sonra başlayıb. Vətəndaş bildirir ki, əməliyyatdan çıxdıqdan sonra bizdən pul tələb etdilər bildirdilər ki, özəldə belə əməliyyatlar 1000-1500 manatdır amma siz 600 manat verməlisiz məcbur olub pulu verdik. Həmçinin tibb bacıları da pul istəyirdilər.

Qeyd edək ki, Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən satınalmalarda yol verilən bu kimi qanun pozuntularına aydınlıq gətirilməsi məqsədi ilə ünvanladığımız sorğuya cavab verilmədi. Buna baxmayaraq əks tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

Aktualinfo.net

PAYLAŞIN:

Continue Reading

Previous: Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır
Next: Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir?

OXŞAR MÖVZULAR

bşih-temirt

Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa…

admin 07/05/2026
unisel-ten

“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır

admin 05/05/2026
leysan-xəlil

Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir

admin 04/05/2026

XƏBƏR LENTİ

  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026
  • Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa… 07/05/2026
  • BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib 07/05/2026
  • Kimlər daha tez təqaüdə çıxa bilər? 06/05/2026
  • Medvedyev Paşinyanı bu sözlərlə təhqir etdi 06/05/2026
  • Ermənistan-Türkiyə sərhədinin açarı Azərbaycandadır: Region üçün istənilən məsələ rəsmi Bakının razılığı ilə reallaşmalıdır 06/05/2026
  • BMT Təhlükəsizlik Şurasında gərginlik: Rusiya və Çindən sonra İran da hərəkətə keçdi 06/05/2026
  • Zelenski İlham Əliyevə zəng etdi 06/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.