Skip to content
09/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 8
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq

“Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq

admin 08/05/2026
kreditkarti

 

Son dövrlər pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminallar vasitəsilə deyil, “kartdan-karta” köçürmə yolu ilə aparılması halları geniş yayılıb. Belə ki, vətəndaşlar bildirirlər ki, bəzi hallarda onlara bank kartı ilə rəsmi ödəniş etmək imkanı yaradılmır, yalnız fiziki şəxs kartına köçürmə təklif edilir və bu zaman kassa çeki də təqdim olunmur.

Bu cür yanaşma həm nağdsız ödənişlərin şəffaflığı, həm də vergi uçotu baxımından müəyyən risklər yarada bilər. Məhz bu kontekstdə, istehlakçıların hüquqlarının qorunması və ödəniş seçim imkanlarının təmin olunması məsələsi də gündəmə gəlir.
Mövzu ilə bağlı açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, istehlakçılar hər zaman özlərini sərbəst və rahat hiss etməli, seçim hüquqları qorunmalıdır.
Onun sözlərinə görə, kartdan-karta ödəniş üsulu bir tərəfdən istehlakçı üçün rahatlıq yaratsa da, digər tərəfdən qanunvericiliyin pozulmasına səbəb olur və istehlakçı fərqində olmadan bu prosesin iştirakçısına çevrilir:
“Bu məsələ ilə bağlı Azad İstehlakçılar Birliyi olaraq bizim quruma çoxsaylı şikayətlər daxil olur. Şikayətlər əsasən kartdan-karta ödənişlər zamanı yaşanan hallarla bağlıdır. Nümunə olaraq, mebel sifarişi və ya müxtəlif xidmətlər zamanı vətəndaşdan ödənişi POS-terminal vasitəsilə deyil, birbaşa karta köçürməsi tələb olunur. İstehlakçı bunu öz rahatlığı üçün etsə də, əslində həmin prosesdə vergidən yayınma hallarına şərait yaranır. Ticarət və xidmət sahəsində fəaliyyət göstərən bəzi şəxslər məhz vergidən yayınmaq məqsədilə bu üsula üstünlük verir və istehlakçı da bilmədən həmin qanun pozuntusunun iştirakçısına çevrilir”.
AİB sədri hesab edir ki, istehlakçılar arasında bu istiqamətdə ciddi maarifləndirmə işləri aparılmalıdır:
“Eyni zamanda, ticarət və xidmət obyektlərində kartdan-karta ödəniş tələbi kimi hallara son qoyulmalıdır.
İstehlakçı üçün əsas məsələ ödəməni rahat şəkildə həyata keçirməkdir. O, sadəcə kart vasitəsilə ödəniş etmək istəyir. Lakin nəticədə fərqində olmadan vergi və maliyyə qanunvericiliyinin pozulmasına səbəb olan prosesin iştirakçısına çevrilir. İstehlakçılar belə halların tərəfi olmamalıdır. Kartdan-karta ödənişlərin geniş yayılması dövlətin vergi və maliyyə siyasətinə zidd vəziyyət yaradır və bu hal yolverilməz hesab olunur”, – deyə E.Hüseynov qeyd edib.
Qeyd edək ki, pərakəndə ticarət və ictimai iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal vasitəsilə deyil, “kartdan-karta” köçürmə yolu ilə həyata keçirilməsi həm qanunvericiliyin tələblərinin, həm də istehlakçı hüquqlarının pozulması hesab olunur.
Belə hallarda istehlakçılara POS-terminal çıxarışı və nəzarət-kassa aparatı çeki təqdim edilmir ki, bu da alıcının hüquqlarını müdafiə etməsi, eləcə də xərclədiyi məbləğin bir hissəsini “cashback” şəklində geri alması imkanlarını məhdudlaşdırır. Bununla yanaşı, əlavə dəyər vergisi (ƏDV) ödəyicilərindən mal, iş və ya xidmət alan istehlakçılar “ƏDV geri al” mexanizmindən istifadə hüququndan da məhrum olurlar.
Dövlət Vergi Xidmətinin məlumatına görə, bu cür hallar vergidən yayınma məqsədi daşıyır. Qurum vətəndaşları pərakəndə ticarət və ictimai iaşə obyektlərində nağdsız ödənişləri “kartdan-karta” köçürmə yolu ilə deyil, yalnız POS-terminal vasitəsilə həyata keçirməyə çağırır.
Sahibkarlara isə Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün ödənişləri POS-terminal vasitəsilə qəbul etmələri tövsiyə olunur.
Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir./modern.az
PAYLAŞIN:

Continue Reading

Previous: Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir?
Next: Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı

OXŞAR MÖVZULAR

bus-tax

Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir?

admin 08/05/2026
cerime

Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir?

admin 08/05/2026
qurban-qoyun

Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi

admin 07/05/2026

XƏBƏR LENTİ

  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026
  • Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa… 07/05/2026
  • BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib 07/05/2026
  • Kimlər daha tez təqaüdə çıxa bilər? 06/05/2026
  • Medvedyev Paşinyanı bu sözlərlə təhqir etdi 06/05/2026
  • Ermənistan-Türkiyə sərhədinin açarı Azərbaycandadır: Region üçün istənilən məsələ rəsmi Bakının razılığı ilə reallaşmalıdır 06/05/2026
  • BMT Təhlükəsizlik Şurasında gərginlik: Rusiya və Çindən sonra İran da hərəkətə keçdi 06/05/2026
  • Zelenski İlham Əliyevə zəng etdi 06/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.