Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Bakı şəhər Səbail rayon Badamdar qəsəbəsi Ə.Nəzərov küçəsi ev 7B mənzil 52-də yaşayan Orucov Natiq Vidadi oğlunun ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına ünvanladığı müraciətini ictimailəşdirib. Həmin müraciəti olduğu kimi təqdim edirik:
“Diqqətinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin Vətəndaş qəbulu mərkəzində qəbul zamanı, Neftçi MTK tərəfindən, yararsız mənzillə təmin olunmağımla bağlı, mənzildə yaranmış rütubət problreminin mövcudluğu və mənzil sahəsinin 40,6 kv\m çatışmaması ilə bağlı 19.03.2026-cı il tarixli 14-2\1-O-2559\3-33\2026 saylı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və digər instansiyalara müraciətimlə əlaqədar, 01.04.2026-cı il tarixdə SOCAR -ın mənzil məsələri üzrə iş şöbəsindən və Neftçi MTK tərəfindən mənzilimə baxış keçirmək üçün, tərkibi üç nəfərdən ibarət olan “nümayəndə heyyəti” göndərildi. Mənzilə baxış keçirərkən həqiqətən də vəziyyətin deyildiyi kimi olduğu bir daha öz əksini tapdı. Daha sonra 05.04.2026-cı il tarixdə ARDNŞ-nin mənzil məsələləri üzrə iş şöbəsinin rəisi Qurbanov Əli mənə, telefonla zəng edərək, Protokol və Sosial Lahiyələrin İdarəedilməsi departamentinin rəisi Həsənov Raşadın mənimlə görüşmək istədiyini bildirdi. 06.04.2026-cı il tarixdə ARDNŞ-ə gedərək, Qurbanov Əli ilə bərabər Həsənov Raşadın iş otağına daxil olduq. Bu zaman Həsənov R.özünün bu vəzifəyə yeni təyin olunmasını deyərək,mənim aidiyyatı üzrə etdiyim müraciətlə bağlı bildirdi ki,bina artıq Neftçi MTK-nın balansından çıxmışdır.Bununla bağlı biz heç bir məsuliyyət daşımırıq və sözünə davam edərək, mənimlə Neftçi MTK arasında17.01.2011-ci il tarixdə bağlanmış 81 nömrəli pay qoyuluşu müqaviləsində uyğunsuzluq olduğunu bildirdi. O cümlədən təklif etdi ki , həmən müqaviləni yenidən dəyişdirmək üçün Neftçi MTK -ya təhvil verim.Diqqətinizə çatdırım ki,hələ 13.12.2010-cu il tarixdə 1kv\m sahəsi 660 manat olmaqla bağlanmış müqavilə, 17.01.2011-ci il tarixdə ləğv edilərək, 1kv\m sahəsi 698 manat 60 qəpik olmaqla ,yeni müqavilə tərtib edilmişdir. Səbəb kimi isə xərclərin nəzərdə tutulduğundan çox olması ilə əlaqələndirdilər.Bir çox sakinlər müqaviləni dəyişməkdən imtina edərək 1kv\m sahəsi 660 manat olmaqla pulu ödədilər. Bu gün də sakinlərin bağladığı müqavilələrin bir hissəsində 660 manat, digər sakinlərin bağladığı müqavilə hissəsində isə 698,60 qeyd olunaraq qalmaqdadır. Mənim müqaviləni yenidən 3-cü dəfə dəyişdirilməsi üçün Neftçi MTK -ya təhvil vermədiyimi görən Protokol və Sosial Lahiyələrin İdarəedilməsi Departamentinin rəisi Həsənov R. üzünü mənzil məsələləri üzrə iş şöbəsinin rəisi Qurbanov Əliyə tutaraq bildirdi ki, səhər bir neçə adam göndər birinci mərtəbədə yaşayan digər sakinlərin