Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mürəkkəb geosiyasi vəziyyət şəraitində türkdilli ölkələri iqtisadi əməkdaşlığı gücləndirməyə çağırıb.
Tokayev bunu Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bəyan edib.
“Biz son dərəcə mürəkkəb və qeyri-sabit geosiyasi dövrdə yaşayırıq. Dünyada və regionda müxtəlif təhdidlər – silahlı münaqişələr, müharibələr və böhranlar güclənir. Bunun dünya iqtisadiyyatına nə qədər mənfi təsir göstərdiyini hamımız görürük”, – K.Tokayev bildirib.
Onun sözlərinə görə, Yaxın Şərqdəki vəziyyətin nəticələri region ölkələrində də hiss olunur”.
“Belə şəraitdə Türk dövlətlərinin birliyi xüsusilə vacibdir, çünki bizim ortaq tarixi və mənəvi köklərimiz var. Bu gün Türk ölkələri qlobal tendensiyaları nəzərə alaraq iqtisadiyyat və investisiyalar sahələrində əməkdaşlığı gücləndirməli, ortaq maraqlar naminə səylərini birləşdirməlidirlər”, – K.Tokayev vurğulayıb.
