Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və orada Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.
Söhbət zamanı Rusiya tərəfi Ermənistanda Aİ tərəfindən təşkil edilən tədbirlər zamanı Ukrayna Prezidenti Volodimir Zelenskiyə Moskvanın Rusiyaya qarşı “terror təhdidləri” kimi qiymətləndirdiyi açıqlamalar vermək üçün platforma verilməsindən narazılığını bildirib.
Rusiay XİN-in bəyanatında belə deyilir.
Rusiya bu cür hərəkətlərin “haqlı qəzəb” doğurduğunu və İrəvanın buna rəsmi cavab verməməsinin Rusiya ilə Ermənistan arasındakı tərəfdaşlıq ruhuna uyğun olmadığını bildirib.
Bu arada diplomatik mənbələrdən Rusiya mediasına bildirib ki, Rusiya Xarici İşlər Nazirliyində erməni səfirlə söhbət “son dərəcə sərt” olub.
Mənbə əlavə edib ki, “9 may ərəfəsində İrəvanda təşkil edilən Rusiya əleyhinə tədbir və Volodimir Zelinskinin Ermənistan paytaxtında iştirak edənlərin susqun razılığı ilə Moskvaya ünvanlanan təhdidləri, Ermənistan rəhbərliyinin əvvəllər Moskvada səsləndirdiyi müttəfiq öhdəliklərinə və dostluq öhdəliklərinə ziddir”.
Ermənistan səfiri öz növbəsində Rusiya tərəfinin mövqeyini İrəvana çatdıracağını bildirib.
Bu arada İrəvanda hökumət brifinqində jurnalistlərin suallarını cavablandıran Baş nazir Nikol Paşinyan Rusiyanın narazılığına cavab olaraq deyib ki, “Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil”. O əlavə edib ki, rəsmi İrəvan keçmiş Sovet respublikalarının ərazi bütövlüyünün tanınması üçün əsas təşkil edən Alma-Ata Bəyannaməsini rəhbər tutur: “Bu, bizim prinsipial mövqeyimizdir”./azpolitika.info