də mənzillərinə baxış keçirsinlər. Daha sonra məni göstərərək bildirdi ki, bu adama da cavab yazarsınız ki, müqavilədə texniki səhv olub. Göründüyü kimi Həsənov R. gec gəlib tez öyrənənlərdəndir. Onun bu davranışından sonra, mən ayağa duraraq bildirdim ki, siz məni məcbur edirsiniuz ki, haqqınızda Azərbaycan Respublikası Prokurorluğu Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edim. Bu zaman Həsənov R. bildirdi ki, ürəyin hara istəyir get müraciət elə. Mən heç kəsdən qorxmuram. Göründüyü kimi tutduğu yüksək vəzifə ,aldığı yüksək maaş bu adamın başını o qədər gicəlləndirib ki, gözü əyağının altını belə görmür. Beləliklə mən otağı tərk edərək oradan uzaqlaşdım. Elə həmən gün 06.04.2026.cı il tarixdə Həsənov R. Neftçi MTK-nın icraçı diretoru Səfərli Azərin vasitəsi ilə, Netfçi MTK-nın təsisçilərinin korrupsiya əməllərini ört-basdır etmək məqsədilə, tələm-tələsik mənə məktub göndərərək,17.11.2011-ci ildə bağlanmış müqavilənin dəyişdirilməsi ilə əlaqədar,12.01.2022-ci il tarixdə qərar qəbul edildiyini yazaraq məni, rəsmi olaraq müqavilənin dəyişdirilməsi ilə əlaqədar Neftçi MTK-ya “dəvət etməsini “ bildirmişdir.
Nə qədər təəccüblü olsa da, bina balansdan çıxdıqdan 14 il sonra…
Mənimlə Neftçi MTK ilə aramızda mənzilə dair hər hansı bir öhdəliyimiz olmasdığı halda…
Ertəsi gün 07.04.2026-cı il tarixdə mənzil məsələləri üzrə iş şöbəsinin mühəndisi Məmməd adlı şəxslə ,əlində fotoaparat tutmuş bir qadın binanın həyətinə daxil olaraq mənim və 1-ci mərtəbələrdə yaşayan digər sakinlərin məzillərində nəmişlikdən sıradan çıxmış hissələrin şəklini çəkməyə gəldiklərini bildirdilər. Dedikləri kimi də mənzillərə daxil olaraq , rütubətdən sıradan çıxmış divarların şəkillərini çəkərək çıxıb getdiklər.
Diqqətinizə çatdırım ki, 07.05.2026-cı il tarixdə ARDNŞ-də aparat rəhbərinin müavini Nicat Rəhimli mənə yazıb göndərdiyi cavab nə qədər absurd səslənsə də,bildirmişdir ki, hündürmərtəbəli binalardakı mənzillər,binaların çöl tərəf sahəsindən perimetr boyunca ölçülməli idi, mənzilin daxilindən deyil. Düşünürəm ki,Rəhimli N. həyətyanı sahəsi olan fərdi yaşayış evləri ilə,binadakı mənzilləri səhv salmışdır desəm heç də yanılmaram.
Bildirmək istəyirəm ki,mənimlə bağlanmış müqavilə mənzilə görə bağlanıb,binanın perimetrinə görə deyil. Məhz buna əsaslanaraq mən,120,6 kv.m sahənin pulunu tam ödəmişəm. Lakin sonradan məlum olur ki,məndən 40,6 m.kv sahənin pulunu artıq alıblar.O cümlədən diqqətinizə çatdırım ki,dedikləri texniki səhv, tək mənim mənzilimin sənədləşməsində baş verməmişdir.Neftçilər üçün inşa edilmiş bütün binaların hər bir mənzilinin sənədləşməsində bu hal mövcuddur.Hal-hazırda mənim əlimdə eyni aqibətdə olan,digər qonşuların mənzillərinə aid çıxarışların və müqavilələrin bir nüsxəsi mövcuddur.
