Skip to content
14/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 14
  • Dövlət torpaqları üzrə yeni güzəştlər: Kimlər daha çox faydalanacaq?

Dövlət torpaqları üzrə yeni güzəştlər: Kimlər daha çox faydalanacaq?

admin 14/05/2026
torpaq-dvlt
Azərbaycanda dövlət torpaqlarının icarə haqqı 50 faizə qədər aşağı salınır. Yeni qərara əsasən, torpaq sahəsinin həcmi böyüdükcə daha aşağı əmsallar tətbiq ediləcək və nəticədə icarə haqqında 50 faizə qədər azalma baş verəcək.
Yeni qərarın sahibkarların biznes qurması və fəaliyyətini genişləndirməsi baxımından bir sıra müsbət tərəfləri olduğu bildirilsə də, bəzi məqamlar hələ də açıq qalır.
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli ilə həmsöhbət olduq.
Xalid Kərimli hesab edir ki, qərar sahibkarların torpaq icarəsi üzrə xərclərini azaldacaq və biznesə giriş baryerini aşağı salacaq:
“Torpaq icarəsi sahibkarın əsas xərclərindən biridir. Xüsusilə uzunmüddətli icarə müqavilələri biznesə başlamaq üçün vacib investisiya xərcləri hesab olunur. Torpağı icarəyə götürmək və ya götürməmək birbaşa biznesə başlama qərarına təsir edir. Qiymətlər nə qədər yüksəkdirsə, bazara giriş baryeri də bir o qədər artır. İcarə haqlarının aşağı salınması isə bu baryerin yumşaldılması deməkdir”.
İqtisadçının sözlərinə görə, qərarın qəbulunda bir neçə iqtisadi məqsəd dayanır:
“İstifadəsiz qalan dövlət torpaqlarının iqtisadi dövriyyəyə cəlb edilməsi, iri aqrar-sənaye layihələrinin təşviqi və digər məqsədlər burada əsas rol oynayır. Bakıda dövlət torpaqları əsasən neft-qaz yataqları ilə bağlıdır. Bu qərar daha çox regionlara şamil olunacaq. Regionlarda iqtisadi inkişafın zəif olması və məşğulluğun artırılması zərurəti nəzərə alınır. Məqsəd qeyri-neft sektorunu inkişaf etdirmək və gücləndirməkdir. Sahibkar daha sərfəli şərtlərlə torpaq icarəyə götürdükdə uzunmüddətli investisiya layihələri də onun üçün daha cəlbedici olur”.
Xalid Kərimli bildirib ki, qərardan ən çox kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar, aqroparklar, istixana biznesi ilə məşğul olanlar, logistika və anbar təsərrüfatı quran şirkətlər faydalana bilər:
“Bundan başqa egionlarda turizm və iaşə sektoru üçün də bu qərar əhəmiyyətli imkanlar yaradacaq”.
“Bu qərarla sahibkarların dövlət torpaqlarına çıxışı asanlaşacaqmı” sualını cavablandıran iqtisadçı vurğulayıb ki, əsas məsələ şəffaflığın təmin edilməsidir:
“Əgər iki və ya üç sahibkar eyni torpaq sahəsinə maraq göstərirsə, burada şəffaf hərrac sistemi tətbiq olunmalıdır. Torpaqlarla bağlı məlumatlar hər kəs üçün açıq olmalıdır. İcarə prosesinin sadələşdirilməsi və məlumat bazalarının sinxronlaşdırılması sahibkarların dövlət torpaqlarına çıxışını asanlaşdıra bilər. Dövlətin əsas məqsədi həmin sahələrin boş qalmaması, yeni iş yerlərinin yaradılması və kənd təsərrüfatında məhsul bolluğunun təmin edilməsidir”.
Ekspert torpaqların formal şəkildə icarəyə götürülərək istifadəsiz saxlanılması riskinə də toxunub. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün dövlət sahibkarlar qarşısında müəyyən öhdəliklər qoya bilər:
“Məsələn, torpağın təyinatına uyğun istifadə olunması tələb edilə, fəaliyyət sahəsi ilə bağlı minimal şərtlər müəyyənləşdirilə bilər. Bu risk mövcuddur. Bəzi sahibkarlar rəqibləri sıxışdırmaq məqsədilə torpaqları icarəyə götürüb istifadəsiz saxlaya bilərlər. Dünyada da belə hallara rast gəlinir. Məsələn, Rusiyada iri monopolist şirkətlər rəqiblərə təzyiq vasitəsi kimi bu üsullardan istifadə edirlər. Lakin Azərbaycanda bu güzəştli layihə kimi tətbiq olunursa, investisiya öhdəlikləri və fəaliyyətə başlama müddəti ilə bağlı şərtlər qoyula bilər. Monitorinq aparılarsa, istifadəsiz qalan torpaqlar sahibkarlardan geri alınar. Bu risklərin qarşısını almaq mümkündür”./Qaynarinfo .az
PAYLAŞIN:

Continue Reading

Previous: QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -ya layihəni tələsik icra et, ya da gecikməyə görə məsuliyyət daşı

OXŞAR MÖVZULAR

icra memuru

Xüsusi icra məmurları bu hallarda cərimələnəcək – DETALLAR

admin 14/05/2026
meleyke_abbaszade

Buraxılış imtahanlarında hansı dəyişikliklər ediləcək? – DİM sədri açıqladı

admin 14/05/2026
kotej

Yay gəlməmiş qiymətlər “od tutdu”: günlük evlər 500 manat oldu

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Dövlət torpaqları üzrə yeni güzəştlər: Kimlər daha çox faydalanacaq? 14/05/2026
  • QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -ya layihəni tələsik icra et, ya da gecikməyə görə məsuliyyət daşı 14/05/2026
  • Xüsusi icra məmurları bu hallarda cərimələnəcək – DETALLAR 14/05/2026
  • Qazaxıstanlı politoloq: Azərbaycan Türk dövlətləri arasında inteqrasiyanın əsas hərəkətverici qüvvəsidir 14/05/2026
  • Buraxılış imtahanlarında hansı dəyişikliklər ediləcək? – DİM sədri açıqladı 14/05/2026
  • Özünüməşğulluq proqramı Qubada niyə gecikir? Sakinlərdən etiraz 14/05/2026
  • Yay gəlməmiş qiymətlər “od tutdu”: günlük evlər 500 manat oldu 14/05/2026
  • WUF13: Bakıda nazirlər səviyyəsində görüş keçiriləcək 14/05/2026
  • Rəhbərliyi “silinən” “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar… 14/05/2026
  • WUF13 iştirakçıları üçün xüsusi avtobus fəaliyyətə başladı 14/05/2026
  • Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi 14/05/2026
  • Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə 14/05/2026
  • Hikmət Hacıyev: Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir 14/05/2026
  • 700 min vətəndaşın maaşı arta bilər – Qanunda dəyişiklik… 14/05/2026
  • Emin Əmrullayev: “Əsas prioritet universitetlərin əmək bazarı ilə uyğunluğunun gücləndirilməsidir” 14/05/2026
  • Elçin Əmirbəyov Kambocaya səfər edib, bir sıra görüşlər keçirib 14/05/2026
  • Hikmət Hacıyev: Bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər 14/05/2026
  • Fərhad Məmmədov: Ermənistan cəmiyyəti revanşistlərə səs versə, bu, regional geosisayətə təsir edəcək 14/05/2026
  • Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb 14/05/2026
  • Solovyovun çıxışının arxasında nə dayanır? – Politoloqdan diqqətçəkən açıqlama 13/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.