Skip to content
13/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 13
  • Solovyovun çıxışının arxasında nə dayanır? – Politoloqdan diqqətçəkən açıqlama

Solovyovun çıxışının arxasında nə dayanır? – Politoloqdan diqqətçəkən açıqlama

admin 13/05/2026
solovyov-nov

 

“Vladimir Solovyovun indiyədək beynəlxalq münasibətlər sistemi ilə bağlı məsələlərə yanaşması məntiqə sığmır. Onun mövqeyi daha çox hansısa imperialist maraqların ifadəsi kimi görünür”.

Bu fikirləri açıqlamasında “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Araz Aslanlı deyib.

O bildirib ki, əksər hallarda belə yanaşmaların konkret məntiqi əsası hiss olunmur:

Solovyovun çıxışının arxasında nə dayanır? - Politoloqdan diqqətçəkən açıqlama

“Solovyov daha çox həmin dövrün siyasi konyunkturasına uyğun şəkildə, dövlətlərarası münasibətlərdə gərginlik yaratmağa və ya təxribat törətməyə xidmət edən açıqlamalar verir. Bu dəfə də vəziyyət fərqli deyil. Burada diqqətçəkən əsas məqam Rusiyanın dövlət kanallarında Azərbaycanla bağlı bu mövzunun təkrar gündəmə gətirilməsidir. Biz məsələyə həm də o kontekstdən yanaşırıq ki, jurnalist müstəqil olmalı, obyektiv fikir bildirməli və hadisələrə adekvat yanaşmalıdır. Jurnalist təhrikedici deyil, sülhpərvər mövqedən çıxış etməlidir. Solovyovun və onun kimi şəxslərin yanaşmaları isə bunun tam əksini göstərir. Azərbaycan əraziləri Ermənistanın işğalı altında olduğu dövrdə də müəyyən dairələrin münaqişənin davam etməsində maraqlı olduqları, tərəflərə təzyiq göstərdikləri müşahidə edilirdi. Lakin həmin mərhələ artıq geridə qalıb. Azərbaycanın uğurlu hərbi və xarici siyasət strategiyası, eləcə də qəhrəman əsgərlərinin şücaəti nəticəsində torpaqlar işğaldan azad edildi”.

A.Aslanlı vurğulayıb ki, 2020-2023-cü illər arasında müxtəlif təxribat cəhdlərinə baxmayaraq, Azərbaycan prosesi yekunlaşdırmağa nail oldu:

“2023-cü ildə keçirilən antiterror tədbirlərindən sonra ölkəmizə qarşı müəyyən təzyiqlər olsa da, Azərbaycan buna imkan vermədi. Ermənistanda və onun hüdudlarından kənarda bəzi qüvvələrin təxribat cəhdlərinə baxmayaraq, rəsmi Bakı İrəvanla sülh sazişi parafladı. Hazırda iki ölkəni gözləyən əsas məsələ sülh, regionun birgə inkişafı və əməkdaşlıqdır. Bu barədə həm Azərbaycan Prezidenti, həm də Ermənistanın baş naziri dəfələrlə mövqelərini açıqlayıblar. İyunun 7-də Ermənistanda parlament seçkisi keçiriləcək. Bu fonda Ermənistanda müəyyən təxribat təşəbbüslərinin olduğu müşahidə edilir. Həm daxildəki, həm də xaricdəki bəzi qüvvələr bu proseslərə təsir göstərməyə çalışırlar. Rusiyadan gələn bəzi açıqlamalar, o cümlədən Solovyovun çıxışları da məhz bu təxribatçı yanaşmanın göstəricisi kimi qiymətləndirilə bilər. Belə görünür ki, hələ də müəyyən dairələrdə Ermənistanı yenidən təxribatlara cəlb etmək ümidi qalır. Halbuki Azərbaycan artıq sübut edib ki, bundan sonra regionda hansısa təhlükəli təşəbbüsün nəticəsi əvvəlcədən bəllidir”.

Sədr əlavə edib ki, Solovyovun yanaşması nə tarixi faktlara, nə də mövcud reallıqlara əsaslanır:

“Bu, daha çox müəyyən dairələrin Ermənistandakı daxili siyasi proseslərə təsir göstərmək, Azərbaycana mesaj vermək və imkan yaranarsa, Cənubi Qafqazı yenidən münaqişə zonasına çevirmək cəhdidir. Tarixi sənədlər və elmi faktlar isə bu iddiaların əsassız olduğunu göstərir. Müxtəlif dini abidələrə istinad edərək həmin ərazilərin ermənilərə məxsus olduğunu iddia etmək absurddur. Rusiya dövlət arxivlərində belə ermənilərin bu ərazilərə hansı müqavilələr əsasında köçürüldüyünü təsdiqləyən sənədlər mövcuddur. Bütün bunların fonunda bu cür iddiaların yenidən gündəmə gətirilməsi daha çox Ermənistandakı proseslərə təsir göstərmək, onu əvvəlki siyasətə qaytarmaq və Azərbaycana müəyyən mesajlar vermək cəhdi kimi görünür”./oxu.az

PAYLAŞIN:

Continue Reading

Previous: Deputatdan mühüm təşəbbüs – “Bu cərimələr aqrar inkişafa mane olur…”

OXŞAR MÖVZULAR

irevan-900

Ermənistan üçün “ikinci Rusiya” bu ölkə olacaq – Bakı ifşa etdi

admin 12/05/2026
ilham-eliyev-musahibe

İlham Əliyevdən sərt xəbərdarlıq: Radikallar seçilsələr, lazımi addımlar atılacaq

admin 12/05/2026
solovyov-yeni

Solovyov efirdə yenə sərsəmlədi: Azərbaycana qarşı növbəti hörmətsizlik – VİDEO

admin 12/05/2026

XƏBƏR LENTİ

  • Solovyovun çıxışının arxasında nə dayanır? – Politoloqdan diqqətçəkən açıqlama 13/05/2026
  • Deputatdan mühüm təşəbbüs – “Bu cərimələr aqrar inkişafa mane olur…” 13/05/2026
  • Paytaxtda taksilərdə “BakıKart” ilə ödəniş etmək mümkün olacaq? 13/05/2026
  • Azərbaycanda nadir rast gəlinən tendensiya: Mənzil bazarında nə baş verir? 13/05/2026
  • Putin hələ də Kiyevə ələ keçirmək istəyir – “Onu inandırıblar ki…” 13/05/2026
  • Benzinlə bağlı vacib xəbər: Qiymət artımı qaçılmaz ola bilər 13/05/2026
  • WUF13 akkreditasiya kartlarının verilməsinə mayın 14-də başlanılacaq 13/05/2026
  • DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir? 13/05/2026
  • Cənubi Qafqazda yeni iqtisadi düzən: Türkiyə və Ermənistanın ticarət əlaqələri nə vəd edir? 13/05/2026
  • Qurbanlıq heyvanların satış və kəsim ünvanları açıqlandı 13/05/2026
  • Türkiyə və Ermənistan arasında birbaşa ticarət üçün hazırlıqlar tamamlanıb 13/05/2026
  • Azərbaycanda kənd və meşə təsərrüfatı texnikaları sahəsində yeni dövlət standartları qəbul edilib 13/05/2026
  • İlham Əliyev Slovakiya Milli Şurasının sədrini qəbul edib 13/05/2026
  • Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək 13/05/2026
  • “NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI… – Prezidentə MÜRACİƏT OLUNDU 13/05/2026
  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.