Aparat rəhbərinin müavini Rəhimli N, Protokol və Sosial Lahiyələrin İdarəedilməsi departamentinin rəisi Həsənov Raşadın mənzil məsələləri üzrə iş şöbəsinin rəisi Qurbanov Əliyə göstəriş olaraq dediyi sözlərin eynisini,mənə cavab olaraq təkrar yazmaqla, müqavilədə texniki səhv olduğunu və digər insanlarla maarifləndirmə işləri aparılaraq müqavilələrin yenidən dəyişdirilməsini deməsi,əslində bina sakinlərini texniki səhv adı altında aldadaraq,müqvilələrini bu və digər formada dəyişdirdiklərini etiraf etmişdir.Göründüyü kimi Neftçi MTK-nın təsisçiləri törətikləri əməlləri ört – basdır etmək məqsədilə ,hətta Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə yalnış məlumat verməkdən belə çəkinmirlər. Bir anlıq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin çıxışını olduğu kimi ,hər bir kəsin diqqətinə çatdırmaq istəyirəm: -Mənim qərarlarımın bir çoxu,məhz ictimai nəzarət nəticəsində verlibdir.Bunu indi ictimaiyyət bilmir.Ancaq yerlərdən gələn siqnallar yoxlanılır.Bir neçə dəfə və bir neçə qurum tərəfindən.Şəxsiqərəzlik olmasın deyə.Ondan sonra məsələ öz təstiqini tapanda,artıq qərar qəbul edilir.Bütün məmurlar onu bilməlidirlər.
Vəzifəyə təyin etmək böyük etimaddır.Ancaq bu etimad əgər məmur tərəfindən doğrulmasa ,onda sərəncam da özünü çox gözlətməyəcək.
07.05.2026-cı il tarixdə Səbail rayon İcra hakimiyyətinin başçısı Vüqar Zeynalov cənabları məni qəbul edərkən , müraciətim əsasında prezident administrasiyasından məsələnin xüsusi nəzarətə götürüldüyünü bildirdi.Mən də öz növbəmdə mövcud vəziyyəti ona anlatmağa çalışaraq,Neftçi MTK-nın icraçı direktoru Səfərli Azərin və onun havadarlarının hegemonluğu ucbatından 14 ildir ki,mənzilimizə qeydiyyata düşə bilmədiyimizi,o cümlədən zirzəmi ilə mənzil arasında izolyasiya sistemi quraşdırılmadığından ailəmlə rütubətdən əziyyət çəkdiyimizi,Azərbaycan Respublikasının vətəndaşı olaraq, uzun illərdir seçkilərdə iştirak edə bilmədiyimizi , yaşayış sahəsi üzrə həkimə müraciət etmək hüququndan məhrum edilməklə yanaşı, yaşayış yerindən arayış belə ala bilmədiyimizi diqqətinə çatdırdım.
Məhz bundan sonra Səbail rayon İcra hakimiyyətinin başçısı Vüqar Zeynalov cənabları mövcud durumu araşdırmaq məsədilə,Neftçi MTK -nın icraçı direktoru Səfərli Azərin Səbail rayon İcra hakimiyyətinə dəvət edilməsinə göstəriş verdi.
Məlumat üçün bildirim ki,artıq neçə illərdir Neftçi MTK -nın icraçı direktoru Səfərli Azərdən və özlərini Neftçi MTK -nın təsisçiləri adlandıran işbazlardan fərqli olaraq, mən,15 gün dənizdə suyun ,rütubətin içində çalışdıqdan sonra, 15 gün də evdə ailəmlə nəmişliyin içində yaşayıram.
Hörmətli Cənab Prezident.
Sizdən xahiş edirəm ,mövcud məsələnin doğru-düzgün araşdırılması üçün ,tərəfinizdən xüsusi komissiya ayrılmasına göstəriş verəsiniz. O cümlədən ünvanladığım faktlar öz əksini tapacağı təqdirdə , Neftçi MTK tərəfindən , mənzilimə dəymiş ziyanın və yaranmış nəmişliyin aradan qaldırmaq məqsədilə , müvafiq tədbirlərin görülməsinə ,eyni zamanda mənzilimə aid olmayan
40.6 kv\m artıq sahənin pulunu məndən bank faizi ilə aldıqlarını nəzərə alaraq, hazırkı bazar qiyməti ilə, pul kompensasiyası və yaxud yaşayış sahəsi (mənzil) şəklıində olaraq,(artıq kv\m-in pulu mən tərəfindən imtiyazlı qaydada) ödənilməsinə göstəriş verəsiniz…”/”DİA-AZ”
