Skip to content
14/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 12
  • Ermənistan üçün “ikinci Rusiya” bu ölkə olacaq – Bakı ifşa etdi

Ermənistan üçün “ikinci Rusiya” bu ölkə olacaq – Bakı ifşa etdi

admin 12/05/2026
irevan-900

 

Ermənistan tarix boyu müstəqil və dayanıqlı dövlətçilik ənənəsi formalaşdıra bilməyib. Müxtəlif dövrlərdə böyük güclərin himayəsinə sığınaraq regional siyasətdə alət rolunu oynayan İrəvan, uzun müddət Rusiyanın geosiyasi dayaqlarından biri kimi çıxış edib. Son illərdə isə bu rol getdikcə Fransanın xeyrinə dəyişir.

Parisin Cənubi Qafqazda artan fəallığı və Ermənistanı siyasi, diplomatik və hərbi baxımdan açıq şəkildə dəstəkləməsi, Fransanın neokolonial siyasətini regiona daşımaq cəhdi kimi qiymətləndirilir. Təsadüfi deyil ki, BMT platformasında Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı hesabatlar, eləcə də Bakı Təşəbbüs Qrupunun bəyanatları Parisin ikili standartlarını və müstəmləkəçi yanaşmasını ifşa edir.

Bu kontekstdə Ermənistanın Fransanın Cənubi Qafqazdakı geosiyasi alətinə çevrilməsi regionda sabitlik və sülh perspektivləri baxımından ciddi narahatlıq doğurur.

Politoloq Məhəmməd Əsədullazadə deyib ki, Fransa Prezidenti Emmanuel Makron hələ də Ermənistanla bağlı 2020-ci ildən əvvəlki siyasi gündəliyi bərpa etməyə cəhd göstərir:

“Makron çalışır ki, Ermənistan Fransadan asılı vəziyyətə düşsün və Paris Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlara qarşı öz kolonial siyasətini tətbiq etsin.

Ümumiyyətlə, Ermənistan tarix boyu daim özünə himayədar axtarıb. Yeni yaranmış kvazidövlət olan Ermənistanın köklü dövlətçilik tarixi yoxdur. Onlar erməni dövlətçiliyinin mifik tarixini təbliğ etməyə çalışsalar da, real tarixi faktlar bunun əksini göstərir. Ermənilərin yalnız kilsə ətrafında formalaşmış icmaları olub.

Hazırda Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaranıb. Mövcud siyasi-iqtisadi nizamı pozmağa çalışan dövlətlər var. Fransanın yenidən Qarabağ məsələsini gündəmə gətirməyə çalışması da bununla bağlıdır. Halbuki Ermənistan hakimiyyəti rəsmi səviyyədə Qarabağ məsələsindən tamamilə imtina edib”.

Politoloq qeyd edib ki, Fransanın yürütdüyü siyasət, əslində, Ermənistan üçün tələdir və bu ölkənin maraqlarına ziddir:

“Ermənistan uzun illər Rusiyanın forpostu olub. İndi Fransanın forpostuna çevrilməsi İrəvan üçün ciddi strateji səhv olar.

Bu səbəbdən Ermənistan hakimiyyəti sülhü və təhlükəsizlik çətirini yalnız regional əməkdaşlıqda görməlidir. Azərbaycan və Türkiyə ilə normal münasibətlər sistemi qurmalıdır.

Fransa dənizaşırı ərazilərində xalqlara qarşı necə ayrı-seçkilik siyasəti həyata keçirirsə, eyni yanaşmanı Ermənistana münasibətdə də tətbiq edə bilər. Parisin əsas məqsədi regionda Azərbaycan və Türkiyəyə təzyiq göstərmək, eyni zamanda strateji nəqliyyat marşrutlarına nəzarət etməkdir”./globalinfo.az

PAYLAŞIN:

Continue Reading

Previous: Moskvadan Cənubi Qafqazla bağlı etiraf: Həyat qədər vacibdir
Next: Fransanın Cənubi Qafqazda neokolonializm planı – Ermənistan üçün hansı risk vəd edir?

OXŞAR MÖVZULAR

solovyov-nov

Solovyovun çıxışının arxasında nə dayanır? – Politoloqdan diqqətçəkən açıqlama

admin 13/05/2026
ilham-eliyev-musahibe

İlham Əliyevdən sərt xəbərdarlıq: Radikallar seçilsələr, lazımi addımlar atılacaq

admin 12/05/2026
solovyov-yeni

Solovyov efirdə yenə sərsəmlədi: Azərbaycana qarşı növbəti hörmətsizlik – VİDEO

admin 12/05/2026

XƏBƏR LENTİ

  • Solovyovun çıxışının arxasında nə dayanır? – Politoloqdan diqqətçəkən açıqlama 13/05/2026
  • Deputatdan mühüm təşəbbüs – “Bu cərimələr aqrar inkişafa mane olur…” 13/05/2026
  • Paytaxtda taksilərdə “BakıKart” ilə ödəniş etmək mümkün olacaq? 13/05/2026
  • Azərbaycanda nadir rast gəlinən tendensiya: Mənzil bazarında nə baş verir? 13/05/2026
  • Putin hələ də Kiyevə ələ keçirmək istəyir – “Onu inandırıblar ki…” 13/05/2026
  • Benzinlə bağlı vacib xəbər: Qiymət artımı qaçılmaz ola bilər 13/05/2026
  • WUF13 akkreditasiya kartlarının verilməsinə mayın 14-də başlanılacaq 13/05/2026
  • DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir? 13/05/2026
  • Cənubi Qafqazda yeni iqtisadi düzən: Türkiyə və Ermənistanın ticarət əlaqələri nə vəd edir? 13/05/2026
  • Qurbanlıq heyvanların satış və kəsim ünvanları açıqlandı 13/05/2026
  • Türkiyə və Ermənistan arasında birbaşa ticarət üçün hazırlıqlar tamamlanıb 13/05/2026
  • Azərbaycanda kənd və meşə təsərrüfatı texnikaları sahəsində yeni dövlət standartları qəbul edilib 13/05/2026
  • İlham Əliyev Slovakiya Milli Şurasının sədrini qəbul edib 13/05/2026
  • Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək 13/05/2026
  • “NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI… – Prezidentə MÜRACİƏT OLUNDU 13/05/2026
  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.