Skip to content
09/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 8
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir…

Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir…

admin 08/05/2026
putin-neba

 

Onlar almanları məğlub etdilər. Amma almanlar ağır məğlubiyyətə rəğmən, qısa müddətdə onlardan qat-qat varlı, inkişaf etmiş, mədəni, azad ölkə qurdular.

Onlar bundan öncə finləri məğlub etdilər. Amma finlər bu gün dünyanın ən yüksək həyat səviyyəsinə malik xalqlarından biridir. Onlar isə Finlandiya sərhədini keçib bu parlaq ölkədə yaşamaq üçün çox şeylərindən keçməyə hazırdırlar.

Onlar daha əvvəl fransızları məğlub etmişdilər. Amma fransızlar öz ölkəsini aclıq, yoxsulluq bataqlığına çevrilməyə qoymadılar, onu rifah, incəsənət, hətta dünyanın moda paytaxtına çevirdilər.

Onlar bir vaxtlar yaponları da məğlub etmişdilər. Amma buna baxmayaraq, yaponlar öz ölkəsini dünyanın texnoloji inkişaf mərkəzinə çevirdilər və bu gün bu ölkədə robotlar belə “qalib ölkə”nin əhalisindən daha çox hüquqa malikdirlər…

Bəli, söhbət “qalib” Rusiyadan gedir. O Rusiyadan ki, həmin qələbələrdən ona qalan yalnız paradlar, həlak olanların portretləri və kədərlə qarışıq qürur hissi, eyni zamanda da “məğlublardan” qat-qat aşağı həyat səviyyəsi, üstəgəl hüquqsuzluq, saxtakarlıq, gerilik, korrupsiyadır. Odur ki, döyüş meydanını kənara qoyub, bugünkü reallığa baxsaq, kimin qalib, kimin məğlub olduğu aydın görünür…

Rusiya bu gün 9 may paradına qorxu və təşviş içində hazırlaşır. Paradda iştirak edənlərin belə bir gözü göydə olacaq. Bu qorxunun əsl səbəbi də, səbəbkarı da bəllidir və bunlar əslində, nə Ukrayna PUA-ları, nə də Zelenskidir – bunlar Ukraynaya qarşı işğalçılıq müharibəsi və bu müharibəyə qərar verən şəxsdir…

Təəssüf ki, bu gün Kremlin təşkil etdiyi “Qələbə paradları” müharibə qurbanlarının və qəhrəmanlarının xatirəsini anmaq əvəzinə, Rusiyanın indiki hakimiyyətinin siyasi reklamına, piarına xidmət edir. Lakin göründüyü kimi, artıq bu şou da əvvəlki illərdəki kimi alınmır, ya da yarımçıq, “qısır” alınır. Bu da bir əlamətdir.

Mərhum Boris Nemtsovun məşhur bir ifadəsi var: “Putin Rusiyanı dağıtmayınca heç yerə getməyəcək”. Amma bu gün 2026-cı il 9 may paradının hətta Putin üçün Kreml sahibi qismində son parad olacağını, gələn ilin bu vaxtına qədər onun kənarlaşdırılacağını iddia edən ciddi politoloqlar var. Əlbəttə ki, bu ssenarini reallaşdıran 9 may paradına düşəcək hansısa Ukrayna PUA-sı olmayacaq. Tərəflərin bir-birini hədələməsinə rəğmən, məlum məsələdir ki, Kiyev böyük ehtimalla hər nə qədər ürəyindən keçirsə belə, birbaşa paradı və Putini bombalamayacaq.

Əvəzində bu paradın Putin üçün dövlət başçısı simasında sonuncu ola biləcəyi proqnozunu əsaslandıran xeyli başqa ciddi arqumentlər var – müharibədəki uğursuzluq, saysız-hesabsız itkilər, beynəlxalq təcrid, Rusiyanı bürüyən PUA və raket hücumları, əhalinin bu hücumlardan qorunma mexanizmlərinin olmaması, insanların həm müharibədən, həm də mövcud hakimiyyətdən bezməsi, internet kəsintiləri, iqtisadi tənəzzül – bir sözlə, müharibənin fiziki və mənəvi olaraq Rusiya ərazisinə daşınması. Bütün bunlar özünü Putinin əhali arasında nüfuzunun, reytinqinin kəskin şəkildə aşağı düşməsində və elitaların da narazılığının artmasında, hətta onların parçalanmasında göstərir. Müharibəni heç cür dayandıra bilməyən Putinlə reallıq arasında yaranan uçurum isə getdikcə artır və bu, tək onun deyil, bütünlükdə Rusiyanın taleyində həlledici rol oynaya bilər…

Rusiya təbliğatı Ukraynadakı hazırkı müharibəni 1941-1945-ci illər Böyük Vətən Müharibəsi ilə eyniləşdirməyə çalışır. Lakin bu müqayisə yumşaq desək, qüsurlu, sərt desək nadanlıq, nankorluq, hətta biabırçılıqdır. Həmin vaxt Azərbaycan da daxil olmaqla, SSRİ xalqları pis-yaxşı ümumi dövlət, Vətən sayılan SSRİ-yə hücum edən faşizmə qarşı mübarizə aparırdı, qurban verirdi. İndi isə SSRİ-nin bütün maddi, hərbi, iqtisadi, siyasi nailiyyətlərinə və sərvətlərinə sahib çıxan respublika olan Rusiya ətrafa – öz keçmiş VƏTƏNDAŞLARINA və onların övladlarına işğal, təhdid, qorxu, təxribat, nifaq saçır və bunun kulminasiya nöqtəsi Ukraynada baş verir.

1941-1945-ci illər savaşı bütün SSRİ xalqlarının savaşı idi, tək Rusiyanın yox! Ona görə bu xalqlar həmin savaşdan olduqca böyük itkilər və qurbanlar bahasına olsa da, qalib çıxdılar. Həmin vaxt da mərkəzi hakimiyyət rus imperiyaçılarının simasını dəyişmiş törəmələri olan bəzi bolşeviklərin və Stalinin repressiya dəstəsinin əlində olmasaydı, bu savaş keçmiş SSRİ xalqlarına daha az itkilərlə və daha sürətli qələbə ilə başa gələrdi. O cümlədən yüzminlərlə azərbaycanlı həmin savaşda başıpozuq, “qəssab”, “top əti” hücumları ilə ad çıxarmış Jukov kimi generalların rəhbərliyi ucbatından həlak olmaz, itkin düşməz, yaralanmazdı…

Bugünkü Rusiya təklikdə nəyə “qadir olduğunu” Ukraynada, bundan öncə Çeçenistan müharibələrində, Gürcüstanda, Azərbaycanda, Moldovada yaratdığı qanlı millətlərarası ədavətlərdə göstərib. Göstərib ki, keçmiş SSRİ-yə daxil olan xalqlara sülh, rifah yox, ədavət, qırğınlar gətirə bilir. Rusiya hakimiyyətinin qonşu xalqların 1941-1945-ci illərdə Rusiya torpaqlarında döyüşmüş qəhrəmanlarına qoyduğu “hörmət” isə onların bugünkü övladlarının, nəvələrinin Rusiyada hər addımbaşı aşağılanmasından, onlara ikinci sort insan münasibəti qoyulmasından aydın görünür. Əlbəttə ki, milliyyətindən asılı olmayaraq, həmin qəhrəman babalar bugünkü biabırçılığı görsəydilər, bunu Rusiyaya və onu idarə edənlərə bağışlamazdılar… /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir?
Next: Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir?

OXŞAR MÖVZULAR

tramp_iran (2)

Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır

admin 08/05/2026
vaş-tehr

Vaşinqton-Tehran xəttində kritik mərhələ

admin 07/05/2026
makr-pez

Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı?

admin 07/05/2026

XƏBƏR LENTİ

  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026
  • Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa… 07/05/2026
  • BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib 07/05/2026
  • Kimlər daha tez təqaüdə çıxa bilər? 06/05/2026
  • Medvedyev Paşinyanı bu sözlərlə təhqir etdi 06/05/2026
  • Ermənistan-Türkiyə sərhədinin açarı Azərbaycandadır: Region üçün istənilən məsələ rəsmi Bakının razılığı ilə reallaşmalıdır 06/05/2026
  • BMT Təhlükəsizlik Şurasında gərginlik: Rusiya və Çindən sonra İran da hərəkətə keçdi 06/05/2026
  • Zelenski İlham Əliyevə zəng etdi 06/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.